Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli konfrans iştirakçıları!

Sizi Bakı Təhlükəsizlik Forumunun üçüncü iclasının açılışı münasibətilə təbrik edir və hər birinizi səmimi-qəlbdən salamlayıram.

Qlobal arenada kəskinləşən geosiyasi ziddiyyətlər fonunda beynəlxalq təhlükəsizlik sisteminin qorunub saxlanılmasında vacib rolu olan təhlükəsizlik və kəşfiyyat qurumlarını bir araya gətirən Bakı Təhlükəsizlik Forumunun davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən çoxsaylı xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması Forumun qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir. Foruma olan marağın ildən-ilə artması müzakirəyə çıxarılan mövzuların vacibliyini əyani şəkildə əks etdirir.
 

Dünya sürətlə dəyişir və hər gün yeni çağırışlar, yeni təhdidlər özünü büruzə verir. Müxtəlif bölgələrdə silahlı toqquşmaların baş verməsi humanitar böhranlara, texnogen qəzalara, ekoloji fəlakətlərə zəmin yaradır. Eyni zamanda beynəlxalq müstəvidə münaqişələrin alovlanması, terrorçu təşkilatların yenidən fəallaşması, eləcə də kibertəhdidlərin artması müşahidə olunur.


Bütün bunlar dövlətləri qlobal xarakter daşıyan təhdidlərlə üz-üzə qoyur. Bu kontekstdə dini ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və silah qaçaqmalçılığı kimi hüquqazidd əməllərin beynəlxalq təhlükəsizlik sistemini sarsıtması ciddi narahatlıq doğurur. Şübhəsiz, müasir dövrün bu cür problemlərinin həlli yeni yanaşmaların, yeni vasitələrin tətbiqini, ən əsası isə ölkələrin birgə səylərini və sıx əməkdaşlığını tələb edir. Bu baxımdan Bakı Təhlükəsizlik Forumunun qlobal və regional təhlükəsizliyin ən aktual məsələləri barədə açıq və konstruktiv fikir mübadiləsinin aparılması üçün faydalı platformaya çevrilməsini görməkdən məmnunluq duyuruq.
 

Azərbaycan Respublikası müstəqillik qazandığı ilk gündən etibarən bütün sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini daim dəstəkləyib. Biz inanırıq ki, sabitliyə və firavanlığa yalnız dialoq və tərəfdaşlıq yolu ilə nail olmaq mümkündür. Azərbaycan yerləşdiyi bölgədə – Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün konstruktiv addımlar atır. Qarşıya qoyduğumuz əsas hədəflərdən biri regionda qarşılıqlı inama, təhlükəsizliyə və praqmatizmə əsaslanan yeni əməkdaşlıq formatının qurulmasıdır. Hesab edirik ki, bu istiqamətdə yürüdülən məqsədyönlü fəaliyyət gələcəkdə qonşu ölkələr arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə təkan verəcəkdir.



Bildiyiniz kimi, 2025-ci ilin avqust ayının 8-də Vaşinqtonda ABŞ-nin şahidliyi ilə Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamə imzalanmışdır. Beləliklə, ölkələrimiz arasında uzun müddət davam edən münaqişəyə son qoyulması və sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atılmışdır. Cənubi Qafqazda əmin-amanlığın tam təmin olunması təkcə bizim region üçün deyil, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaradacaqdır.

Beynəlxalq təhlükəsizlik problemlərinin qarşısının alınmasında və həllində xüsusi xidmət orqanlarının birgə fəaliyyət göstərməsi həlledici rola malikdir. Əminəm ki, bugünkü müzakirələr səmərəli olacaq və konfransda səsləndiriləcək təhlillər və tövsiyələr daha təhlükəsiz bir gələcəyin formalaşmasına əhəmiyyətli töhfələr verəcəkdir.
 

Keçən il Bakı Təhlükəsizlik Forumunun ənənəvi olaraq hər il təşkil edilməsi və davamlı fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş təklif iştirakçı ölkələr tərəfindən fəal şəkildə dəstəklənmişdir. Bununla əlaqədar olaraq ötən müddət ərzində Bakı Təhlükəsizlik Forumunun Təşkilat Komitəsinin və onun Katibliyinin təsis edilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Hazırkı iclasda əldə olunmuş ümumi razılıq əsasında Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsinin və ondan irəli gələn təşəbbüslərin qəbul olunması nəzərdə tutulur.


Bütün bunlar Forumun təsisatlanması istiqamətində atılmış mühüm addımlardır. Azərbaycan Təşkilat Komitəsinin işinin koordinasiyası funksiyasını öz üzərinə götürərək Bakı Təhlükəsizlik Forumuna öz dəstəyini verməyə davam edəcəkdir.

