İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi - FOTO

Sentyabrın 1-də Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli Çin Xalq Respublikasının Sədri Si Cinpin.

Hörmətli nümayəndə heyətlərinin rəhbərləri, xanımlar və cənablar.

İlk növbədə, ŞƏT Sammitinə dəvətə, səmimi qəbula və tədbirin yüksək səviyyədə təşkilinə görə Sədr Si Cinpinə səmimi minnətdarlığımı bildirirəm.

Dost Çin dövlətini ŞƏT-də uğurlu sədrliyi münasibətilə təbrik edir, qarşıya qoyulan məsələlərin həyata keçirilməsində uğurlar arzulayıram.

Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.

Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı.


Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir. Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq.

Azərbaycan ilə Çin arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir. Bu, siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir. Bu ilin iyul ayından bəri hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur ki, bu da turizmin inkişafına təkan verir.

Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk.

Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq.

Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.

Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir.

Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb.
 

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.


Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.

Sonda hörmətli Sədr Si Cinpinə dəvətə görə bir daha təşəkkürümü bildirir, Sammit iştirakçılarına səmərəli iş arzulayıram.

X X X

Qeyd edək ki, “ŞƏT plyus” formatında keçirilən görüşə 20-dən ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri qatılıb. Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantılarının iştirakçısı olub.

Təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə: Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər.

ŞƏT-in məqsədi regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının, elmi və mədəni fəaliyyətin inkişafıdır. Təşkilata üzv dövlətlərin başçılarının görüşləri 2002-ci ildən hər il keçirilir.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həmin gecə bizim evdə bir başqa təlaş olardı – Ülviyyə Fərhad YAZIR...

Həmin gecə bizim evdə bir başqa təlaş olardı – Ülviyyə Fərhad YAZIR...

Mehriban Əliyeva dövlət başçılarının xanımları ilə gəmi gəzintisində - FOTO

Mehriban Əliyeva dövlət başçılarının xanımları ilə gəmi gəzintisində - FOTO

Cərrah Zahid Zahidovun əməliyyat görüntülərini paylaşması ilə bağlı RƏSMİ AÇIQLAMA

Cərrah Zahid Zahidovun əməliyyat görüntülərini paylaşması ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanlı idmançı Moskvada HƏBS EDİLDİ

Azərbaycanlı idmançı Moskvada HƏBS EDİLDİ

Mahir Emreli millimizin məşqində İŞTİRAK ETMƏYƏCƏK

Mahir Emreli millimizin məşqində İŞTİRAK ETMƏYƏCƏK

Azərbaycanda yaşa görə müavinət artırıla BİLƏR

Azərbaycanda yaşa görə müavinət artırıla BİLƏR

Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatdı – FOTO

Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatdı – FOTO

Polis Abşeronda əməliyyat keçirdi: Həbs edilənlər var – VİDEO

Polis Abşeronda əməliyyat keçirdi: Həbs edilənlər var – VİDEO

İlon Maskın atası: “Rus qadınları sadəcə inanılmazdır”

İlon Maskın atası: “Rus qadınları sadəcə inanılmazdır”

Pakistanın qardaşlığa SƏDAQƏTİ – Ermənistanla diplomatik əlaqələr Azərbaycanın razılığı ilə QURULUR

Pakistanın qardaşlığa SƏDAQƏTİ – Ermənistanla diplomatik əlaqələr Azərbaycanın razılığı ilə QURULUR

Yevlaxda DƏHŞƏT – 25 yaşlı gənc traktorun altında qaldı

Yevlaxda DƏHŞƏT – 25 yaşlı gənc traktorun altında qaldı

Ramin Şükürov həbsdən AZAD EDİLDİ

Ramin Şükürov həbsdən AZAD EDİLDİ

Göyçayda ZƏNCİRVARİ QƏZA – Yaralananlar var – FOTO

Göyçayda ZƏNCİRVARİ QƏZA – Yaralananlar var – FOTO

Ərdoğan və Pezeşkian Çində GÖRÜŞDÜ

Ərdoğan və Pezeşkian Çində GÖRÜŞDÜ

Bir kukla düzəltdi, 20 milyard dollar qazandı...

Bir kukla düzəltdi, 20 milyard dollar qazandı...

Putinin ŞƏT-dəki çıxışından sonra Yanukoviçdən AÇIQLAMA – VİDEO

Putinin ŞƏT-dəki çıxışından sonra Yanukoviçdən AÇIQLAMA – VİDEO

Güclü geomaqnit qasırğası Yerə yaxınlaşır

Güclü geomaqnit qasırğası Yerə yaxınlaşır

“Bayer” Ten Haqı istefaya GÖNDƏRDİ

“Bayer” Ten Haqı istefaya GÖNDƏRDİ

Beyləqanda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb OLUNDU

Beyləqanda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb OLUNDU

Bu şəxslər 50% artıq subsidiya ALACAQ

Bu şəxslər 50% artıq subsidiya ALACAQ

ATƏT-dən Minsk prosesinin bağlanmasına REAKSİYA

ATƏT-dən Minsk prosesinin bağlanmasına REAKSİYA

Qurban Qurbanov:" “Neftçi”dən inciməmişəm” – VİDEO

Qurban Qurbanov:" “Neftçi”dən inciməmişəm” – VİDEO

İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Əhəmiyyətsiz QİSAS CƏHDİ – Hindistanın ŞƏT-ə üzvlüyümüzə blok qoymasının PƏRDƏARXASI

Əhəmiyyətsiz QİSAS CƏHDİ – Hindistanın ŞƏT-ə üzvlüyümüzə blok qoymasının PƏRDƏARXASI

End of content

No more pages to load

RADİO