Azərbaycanla Türkiyə arasında daha bir Anlaşma Memorandumu - FOTO 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) dəvəti ilə işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) nümayəndə heyəti ilə Ombudsman Aparatında görüş keçirilib. 

Bu barədə Bizim.Media-ya Ombudsman Aparatından məlumat verilib. 

Bildirilib ki, görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib.

Ombudsman Səbinə Əliyeva çıxışında 44 günlük Vətən Müharibəsi dövründə qardaş Tükiyə rəhbərliyinin və xalqının göstərdiyi mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib. O, Ermənistanın uzun illər beynəlxalq hüququn norma və prinsiplərinə etinasız yanaşaraq torpaqlarımızın iyirmi faizini işğal altında saxlaması səbəbindən insan hüquqlarının kobud surətdə pozulması faktlarına, habelə bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin düşməsinə beynəlxalq ictimaiyyətin uzun müddət səssiz qaldığını vurğulayıb. 

Öz növbəsində TİHEK-in rəhbəri Süleyman Arslan dəvətə görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib. O qeyd edib ki, müharibə nəticəsində zərər çəkmiş ərazilərdə yerində araşdırmalar aparılması baxımından bu səfər xüsusi önəm daşıyır.

S.Arslan çıxışı zamanı qurumlar arasında əlaqələrin genişləndirilməsinin məmnunluq doğurduğunu vurğulayıb. 

Tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Azərbaycan təsisatın Aparatının fəaliyyəti barəsində ümumi məlumat verib. Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti barədə məruzə ilə Aparat rəhbərinin müavini Rəşid Rumzadə çıxış edib. Çıxışlardan sonra Aparatın şöbə müdiri Zaur Vəliməmmədli 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Ombudsmanın fəaliyyətinə dair təqdimatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Daha sonra iki qurum arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlıq çərçivəsində əlaqələrin gücləndirilməsi, müvafiq sahədə birgə təlim və tədqiqatların aparılması, qarşılıqlı maraq doğuran informasiya və maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, eləcə də digər istiqamətlərdə əməkdaşlıq etməkdir.

Memorandumun imzalanma mərasimindən sonra kütləvi informasiya vasitələri üçün mətbuat konfransı təşkil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda zəncirvari qəza: 3 avtomobil toqquşdu - ANBAAN VİDEO

Bakıda zəncirvari qəza: 3 avtomobil toqquşdu - ANBAAN VİDEO

Həmədana zirehli texnika yeridildi: Yüzlərlə insan həbs edildi - VİDEO

Həmədana zirehli texnika yeridildi: Yüzlərlə insan həbs edildi - VİDEO

Sabiq icra başçısına YENİ VƏZİFƏ verildi

Sabiq icra başçısına YENİ VƏZİFƏ verildi

Flora Kərimova uzun müddət sonra görüntüləndi – FOTO

Flora Kərimova uzun müddət sonra görüntüləndi – FOTO

Yanğın baş verən binanın sakinləri belə təxliyə olundu – VİDEO

Yanğın baş verən binanın sakinləri belə təxliyə olundu – VİDEO

Bu ölkə Rusiyadan təzminat istəyir

Bu ölkə Rusiyadan təzminat istəyir

“Nyukasl”ın sabiq futbolçusu Əmrə Bələzoğlu: Sabah ürəyim “Qarabağ”la döyünəcək

“Nyukasl”ın sabiq futbolçusu Əmrə Bələzoğlu: Sabah ürəyim “Qarabağ”la döyünəcək

Sabah 24 dərəcə isti olacaq – PROQNOZ

Sabah 24 dərəcə isti olacaq – PROQNOZ

Yanğın baş verən ərazidən YENİ VİDEO

Yanğın baş verən ərazidən YENİ VİDEO

Şagirdi tərəfindən güllələnən müəllimlə bağlı YENİ XƏBƏR

Şagirdi tərəfindən güllələnən müəllimlə bağlı YENİ XƏBƏR

İctimai Şuranın cari ildə ilk iclası keçirildi

İctimai Şuranın cari ildə ilk iclası keçirildi

Ramazan ayının başlaması ilə bağlı fətva verildi

Ramazan ayının başlaması ilə bağlı fətva verildi

“Kəpəz”in legioneri Azərbaycana QAYIDIR?

“Kəpəz”in legioneri Azərbaycana QAYIDIR?

Yevlaxda minlərlə abonentin qazı KƏSİLƏCƏK

Yevlaxda minlərlə abonentin qazı KƏSİLƏCƏK

Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi

Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi

Bakıda 42 məktəbə yeni direktor təyin olundu

Bakıda 42 məktəbə yeni direktor təyin olundu

AQTA-dan Göygöldəki zəhərlənmə ilə bağlı AÇIQLAMA

AQTA-dan Göygöldəki zəhərlənmə ilə bağlı AÇIQLAMA

Xaçmazın həbsdə olan sabiq hərbi komissarı barədə QƏRAR VERİLDİ

Xaçmazın həbsdə olan sabiq hərbi komissarı barədə QƏRAR VERİLDİ

“Qarabağ”ın oyununa görə metroda iş vaxtı uzadılır

“Qarabağ”ın oyununa görə metroda iş vaxtı uzadılır

Neftçalada ad günündə 5 nəfər zəhərləndi

Neftçalada ad günündə 5 nəfər zəhərləndi

SON DƏQİQƏ! Bakının mərkəzində güclü yanğın – VİDEO

SON DƏQİQƏ! Bakının mərkəzində güclü yanğın – VİDEO

Füzulidə avtoqəzada xəsarət alanların SON DURUMU

Füzulidə avtoqəzada xəsarət alanların SON DURUMU

Novruzun ilk NƏFƏSİ – Bugünkü çərşənbə niyə “yalançı”dır?

Novruzun ilk NƏFƏSİ – Bugünkü çərşənbə niyə “yalançı”dır?

2500 il əvvəl estetik əməliyyat olub? – Cərrahiyyə tarixini alt-üst edən tapıntı - FOTO

2500 il əvvəl estetik əməliyyat olub? – Cərrahiyyə tarixini alt-üst edən tapıntı - FOTO

End of content

No more pages to load

RADİO