Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi iyulun 8-də Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Aİ-nin mətbuat xidməti yayıb.
O.Varhelyi Azərbaycanda xarici işlər naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının sədri Samir Nuriyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov and energetika naziri Pərviz Şahbazovla görüşəcək.
Aİ komissarı iyulun 7-də Gürcüstanda, iyulun 9-da isə Ermənistanda olacaq. O, region ölkələrində İqtisadi və İnvestisiya Planını təqdim edəcək
Bizim.Media