Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb.
Bizim.Media-nın məlumatına görə, iclasın gündəliyinə 10 məsələ daxil edilib.
Belə ki, iclasda “Əmək pensiyaları haqqında”,“Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Mediasiya haqqında” ,“Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Diplomatik xidmət haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə müzakirələr aparılacaq.
Bizim.Media