Avropa İttifaqının (Aİ) Genişlənmə və Qonşuluq siyasəti üzrə Komissarı Oliver Varhelyi gələn həftə Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Oliver Varhelyi özünün "Twitter" hesabında yazıb.
Qeyd edib ki, iyulun 6-9-da Gürcüstan, Azərbaycan və Ermənistanda səfərdə olacağını bildirib. O. Varhelyi Aİ-nin regionla bağlı İqtisadi və İnvestisiya Planını təqdim edəcək.
Komissarın Azərbaycanda bir sıra rəsmi görüşləri planlaşdırılır.
Bizim.Media