İlham Əliyev Çində Şahbaz Şəriflə GÖRÜŞDÜ - FOTO/VİDEO

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub.

Bizim.Media xəbər verir ki, Məhəmməd Şahbaz Şərif bu ilin aprel-may aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə Pakistan xalqı və hökuməti adından dövlətimizin başçısına bir daha təşəkkürünü bildirib.

Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlətimizin başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.
 

Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb, həmçinin Laçında Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli formatda keçirilmiş görüşün əhəmiyyətini qeyd edib.


Dövlətimizin başçısı öz növbəsində üçtərəfli əsasda - Azərbaycan-Türkiyə-Pakistan formatında müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığını vurğulayıb.

Pakistanın Baş naziri Prezident İlham Əliyevə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nəticələr münasibətilə təbriklərini çatdırıb, bunun tarixi əhəmiyyət daşıdığını qeyd edib.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib, Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə edilmiş uğurların regionda davamlı sülhün təmin olunması baxımından önəminə toxunub.
 

Prezident İlham Əliyev, həmçinin Vaşinqtona səfərinin Azərbaycan-ABŞ əlaqələrinin inkişafı baxımından da mühüm əhəmiyyətə malik olduğunu deyib və bütün bu proseslərdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayıb.


Görüşdə Azərbaycanla Pakistan arasında hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, mövcud siyasi münasibətlərimizin ruhuna uyğun olaraq iqtisadi, ticari əlaqələrin inkişafına dair müzakirələr aparılıb, hökumət üzvlərinə əlavə tapşırıqlar verilib. Azərbaycanın “ASAN Xidmət” modelinə uyğun olaraq Pakistanda da analoji layihənin həyata keçirilməsi məsələsi müsbət addım kimi qiymətləndirilib.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tam orta təhsil bazasında kolleclərin plan yerləri 98.66 faiz DOLDU

Tam orta təhsil bazasında kolleclərin plan yerləri 98.66 faiz DOLDU

“Uşaqlar yaxşı xarakter göstərdilər” - Millimizin baş məşqçisi

“Uşaqlar yaxşı xarakter göstərdilər” - Millimizin baş məşqçisi

Ət xərçəng yaradır, yoxsa ondan qoruyur? - ARAŞDIRMA

Ət xərçəng yaradır, yoxsa ondan qoruyur? - ARAŞDIRMA

Millimiz İslandiyaya qalib gəldi

Millimiz İslandiyaya qalib gəldi

Universitetlərin boş qalan yerlərinə qəbul olanların qeydiyyatı BU TARİXDƏ başlanacaq

Universitetlərin boş qalan yerlərinə qəbul olanların qeydiyyatı BU TARİXDƏ başlanacaq

"Doqquz min xərc çəkmişəm" - Oğlunun toyu dayandırılan ata… - VİDEO

"Doqquz min xərc çəkmişəm" - Oğlunun toyu dayandırılan ata… - VİDEO

Portuqaliya prezidenti Jota və Koştanı ordenlə TƏLTİF ETDİ

Portuqaliya prezidenti Jota və Koştanı ordenlə TƏLTİF ETDİ

Gəncə, Göygöl, və Goranboy məktəblərinə yeni direktor TƏYİNATLARI OLDU

Gəncə, Göygöl, və Goranboy məktəblərinə yeni direktor TƏYİNATLARI OLDU

"ChatGPT"yə valideyn nəzarəti gəlir

"ChatGPT"yə valideyn nəzarəti gəlir

Ucarda 71 yaşlı qadını maşın vuraraq öldürdü - FOTO

Ucarda 71 yaşlı qadını maşın vuraraq öldürdü - FOTO

Biləsuvardakı qəzada xəsarət alanları xəstəxanaya çatdıran sürücüdən AÇIQLAMA - FOTO

Biləsuvardakı qəzada xəsarət alanları xəstəxanaya çatdıran sürücüdən AÇIQLAMA - FOTO

DİQQƏT: Bakının bu ərazisində sabah qaz olmayacaq

DİQQƏT: Bakının bu ərazisində sabah qaz olmayacaq

"Braqa"nın yetirməsi "Əl-İttihad"da

"Braqa"nın yetirməsi "Əl-İttihad"da

Biləsuvardakı qəzada xəsarət alanların kimliyi BİLİNDİ

Biləsuvardakı qəzada xəsarət alanların kimliyi BİLİNDİ

Saxta Labubular uşaqlar üçün təhlükəlidir - XƏBƏRDARLIQ

Saxta Labubular uşaqlar üçün təhlükəlidir - XƏBƏRDARLIQ

Cəlilabadda toy edən sakinin evi YANDI - FOTO

Cəlilabadda toy edən sakinin evi YANDI - FOTO

Şəbnəm Rusiyadan deportasiya edilib? - AÇIQLAMA/VİDEO

Şəbnəm Rusiyadan deportasiya edilib? - AÇIQLAMA/VİDEO

“Rusiya həmişə Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb, amma Aİ-yə yox” - Putin

“Rusiya həmişə Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb, amma Aİ-yə yox” - Putin

“Barselona”da CİDDİ İTKİ

“Barselona”da CİDDİ İTKİ

Dələduzların "telegram"da istifadə etdiyi yeni üsul - VİDEO

Dələduzların "telegram"da istifadə etdiyi yeni üsul - VİDEO

Biləsuvarda YOL QƏZASI: 1 nəfər həlak oldu, 3 nəfər xəsarət aldı - FOTO

Biləsuvarda YOL QƏZASI: 1 nəfər həlak oldu, 3 nəfər xəsarət aldı - FOTO

İranda taksi sürücüləri ETİRAZLARA başladılar - VİDEO

İranda taksi sürücüləri ETİRAZLARA başladılar - VİDEO

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qusar Rayon Təşkilatına yeni sədr TƏYİNATI - FOTO

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qusar Rayon Təşkilatına yeni sədr TƏYİNATI - FOTO

Kamerunlu hücumçu İran klubuna KEÇİR

Kamerunlu hücumçu İran klubuna KEÇİR

End of content

No more pages to load

RADİO