“Prezident İlham Əliyevin açıqlamaları ciddi mesaj və xəbərdarlıq oldu”- Fərid Şahbazlı

“Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsi zamanı Azərbaycanın dünyada və regionda baş verən hadisələrlə bağlı mövqeyini bir daha ortaya qoydu. Müsahibə zamanı verilən mesajlar növbəti dəfə sübut etdi ki, Azərbaycanın regional və qlobal siyasətdə rolu hər ötən gün güclənir. Vaşinqton razılaşması isə müharibəyə, qarşıdurmaya son qoyur və Ermənistan bu öhdəlikləri yerinə yetirməlidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.
 

O qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların Ermənistan Konstitusiyasından çıxarılması və sülh müqaviləsinin imzalanmasının qaçılmaz olduğunu vurğulayıb. Azərbaycan lideri vurğulayıb ki, hər hansı pozuntu Ermənistan üçün ciddi nəticələr doğuracaq və hakimiyyət dəyişikliyi belə bu öhdəliyi dəyişməyəcək.


Fərid Şahbazlının sözlərinə görə, Zəngəzur dəhlizi məsələsinə toxunan Prezident Azərbaycanın 2020-ci il Vətən müharibəsindən sonra bu ərazini hərbi yolla ələ keçirmək üçün gücünün olduğuna diqqət çəkib: “Lakin Azərbaycan bunu etmədi. Dövlət başçısı haqlı olaraq dedi ki, bəzi media orqanlarında Azərbaycanın Zəngəzuru işğal edəcəyinə, İranla Ermənistan sərhədini kəsəcəyinə dair planlar barədə çoxlu şayiələr yayılır. Bu, tamamilə yalandır və Azərbaycanın belə bir niyyəti yoxdur. Reallıq bundan ibarətdir ki, Ermənistan beş ilə yaxın vaxtı prosesi süni şəkildə uzatdı. Düşünürəm ki, ABŞ Prezidenti Donald Tramp və administrasiyasının iştirakı, eyni zamanda Azərbaycanın artan siyasi və iqtisadi gücü fonunda Yerevan reallıqları qəbul etdi, layihə reallaşma yoluna çıxdı. Dəhlizin həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat marşrutları üçün strateji əhəmiyyətini vurğulayan Cənab Prezident vurğuladı ki, layihə regionun iqtisadi və logistika imkanlarını artıracaq”.

Siyasi şərhçi deyib ki, İlham Əliyev müsahibədə Moskva ilə münasibətlərə də toxunub. Prezident bildirib ki, Azərbaycan qonşularla bərabərhüquqlu əməkdaşlığın tərəfdarıdır:
 

“Lakin mülki təyyarəmizin vurulması və Rusiyada azərbaycanlılara qarşı təzyiqlər qəbuledilməzdir. Yekaterinburqda iki soydaşımızın öldürülməsi də bunun bariz nümunəsidir.


Prezident xüsusi olaraq bildirdi ki, 44 günlük müharibə zamanı Rusiya vertolyotu vurulanda biz dərhal üzrxahlıq edib təzminat ödəmişdik. Eyni addımı bu gün də Rusiyadan gözləyirik”.

Fərid Şahbazlı bildirib ki, Prezident müsahibə zamanı Azərbaycanın beynəlxalq vasitəçilik fəaliyyətinə də diqqət çəkib: “İsrail–Suriya və Türkiyə–İsrail münasibətlərində Azərbaycan fəal vasitəçidir. Bu, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir və vasitəçilik missiyamızın əsasını bu prinsip təşkil edir”.

Siyasi şərhçi vurğulayıb ki, Prezident İlham Əliyevin müsahibəsi bir daha təsdiq etdi ki, Azərbaycan regional sabitliyin və beynəlxalq hüququn qorunmasında fəal iştirak edir: “Prezidentin müsahibə zamanı verdiyi açıqlamalar bütün proses iştirakçıları üçün ciddi mesaj və xəbərdarlıq oldu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

End of content

No more pages to load

RADİO