İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdü - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşüb.

Bizim.Media  xəbər verir ki, dövlətimizin başçısı sakinlərlə söhbət edib.

Qadın sakin: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun, siz də xoş gəlmisiniz.

Qadın sakin: Xoş gəlmisiniz, şükür bugünkü günümüzə, 30 illik həsrətə son qoyduq.

Prezident İlham Əliyev: Xoş gəlmisiniz, son qoyduq.

Qadın sakin: Allah canınızı sağ eləsin.

Prezident İlham Əliyev: Sağ olun.

Kişi sakin: Hörmətli Prezident, xoş gəlmisiniz.

Qadın sakinlər: Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Çox sağ olun.

Digər kişi sakin: Xoş gəlmisiniz. Siz gələn yollar, ayağınız dəyən torpaqlar cənnətə dönür.

Prezident İlham Əliyev: Sağ ol.

Kişi sakin: 30 il işğalda olmuş torpaqlarımızı geri qaytardınız, bizim torpağımızı, vətənimizi bizə qaytardınız.

Prezident İlham Əliyev: Elədir, siz də xoş gəlmisiniz.

Kişi sakin: Çox sağ olun, var olun, minnətdarıq.

Qadın sakin: Allah Sizə dəyməsin.

Prezident İlham Əliyev: Sağ olun, xoş gördük. Salaməleyküm.

Kişi sakin: Xoş gəlmisiniz, Allah köməyiniz olsun.

Sakinlər: Sağ olun. Xoş gəlmisiniz, Allah köməyiniz olsun, Allah Sizə cansağlığı versin. Şükür bugünkü günümüzə, Allah canınızı sağ eləsin. Bütün bunları Siz etdiniz.

Prezident İlham Əliyev: Doğrudan da tarixi günlər yaşayırıq. Sizi ürəkdən təbrik edirəm.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Doğma Qarabağ torpağında artıq gəlib yerləşdiniz. Burada bir neçə kəndin sakinləri görüşə gəlib. Bu gün bir neçə kənddə olmuşam, sabah da davam edəcək. Bütün Qarabağ artıq tam nəzarət altındadır və bildiyiniz kimi, bu ərazi iki il bundan əvvəl işğalçılardan azad edildi. Elə bu günlərdə - sentyabrın 19-20-də şanlı Ordumuz separatçılığa son qoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi. “Böyük Qayıdış” Proqramı da uğurla icra edilir. Biz təqribən iki aydan sonra tarixi Zəfərimizin beşillik yubileyini qeyd edəcəyik.

Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir və şadam ki, siz artıq öz doğma dədə-baba torpağınıza gəlmisiniz, yerləşmisiniz. Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var - su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi bura doğma Qarabağ diyarıdır. Gözəl mənzərəli yerlərdir, hər tərəf dağ, meşə, bulaq, su da boldur. Yəni, burada, sadəcə olaraq, rahat yaşamaq, qurub-yaratmaq, uşaqları böyütmək, onlara yaxşı tərbiyə vermək üçün bütün şərait var. Yəni, artıq Azərbaycan xalqı bundan sonra sülh içində yaşayacaq.

Sakinlər: Amin.

Prezident İlham Əliyev: Amma sülh şəraitində yaşamaq üçün əlbəttə ki, güc lazım idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bilirsiniz, biz uzun illər çalışırdıq ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Ancaq Ermənistan tərəfi, onun arxasında duranlar başqa fikirdə idilər. Yəni, onlar torpağımızı geri qaytarmaq fikrində deyildilər. Onlar və onların arxasında duranlar, böyük dövlətlərin rəhbərləri onlara ürək-dirək verərək elə bil ki, bu işğalı daimi etmək istəyirdilər. Amma bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının iradəsi, gücü, Vətən torpağına olan bağlılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı və xalqımızın birliyidir. Onu hesablaya bilməmişdilər. Əgər Ermənistan rəhbərliyi vaxtında mənim sözlərimə baxıb bizim torpaqlardan öz xoşu ilə çıxsaydı, İkinci Qarabağ müharibəsinə, antiterror əməliyyatına ehtiyac qalmazdı, üç mindən çox şəhidimiz olmazdı.

