İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla geniş tərkibdə görüşü keçirildi – FOTO

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidentini və nümayəndə heyətinin üzvlərini salamlayan Qurbanqulu Berdiməhəmmədov deyib:

-Ölkəmizə səfərə gəlmək dəvətini qəbul etdiyiniz üçün Sizə minnətdaram. Bu ilin iyulunda Azərbaycana səfərim çərçivəsində mənə göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Mən Azərbaycanın gözəl, mənzərəli yerlərini ziyarət etdim. Səfər zamanı mühüm məsələlər müzakirə olundu.

Ölkələrimiz arasında münasibətlər başlanğıcını tarixin dərinliklərindən götürür, ənənələrimiz oxşardır və bunlar bizi birləşdirən amillərdir.

Siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar münasibətlərimizi bu təməl üzərində inkişaf etdiririk. Biz bu məsələləri indiki görüş əsnasında da müzakirə edəcəyik.

Bugünkü danışıqlarımız münasibətlərimizə təkan verir. Bu görüş çərçivəsində əməkdaşlığın mühüm məsələlərini nəzərdən keçiririk. Münasibətlərimiz əməkdaşlığın yüksək səviyyəsinə çatır, onların inkişafına böyük stimul verilir. Əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etmək istəyirəm. Bu kontekstdə Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafı məqsədilə yeni təşəbbüslər irəli sürəcəyik.
 

İqtisadi-ticari əməkdaşlığın inkişafı əlaqələrimizin gündəliyində duran mühüm istiqamətdir. Bu istiqamətdə artıq böyük işlər görülüb. Bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsi, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat, toxuculuq sənayesi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlarımız var.


Əməkdaşlığın mühüm sahəsi mədəni-humanitar əlaqələrdir. Onların inkişafı prioritet əhəmiyyət daşıyır. Bu kontekstdə əməkdaşlığın mühüm tərkib hissəsi qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, təhsil, mədəniyyət, turizm, mədəni dəyərlərimizin - xalçaçılıq, atçılıq, tətbiqi sənətin inkişafı sahələrində tədbirlərin keçirilməsidir. Bu istiqamətdə mədəni mübadilə və əlaqələrin inkişafı üçün bütün imkanlarımız mövcuddur.

Türkmənistan Prezidentinin Sizə böyük salamını çatdırıram. Sizi Türkmənistanda görməyimə şadam. Biz dialoqumuzu BMT-nin dillərindən biri vasitəsilə davam etdirəcəyik.

Sözü Sizə verirəm.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib:


-Təşəkkür edirəm, hörmətli Qurbanqulu Məlikquliyeviç.

Əziz qardaşım, dəvətə və qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirirəm, qardaş türkmən xalqına səmimi salamlarımı və sevgimi çatdırmaq istəyirəm. Türkmənistan torpağında yenidən olmağımdan da çox məmnunam.

Biz Sizinlə keçən ay Azərbaycanda görüşmüşük. O səfərin çox böyük tarixi mənası var. Həm Bakıda, həm işğaldan azad edilmiş Qarabağ torpağında bizim görüşlərimiz Azərbaycan xalqını çox məmnun etdi. Sizin bizə verdiyiniz dəstək bizim üçün çox önəmlidir, çox dəyərlidir. Biz Sizinlə söhbətlər əsnasında hər zaman tarixi köklərimizə də nəzər yetirirdik. Bizi birləşdirən ortaq tarix, mədəniyyət, etnik köklər, dilimiz və dinimizdir.

Türkmən və Azərbaycan xalqları, sözün əsl mənasında, qardaşdırlar və əsrlər boyu bu qardaşlıq hissləri ilə yaşamışlar. Bu gün müstəqil dövlətlər kimi böyük uğurlara imza atırlar. Mən artıq Sizə bildirdim ki, Avazanın inkişafı Sizin adınızla bağlıdır, Sizin əsərinizdir. Bu müasir, gözəl şəhər, əslində, Türkmənistanda gedən genişmiqyaslı inkişafı əks etdirir. Mən burada üç il bundan əvvəl Sizin dəvətinizlə olmuşam və artıq hava limanından şəhərə gələndə gördüm ki, daha böyük inkişaf var. Bütün bunlar Sizin fəaliyyətinizin nəticələridir.

Qeyd etdiyiniz kimi, biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Mən əminəm ki, dediyiniz bütün sahələr - energetika, nəqliyyat, logistika, tranzit, rəqəmsallaşma, mədəni əlaqələr üzrə çox gözəl perspektivlər var. Sizin səfərinizdən sonra Hökumətlərarası Komissiyanın iclası olmuşdur.

Orada bir çox məsələlər müzakirə edilib, gözəl nəticələr əldə olunub və biz bir neçə məsələni də bu gün burada müzakirə edəcəyik.

Eyni zamanda, nəqliyyat imkanlarına baxdıqda indi yeni potensial var - Şərq-Qərb nəqliyyat dəhlizi Türkmənistan və Azərbaycan ərazilərindən keçir. Əlbəttə ki, bizim bu sahədəki birgə fəaliyyətimiz, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək. Çünki bu gün Avropanı Uzaq Şərqlə birləşdirən etibarlı nəqliyyat bağlantısı bizim ölkələrimizin ərazisindən keçir.

Mən bilirəm ki, Türkmənistanda çox böyük işlər görülüb - müasir dəniz limanı, hava limanları, dəmir yolları. Bütün bunlar Sizin rəhbərliyinizlə həyata keçirilən layihələrdir ki, Türkmənistanda ən müasir infrastruktur yaradılıb. Belə infrastrukturlar Azərbaycanda da yaradılıb. Ona görə bu istiqamətdə səylərimizin birləşməsində çox böyük fayda var.

