Rusiya ordusu Odessa vilayətinə kütləvi dron zərbəsi endirib. Nəticədə enerji infrastrukturu zədələnib.
Bizim.Media xəbər verir ki, bunu vilayət administrasiyasının rəhbəri Oleq Kiper bildirib.
Onun sözlərinə görə, ən çox Çornomorsk və onun ətrafı zərər çəkib. Hazırda 29 mindən çox abunəçi işıqsız qalıb. Kritik infrastruktur generatorlarla işləyir.
Bundan əlavə, fərdi evlər və inzibati binalar da zərər görüb. Bir nəfərin xəsarət aldığı deyilir.
Bizim.Media