Sakinlər: Allah rəhmət eləsin.

Prezident İlham Əliyev: Allah onlara rəhmət eləsin. Ancaq Vətən uğrunda şəhid olmaq, əlbəttə ki, böyük qəhrəmanlıqdır və onların xatirəsini biz əbədi yadımızda saxlayacağıq, onların xatirəsinə əbədi hörmət edəcəyik.

Bu gün biz bu gözəl Qarabağ diyarında yığışmışıq. Bunun əsas səbəbi xalqımızın birliyidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik. Amma sülh ədalətli sülh olmalı idi, beynəlxalq hüquq və tarixi ədalət üzərində sülh olmalı idi. Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır. 44 gün və bir gün - heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır. Bununla fəxr edirik. Fəxr edirik, necə ki, müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh şəraitində qurub-yaradırıq. Ermənilər bizim torpaqlarımızı viran qoyublar. Sizin yaşadığınız kənd və şəhərləri yerlə-yeksan etmişdilər. Özlərinin yaşadıqları şərait elə idi ki, necə deyərlər, özünə hörmət edən insan heç vaxt orada yaşamazdı. Amma görün, biz beş il ərzində şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları qurmuşuq. Yəni, burada – Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın. Sizi təbrik edirəm.

İşğal dövründə harada yaşamısınız?

Qadın sakin: Mingəçevirdə yaşamışıq.

Sakinlər: Allah canınızı sağ eləsin. Çox sağ olun. Allah Sizi başımızın üstündən əskik etməsin.

Kişi sakin: Cənab Prezident, bizə bu sevinci, bu hissi yaşatdığınıza görə Sizə çox-çox minnətdarıq. Allah dövlətimizi, Sizi, Bayrağımızı qorusun. Yaşasın Azərbaycan! Siz demişkən, Qarabağ Azərbaycandır!

Digər kişi sakin: Çox sağ olun, var olun. Sizin ayağınız dəyən yerlər cənnətə dönür. Bu gün biz 30 il həsrətində qaldığımız torpaqlarımıza, dədə-baba yurdumuza qayıtmışıq. Sizə minnətdarlığımızı bildiririk. Allah Sizə uzun ömür, cansağlığı versin.

Prezident İlham Əliyev: Harada yaşamısınız işğal dövründə?

Kişi sakin: Bir müddət Beyləqanda yaşamışıq, sonra isə Bakıya köçmüşük. Bu günə şükür. Allah Sizi var eləsin, öz torpaqlarımızda daimi yaşayacağıq.

Prezident İlham Əliyev: İndi doğma torpağa qayıtmısınız. Amma gənc qızlar görünür ki, buranı heç vaxt görməyiblər, eləmi? Amma yenə də qayıdıblar. Siz harada yaşamısınız?

Gənc qız: Biz Qaradağda, Lökbatanda.

Prezident İlham Əliyev: Bura kurort yerdir, həm havası, həm suyu.

Qadın sakinlər: Çox qəşəngdir, havası çox təmizdir. Nəvələrim beş gündür ki, burada qəşəng dincəlir, istirahət edirlər.

Prezident İlham Əliyev: Bəh, bəh, bəh, Allaha şükür.

Sakinlər: Allah canınızı sağ eləsin.

Kişi sakin: Bu xalqın yolunda çəkdiyiniz əziyyətə, gördüyünüz işlərə görə hamımız Sizə təşəkkür edirik. Çox sağ olun. Dəmir yumruq yerindədir!

Prezident İlham ƏIiyev: Sağ olun.


