İlham Əliyev Stiven Doutini qəbul etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul edib.

Bizim.Media xəbər verir ki, Stiven Douti Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması ilə əlaqədar əldə olunmuş tarixi nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb, ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu bildirib. 

Qonaq, həmçinin Vaşinqtonda regional nəqliyyat bağlantıları ilə bağlı əldə edilmiş nəticələrin əhəmiyyətinə toxunub.

Stiven Douti ötən il COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi və qazanılmış uğurlar münasibətilə təbriklərini çatdırıb.
 

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinin və Ermənistanla normallaşma prosesinin irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcəyini deyib.


Dövlətimizin başçısı COP29 zamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin Azərbaycana səfərini və onunla keçirilmiş görüşünü xatırlayıb.

Söhbət zamanı Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, siyasi münasibətlərimizin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. İqtisadi, ticari, informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu bildirilib. 

Azərbaycanla Böyük Britaniya arasında enerji sahəsində əlaqələrə toxunularaq, bu xüsusda ölkəmizlə bp arasında 30 ildən artıq davam edən səmərəli əməkdaşlıq qeyd olunub, bunun həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində uğurla həyata keçirildiyi vurğulanıb.

Bp ilə qarşılıqlı faydalı əməkdaşlığın qarşıdan gələn onilliklər ərzində də davam edəcəyinə ümidvarlıq ifadə olunub.

Sonda qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

İran rialı kəskin BAHALAŞDI

İran rialı kəskin BAHALAŞDI

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Hidayət Heydərov üçün "bürünc" şansı

Hidayət Heydərov üçün "bürünc" şansı

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

DİN: Axtarışda olan 9 nəfər tapılıb

DİN: Axtarışda olan 9 nəfər tapılıb

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Bölgələrdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Bölgələrdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Ordenli deputatlar - “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Ordenli deputatlar - “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

41 yaşlı Ronaldo ilə sevgilisi haqqında İLGİNC İDDİA – Hər kəs onlardan DANIŞIR

41 yaşlı Ronaldo ilə sevgilisi haqqında İLGİNC İDDİA – Hər kəs onlardan DANIŞIR

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

End of content

No more pages to load

RADİO