“Sülhməramlıların razılığı ilə yolumuza davam edirdik”- Erməni terrorçu ifadə verdi

Bu gün Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanması barədə qərar qəbul olunub.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Hakim söyləyib ki, əvvəlcə təqsirləndirilən şəxslərin dindirilməsi ilə proses davam edəcək, daha sonra şahidlər ifadə verəcək, sonda isə sənədlərin tədqiqi mərhələsi keçiriləcək.

Məhkəmədə təqsirləndirilən R.Qevorkyan sərbəst ifadə verib. O, dindirilən zaman Qarabağa qanunsuz gəlməsindən danışıb:

"Bizi noyabrın 26-da hərbi hissəyə çağırıb, silah verdilər. Noyabrın 27-də isə artıq Laçında postlarda idik. Orada Rusiya sülhməramlılarını gördük, komandirlərimiz onlarla danışdılar. Rusiya sülhməramlılarının razılığı ilə yolumuza davam edirdik.

Yuxarıda azərbaycanlı və erməni hərbçilərinin arasında Rusiya sülhməramlıları var idi. Orada 24 gün qalmalı idik. Əmr gəldi ki, dağdan aşağı düşək. Qarşımıza azərbaycanlı əsgərlər çıxdı. Həmin əsgərlərin komandiri özünü təqdim etdi. Biz də təslim olduq".

Prokururun suallarına cavab verən təqsirləndirilən şəxs bildirib ki, onları hərbi hissəyə çağırılanda müharibənin bitdiyini biliblər:

“Dağda olanda komandirimiz Arsen Kazaryan idi. Biz onu komandir kimi qəbul etmişik, ona tabe idik".

Daha sonra R.Qevorkyanın ibtidai istintaqda verdiyi ifadəsi elan olunub. O, ibtidai istintaqda dindirilən zaman deyib ki, Arsen Kazariyandan əlavə onların Artur adlı rəhbərləri də olub:

"İki saata yaxın yol gəldik. Dağa çatanda içində hərbçilər olan maşınla rastlaşdıq. Bizi Arsen Kazariyan dağa apardı. O, bizi orada qoyandan sonra özü başqa yerə getdi. Kazariyanla birlikdə digər erməni əsgərləri aşağı endi. Məqsədimiz orada mövqelərimizi qorumaq idi, bizə yaxınlaşan əsgərlərə silahlı müqavimət göstərmək tapşırılmışdı. Biz dekabrın 13-dək orada qaldıq. Arsen həmin ərazilərin Ermənistana aid olduğunu dedi, biz də ona inandıq. Orada bölgü ilə xidmət aparmışıq. Dekabrın 13-də rəhbərimiz olan Qrac Arsen Kazariyanla danışdı. Bizim dağdan aşağı düşməyimizi Arsen əmr verdi".

Prosesdə fasilə elan olunub. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın voleybol hakimi Çempionlar Liqasına təyinat aldı

Azərbaycanın voleybol hakimi Çempionlar Liqasına təyinat aldı

Milli Məclis “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nı RATİFİKASİYA EDƏCƏK

Milli Məclis “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nı RATİFİKASİYA EDƏCƏK

Elektron siqaretlərdən istifadə edənlər cərimə OLUNACAQ – MƏBLƏĞ

Elektron siqaretlərdən istifadə edənlər cərimə OLUNACAQ – MƏBLƏĞ

Əsgərlikdən yayındırmaq vədi ilə xeyli pul mənimsədi - Ağır cəza aldı

Əsgərlikdən yayındırmaq vədi ilə xeyli pul mənimsədi - Ağır cəza aldı

Şəmkir Xəstəxanasının direktoru işdən ÇIXARILDI

Şəmkir Xəstəxanasının direktoru işdən ÇIXARILDI

Şabran rayonunda kişi meyiti TAPILDI – ÖZƏL

Şabran rayonunda kişi meyiti TAPILDI – ÖZƏL

Biləcəridə qanunsuz tikili söküldü – VİDEO

Biləcəridə qanunsuz tikili söküldü – VİDEO

Türkiyənin Azərbaycandan aldığı neftin həcmi 4,8 dəfə artıb

Türkiyənin Azərbaycandan aldığı neftin həcmi 4,8 dəfə artıb

Oleq Əmirbəyov mədəniyyət nazirinin müşaviri vəzifəsindən AZAD EDİLDİ

Oleq Əmirbəyov mədəniyyət nazirinin müşaviri vəzifəsindən AZAD EDİLDİ

Oman vətəndaşları Azərbaycana vizasız gələcək

Oman vətəndaşları Azərbaycana vizasız gələcək

Bakıda sürücü qaydaları belə pozdu - ANBAAN VİDEO

Bakıda sürücü qaydaları belə pozdu - ANBAAN VİDEO

SON DƏQİQƏ! Adil Əliyevə töhmət verildi, Elşən Salahova xəbərdarlıq edildi

SON DƏQİQƏ! Adil Əliyevə töhmət verildi, Elşən Salahova xəbərdarlıq edildi

Naxçıvanda dələduz saxlanıldı – FOTO

Naxçıvanda dələduz saxlanıldı – FOTO

Çində yeni il başladı

Çində yeni il başladı

Dünya bazarında qızıl 141 dollardan çox ucuzlaşdı

Dünya bazarında qızıl 141 dollardan çox ucuzlaşdı

ABŞ Yaxın Şərqə daha 18 qırıcı göndərdi

ABŞ Yaxın Şərqə daha 18 qırıcı göndərdi

Paşinyan Anna Akopyanla rəsmən evləndi

Paşinyan Anna Akopyanla rəsmən evləndi

Moskvada küçədə azərbaycanlıların cəsədləri tapıldı - FOTO

Moskvada küçədə azərbaycanlıların cəsədləri tapıldı - FOTO

Göygöl məktəbliləri nədən ZƏHƏRLƏNİBLƏR? - TƏBİB-dən AÇIQLAMA

Göygöl məktəbliləri nədən ZƏHƏRLƏNİBLƏR? - TƏBİB-dən AÇIQLAMA

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirildi – FOTO

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirildi – FOTO

Bərdədə yük avtomobili piyadanı vurdu

Bərdədə yük avtomobili piyadanı vurdu

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı SON DURUM

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı SON DURUM

DİQQƏT! Bakının bu ərazilərində işıq olmayacaq

DİQQƏT! Bakının bu ərazilərində işıq olmayacaq

Göygöl məktəbində kütləvi zəhərlənmə ilə bağlı Regional Təhsil İdarəsindən AÇIQLAMA

Göygöl məktəbində kütləvi zəhərlənmə ilə bağlı Regional Təhsil İdarəsindən AÇIQLAMA

End of content

No more pages to load

RADİO