Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub.
Bizim.Media xəbər verir ki, ümumi ərazisi 7,6 hektar olacaq yaşayış kompleksində 4 və 5 mərtəbəli 29 bina tikiləcək.
Kompleksdə 476 mənzilin inşası planlaşdırılıb ki, onlardan da 8-i birotaqlı, 176-sı ikiotaqlı, 169-u üçotaqlı, 123-ü isə dördotaqlı olacaq.
Bizim.Media