BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nahyan sosial şəbəkədə Qarabağa səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə sosial şəbəkə hesabında paylaşım edib.
Bizim.Media xəbər verir ki, paylaşımda bildirilib:
“Mən Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında inkişaf edən ikitərəfli münasibətləri nəzərdən keçirmək məqsədilə Qarabağda Zati-aliləri Prezident İlham Əliyev ilə görüşməkdən məmnun oldum. Biz bu yaxınlarda imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin verdiyi imkanlardan faydalanaraq, iqtisadi inkişafı sürətləndirmək, ortaq imkanlar yaratmaq, regional və qlobal sülh və sabitliyi dəstəkləməyə yönəlmiş əməkdaşlığın yeni istiqamətlərini araşdırdıq”, deyə o, qeyd edib.
Xatırladaq ki, BƏƏ Prezidenti sentyabrın 16-da Qarabağda səfərdə olub.
Bizim.Media