Qarabağa gələn dünya liderləri - SİYAHI

2020-ci ildə torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağ dünyanın siyasi xəritəsində yeni reallıqların mərkəzinə çevrilib. Son 4 ildə bölgəyə çoxsaylı dövlət və hökumət başçıları səfər edib, Şuşa və Xankəndidə keçirilən beynəlxalq tədbirlərdə iştirak ediblər.

Son dörd ildə buraya müxtəlif ölkələrin prezidentləri, baş nazirləri və hökumət rəhbərləri səfər edərək həm Azərbaycanla həmrəylik nümayiş etdirib, həm də bölgədəki dəyişiklikləri yerində qiymətləndiriblər.

Bizim.Media xəbər verir ki, modern.az indiyədək Qarabağa səfər edən dünya liderlərini araşdırıb.
 

İlk tarixi səfər 2021-ci ilin iyununda baş tutub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə birgə Şuşada olub və məşhur Şuşa Bəyannaməsini imzalayıblar. Ərdoğan sonrakı illərdə Qarabağ və Şərqi Zəngəzurun müxtəlif bölgələrinə bir neçə dəfə səfər edib.


Sonrakı illərdə Şuşa Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinə ev sahibliyi etdi və bu çərçivədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstan Baş naziri Viktor Orban və Şimali Kipr Prezidenti Ersin Tatar kimi liderlər bölgəni ziyarət ediblər. 2024-cü ilin mayında Belarus Prezidenti Aleksandr Lukaşenko da Qarabağda olub.

Bu ilin mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif üçtərəfli görüş keçirib.

2025-ci ilin iyulunda isə daha bir Xankəndi tarixi hadisəyə - İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammitinə ev sahibliyi edib. 

Tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Tacikistan Prezidenti Emoməli Rəhmon, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Qazaxıstan Baş naziri Oljas Bektenov iştirak ediblər. 

Sammitdə həmçinin Əfqanıstan hökumətini Abdul Qani Baradar, Türkmənistanı Rəşid Meredov, BƏƏ-ni Sultan əl-Cabir təmsil edib.

Qarabağa sonuncu yüksək səviyyəli xarici səfər isə ötən gün baş tutub. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Şuşada İlham Əliyevlə görüşüb və müxəlif mövzularda müzakirələr aparıblar.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Daha bir avtobusda gedişhaqqı artırıldı

Daha bir avtobusda gedişhaqqı artırıldı

Həmədanda zəlzələ olub

Həmədanda zəlzələ olub

Dəhşətli ailə faciəsi – Hamilə qadın və 5 uşağı yanğın zamanı həyatını itirdi - FOTO/VİDEO

Dəhşətli ailə faciəsi – Hamilə qadın və 5 uşağı yanğın zamanı həyatını itirdi - FOTO/VİDEO

Professor Lalə Əlizadə VƏFAT EDİB

Professor Lalə Əlizadə VƏFAT EDİB

Azərbaycan pambıq ipliyi istehsalını artırıb

Azərbaycan pambıq ipliyi istehsalını artırıb

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

“Turan Tovuz” “Qəbələ”yə qarşı

“Turan Tovuz” “Qəbələ”yə qarşı

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Hövsanda müəllim qətlə yetirildi

Hövsanda müəllim qətlə yetirildi

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

21 Mart Beynəlxalq Novruz Günüdür

21 Mart Beynəlxalq Novruz Günüdür

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

End of content

No more pages to load

RADİO