Əlbəttə, bizim tez-tez görüşməyimiz, hesab edirəm ki, bütün bölgəyə və dünyaya çox ciddi mesajlar verir. Türkmənistan və Azərbaycan - qardaş dövlətlər, qardaş xalqlar hər zaman bir-birinin yanındadır.

Bir daha qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm.

x x x


Prezident İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə siyasi əlaqələrimizin mövcud durumundan məmnunluq ifadə olunub, Azərbaycanın və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyi, qlobal və regional məsələlər üzrə mövqelərinin üst-üstə düşdüyü vurğulanıb. Xüsusilə BMT Baş Assambleyasında “Türkmənistanın daimi neytrallığı” adlı qəbul olunmuş qətnamədə Azərbaycanın həmmüəllif kimi çıxış etməsi Türkmənistana olan dəstəyin və dostluğun nümunəsi kimi qiymətləndirilib.
 

Dövlətimizin başçısı avqustda Türkmənistanda BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə konfransının uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb, bu tədbirdə Azərbaycanın yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunduğunu vurğulayıb.


Türkmənistan Xalq Məsləhətinin sədri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması və əldə olunan nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, Şərq-Qərb marşrutunda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini Ermənistan ərazisindən keçməklə birləşdirən yeni nəqliyyat dəhlizinin reallaşması ölkələrimizin nəqliyyat daşımalarını və tranzit potensialını daha da artıracaq və bütün regionun inkişafına öz töhfəsini verəcək.

Söhbət zamanı Azərbaycan, Türkmənistan, Özbəkistan istiqamətində də nəqliyyat dəhlizinin imkanları məsələlərinə toxunulub.

Bu xüsusda, bu gün keçiriləcək Azərbaycan-Türkmənistan-Özbəkistan formatında üçtərəfli görüşün əhəmiyyəti vurğulanıb, bu tədbirin üç qardaş ölkə arasında əməkdaşlığın və tərəfdaşlığın inkişafına əlavə təkan verəcəyinə ümidvarlıq ifadə olunub.

Görüşdə, həmçinin Türkmənistanın “Axalteke” və Azərbaycanın Qarabağ atlarının beynəlxalq festivallarda birgə iştirakı məsələlərinə toxunulub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: “Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır”

İlham Əliyev: “Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır”

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub

Prezident: “Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir”

Prezident: “Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir”

Ruhiyyə Rəfiyeva işdən çıxarıldı

Ruhiyyə Rəfiyeva işdən çıxarıldı

İlham Əliyev: “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır”

İlham Əliyev: “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır”

"Ayağı universitetə dəyməyib, əlində diplomu var" - Agentlik sədri

"Ayağı universitetə dəyməyib, əlində diplomu var" - Agentlik sədri

30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı

30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı

Prezident: “Azərbaycan xalqı öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı”

Prezident: “Azərbaycan xalqı öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı”

Gürcüstanda 13 yaşlı azərbaycanlı qız əkiz dünyaya gətirdi

Gürcüstanda 13 yaşlı azərbaycanlı qız əkiz dünyaya gətirdi

Prezident: “Şərəfli missiyamızın həyata keçirilməsində bir gün də istirahət etmədik”

Prezident: “Şərəfli missiyamızın həyata keçirilməsində bir gün də istirahət etmədik”

Xaricdə distant və ya qiyabi təhsil alanların diplomu Azərbaycanda tanınacaq? – RƏSMİ AÇIQLAMA

Xaricdə distant və ya qiyabi təhsil alanların diplomu Azərbaycanda tanınacaq? – RƏSMİ AÇIQLAMA

Dövlət başçısı: “Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi”

Dövlət başçısı: “Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi”

Kəlbəcərə sulu qar yağıb - FAKTİKİ HAVA

Kəlbəcərə sulu qar yağıb - FAKTİKİ HAVA

Prezidentdən Ermənistanın əvvəlki rəhbərlərinə SƏRT MESAJ – “Cəzalarını çəkməlidirlər”

Prezidentdən Ermənistanın əvvəlki rəhbərlərinə SƏRT MESAJ – “Cəzalarını çəkməlidirlər”

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

İlham Əliyev: “İlk dəfədir ki, qurultayımız öz ərazi bütövlüyümüzü tam bərpa edəndən sonra keçirilir”

İlham Əliyev: “İlk dəfədir ki, qurultayımız öz ərazi bütövlüyümüzü tam bərpa edəndən sonra keçirilir”

Hikmət Hacıyev: “Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər”

Hikmət Hacıyev: “Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər”

Prezident: “YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir”

Prezident: “YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir”

Yazıçılar Poliklinikasına yalnız yazıçılar müraciət edə bilər? – RƏSMİ AÇIQLAMA

Yazıçılar Poliklinikasına yalnız yazıçılar müraciət edə bilər? – RƏSMİ AÇIQLAMA

Azərbaycan XİN Qvineyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Qvineyanı təbrik etdi – FOTO

Həmin təyyarədəki sərnişinlər danışdı - “Məni öldürün” deyə qışqırırdı

Həmin təyyarədəki sərnişinlər danışdı - “Məni öldürün” deyə qışqırırdı

Vanqanın 2027-ci il proqnozu üzə çıxdı

Vanqanın 2027-ci il proqnozu üzə çıxdı

Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur

Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur

YAP-ın VIII Qurultayı keçirilir: İlham Əliyev çıxış edib – FOTO

YAP-ın VIII Qurultayı keçirilir: İlham Əliyev çıxış edib – FOTO

End of content

No more pages to load

RADİO