Azərbaycan və Slovakiya Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bizim.Media xəbər verir ki, siyasi məsləhətləşmələrdə Azərbaycan XİN-in nümayəndə heyətinə nazir müavini Xələf Xələfov, Slovakiya nümayəndə heyətinə Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Martin Klus rəhbərlik edib.
Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin bir çox istiqamətləri müzakirə olunub.
Görüş zamanı X.Xələfov slovakiyalı həmkarına Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələriə məlumat verib.
X.Xələfov işğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaradıldığını qeyd edərək, üçtərəfli bəyanatların icrası, o cümlədən kommunikasiya və nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələrinin faydalanacağını vurğulayıb.
Bizim.Media