Hər birinizi bir daha ürəkdən salamlayır və konfransın işinə uğurlar arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

FİFA prezidenti Livan vətəndaşı oldu

FİFA prezidenti Livan vətəndaşı oldu

Yaşayış kompleksində yanğın oldu, ölənlər var - FOTO/VİDEO

Yaşayış kompleksində yanğın oldu, ölənlər var - FOTO/VİDEO

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvləri HAKİM QARŞISINDA

Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvləri HAKİM QARŞISINDA

Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

Bakıda bu piyada keçidi BAĞLANACAQ

Bakıda bu piyada keçidi BAĞLANACAQ

Yanğın və partlayışdan sonra hava çirklənməsinin təhlükəsi – Pulmanoloqdan XƏBƏRDARLIQ

Yanğın və partlayışdan sonra hava çirklənməsinin təhlükəsi – Pulmanoloqdan XƏBƏRDARLIQ

“Sanki o, ruslardan maaş alır” - ABŞ-da Uitkoffun istefasını tələb edirlər

“Sanki o, ruslardan maaş alır” - ABŞ-da Uitkoffun istefasını tələb edirlər

Qış Olimpiya Oyunlarının məşəli yandırıldı - VİDEO

Qış Olimpiya Oyunlarının məşəli yandırıldı - VİDEO

Bakıda avtomobili nömrəsiz idarə edən sürücü HƏBS EDİLDİ - VİDEO

Bakıda avtomobili nömrəsiz idarə edən sürücü HƏBS EDİLDİ - VİDEO

Paşinyan Ermənistanın enerji şəbəkələrini türk şirkətinə satır

Paşinyan Ermənistanın enerji şəbəkələrini türk şirkətinə satır

“Neftçi”nin baş məşqçi postuna əsas namizəd BƏLLİ OLDU

“Neftçi”nin baş məşqçi postuna əsas namizəd BƏLLİ OLDU

Məktəblərin fəaliyyətinə QİYMƏT - Valideyn sorğusu başladı

Məktəblərin fəaliyyətinə QİYMƏT - Valideyn sorğusu başladı

Qarabağa qayıdan məcburi köçkünlərə ikiqat çörəkpulu verilirmi? – RƏSMİ CAVAB

Qarabağa qayıdan məcburi köçkünlərə ikiqat çörəkpulu verilirmi? – RƏSMİ CAVAB

Rəsmi Moskva: Ukrayna ilə bağlı heç bir güzəşt olmayacaq

Rəsmi Moskva: Ukrayna ilə bağlı heç bir güzəşt olmayacaq

Bu şəxslərdən qeydiyyat şəhadətnaməsinə görə RÜSUM TUTULACAQ – YENİ QƏRAR

Bu şəxslərdən qeydiyyat şəhadətnaməsinə görə RÜSUM TUTULACAQ – YENİ QƏRAR

Qurban Qurbanov: “Mənə heç yerdə heykəl qoyulmasın” – VİDEO

Qurban Qurbanov: “Mənə heç yerdə heykəl qoyulmasın” – VİDEO

Alen Simonyan: “Faktiki olaraq KTMT-dən çıxmışıq”

Alen Simonyan: “Faktiki olaraq KTMT-dən çıxmışıq”

Bu mövsüm 3 qadın hakimimiz beynəlxalq oyunları idarə edib - RƏSMİ

Bu mövsüm 3 qadın hakimimiz beynəlxalq oyunları idarə edib - RƏSMİ

Şəkidə “Toyota” aşdı – YARALILAR VAR

Şəkidə “Toyota” aşdı – YARALILAR VAR

Narkotik qəbul edib, sükan arxasına keçən şəxs SAXLANILDI

Narkotik qəbul edib, sükan arxasına keçən şəxs SAXLANILDI

Atasının doğum günündə torpağa tapşırılan ŞƏHİD – Kamran Qasımovun HƏYAT HEKAYƏSİ – FOTO

Atasının doğum günündə torpağa tapşırılan ŞƏHİD – Kamran Qasımovun HƏYAT HEKAYƏSİ – FOTO

Bakıda MDB Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclası KEÇİRİLDİ – FOTO

Bakıda MDB Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclası KEÇİRİLDİ – FOTO

75 yaşlı kişini Yevlaxdan Bakıya gətirib dilənçiliyə sövq edən qadın SAXLANILDI

75 yaşlı kişini Yevlaxdan Bakıya gətirib dilənçiliyə sövq edən qadın SAXLANILDI

End of content

No more pages to load

RADİO