 























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hikmət Hacıyev Qazaxıstan səfiri ilə GÖRÜŞDÜ

Hikmət Hacıyev Qazaxıstan səfiri ilə GÖRÜŞDÜ

Hesablama Palatası:"Qarabağda tikinti layihələrində artıq xərclər ixtisar edilib"

Hesablama Palatası:"Qarabağda tikinti layihələrində artıq xərclər ixtisar edilib"

Laçında ata mülkünə köçən ailə indi də obyekti istəyir – VİDEO

Laçında ata mülkünə köçən ailə indi də obyekti istəyir – VİDEO

Xoşqədəm Hidayətqızından Rəqsanəyə CAVAB: “Ata-anamın yasına gəlmişdi ki, nəsə umur?!” - VİDEO

Xoşqədəm Hidayətqızından Rəqsanəyə CAVAB: “Ata-anamın yasına gəlmişdi ki, nəsə umur?!” - VİDEO

“Şamaxinka”da YENİLİK - Hərəkət belə tənzimlənəcək – VİDEO

“Şamaxinka”da YENİLİK - Hərəkət belə tənzimlənəcək – VİDEO

İrandan idxal edilən məhsullar BAHALAŞACAQ?

İrandan idxal edilən məhsullar BAHALAŞACAQ?

Putin Ukraynanın suverenliyinə zəmanət verən sülhü qəbul etməyəcək - Atlantic Council

Putin Ukraynanın suverenliyinə zəmanət verən sülhü qəbul etməyəcək - Atlantic Council

Bu ölkədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək

Bu ölkədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək

Mixail Fyodorov Ukraynanın yeni müdafiə naziri təyin edildi

Mixail Fyodorov Ukraynanın yeni müdafiə naziri təyin edildi

Uitkoff və Rza Pəhləvi arasında GİZLİ GÖRÜŞ

Uitkoff və Rza Pəhləvi arasında GİZLİ GÖRÜŞ

Arda Gülərə “Mourinho” şoku

Arda Gülərə “Mourinho” şoku

Putin Ukraynadakı müharibə naminə bütün müttəfiqlərini taleyin ümidinə buraxıb – Bloomberg

Putin Ukraynadakı müharibə naminə bütün müttəfiqlərini taleyin ümidinə buraxıb – Bloomberg

Bakı-Sumqayıt yolunda zəncirvari QƏZA: Xəsarət alanlar var – VİDEO

Bakı-Sumqayıt yolunda zəncirvari QƏZA: Xəsarət alanlar var – VİDEO

“Qarabağ”ın Türkiyə toplanışında nələr baş verir? - FOTO

“Qarabağ”ın Türkiyə toplanışında nələr baş verir? - FOTO

Oval Ofisdə diqqətçəkən görüntü! - FOTO

Oval Ofisdə diqqətçəkən görüntü! - FOTO

Tanınmış kosmetoloq Elnarə Rzayeva da amnistiyaya DÜŞDÜ

Tanınmış kosmetoloq Elnarə Rzayeva da amnistiyaya DÜŞDÜ

Plastik cərrah kimi fəliyyətinə rəsmən icazə verilməyən Nurlan Həsənli yenidən İŞ BAŞINDA – FOTOFAKT

Plastik cərrah kimi fəliyyətinə rəsmən icazə verilməyən Nurlan Həsənli yenidən İŞ BAŞINDA – FOTOFAKT

Türkiyə prosesə qoşuldu: İranlı rəsmilərlə təmas quruldu, ABŞ-la danışıqlar aparılır - FOTO

Türkiyə prosesə qoşuldu: İranlı rəsmilərlə təmas quruldu, ABŞ-la danışıqlar aparılır - FOTO

Qusarda narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü tutuldu – VİDEO

Qusarda narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü tutuldu – VİDEO

Qaxda qarın hündürlüyü 45 sm-ə çatdı – VİDEO

Qaxda qarın hündürlüyü 45 sm-ə çatdı – VİDEO

Trampın nümayəndələri Putinlə görüşmək üçün Rusiyaya gedəcək

Trampın nümayəndələri Putinlə görüşmək üçün Rusiyaya gedəcək

ŞOK: İsrail ABŞ-dan İrana zərbə endirməməyi xahiş etdi

ŞOK: İsrail ABŞ-dan İrana zərbə endirməməyi xahiş etdi

Xınalıqda uşaqların qar sevinci – VİDEO

Xınalıqda uşaqların qar sevinci – VİDEO

Röya: "Ölənə qədər o adı almağı arzulayacağam"

Röya: "Ölənə qədər o adı almağı arzulayacağam"

End of content

No more pages to load

RADİO