Prezident və birinci xanım Kəlbəcərdə elektrik stansiyalarının AÇILIŞINDA - FOTO / VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, “AzərEnerji” ASC-nin sədri Baba Rzayev dövlətimizin başçısına və birinci xanıma stansiyalar barədə məlumat verdi.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq Kəlbəcər rayonunda 8,6 meqavatlıq “Aşağı Vəng” və 8,8 meqavatlıq “Nadirxanlı” kiçik su elektrik stansiyaları tikilib.
 

Bu stansiyaları su ilə təmin etmək üçün Lev çayının Tərtər çayına qovuşmasından sonra baş suqəbuledici, eyni zamanda, Tutqu çayının Tərtər çayına qovuşan hissəsində ikinci suqəbuledici yaradılıb. Kaskad su elektrik stansiyaları silsiləsinə daxil olan bu stansiyalar üçün çətin relyefdə ümumilikdə 9300 metr uzunluğunda derivasiya borusu çəkilib.


Çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması üçün xüsusi hidrotexniki qurğularlarla təchiz olunan suqəbuledicilərdə bütün ekoloji normalara riayət edilib. Hər iki stansiyada quraşdırılmış hidroaqreqatlar zərərli maddələrin suya qarışmasının qarşısını almaqla yanaşı, onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən suyu aşağı axarda yenidən çaya qaytarır.

Müasir avadanlıqlarla təchiz edilmiş stansiyalar ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya olunub. Burada istehsal edilən ekoloji təmiz yaşıl enerji ilə təxminən 25 min nəfər elektrik enerjisi ilə təmin olunacaq.
 

“Aşağı Vəng” və “Nadirxanlı” stansiyalarında il ərzində 48 milyon kilovat-saat elektrik enerjisinin istehsal edilməsi nəzərdə tutulur. Qənaət edilən təbii qazın həcmi 12,5 milyon kubmetr təşkil edəcək ki, bununla da il ərzində 23 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Kəlbəcər rayonunun 8 nəfər sakini stansiyalarda işlə təmin olunub.


“Çaykənd” Kiçik Su Elektrik Stansiyasının isə gücü 5 MVt-dır. Bu, “AzərEnerji” tərəfindən Kəlbəcərdə istismara verilən sayca onbirinci “yaşıl enerji” obyektidir. Stansiya ölkənin ən böyük bolsulu çaylarından birinin - Tərtər çayının üzərində yeni yaradılmış baş suqəbuledicidən 8 min 500 metrlik derivasiya borusu ilə gələn su ilə təchiz olunur. Təxminən 7 min nəfəri ekoloji təmiz yaşıl enerji ilə təmin edəcək stansiyada “ətraf mühitə dost texnologiyalar” tətbiq ediləcək.
 

Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması ilə yanaşı, stansiyaya Bakıdan nəzarət etmək də mümkün olacaq. Stansiyanın enerjisistemə inteqrasiya üçün 5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti çəkilib.


Stansiya ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya edilib. Stansiyada il ərzində 15 milyon kilovat-saat elektrik enerjisinin istehsalı, bununla da 3.2 milyon kubmetr təbii qaza qənaət edilməsi və 6 min ton karbon qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulur. Burada 4 nəfər Kəlbəcər sakini işlə təmin olunub.

Prezident İlham Əliyev “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışını etdi.
 

Xatırladaq ki, dövlətimizin başçısının göstərişi ilə həyata keçirilən işlər nəticəsində Qarabağ və Şərqi Zəngəzurda əlavə 3 su elektrik stansiyasının istismara verilməsi ilə bu cür stansiyaların sayı ümumilikdə 38-ə, ümumi gücü isə 307 MVt-a çatdırılıb.


Sistemli şəkildə tikilib istismar olunan bu stansiyalar artıq iqtisadiyyata, “yaşıl enerji”nin genişlənməsinə, ətraf mühitin qorunmasına öz töhfəsini verir. Bu günə qədər su elektrik stansiyalarında 1,5 milyard kVts yaşıl enerji istehsal olunub, 335 milyon kubmetr qaza qənaət edilib, 620 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Su elektrik stansiyaları azsulu dövrdə 80 MVt, bolsulu dövrdə isə 200 MVt-dan artıq gücdə 24 saat fasiləsiz yaşıl enerji istehsal edir.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: “Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır”

İlham Əliyev: “Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır”

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub

Prezident: “Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir”

Prezident: “Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir”

Ruhiyyə Rəfiyeva işdən çıxarıldı

Ruhiyyə Rəfiyeva işdən çıxarıldı

İlham Əliyev: “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır”

İlham Əliyev: “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır”

"Ayağı universitetə dəyməyib, əlində diplomu var" - Agentlik sədri

"Ayağı universitetə dəyməyib, əlində diplomu var" - Agentlik sədri

30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı

30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı

Prezident: “Azərbaycan xalqı öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı”

Prezident: “Azərbaycan xalqı öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı”

Gürcüstanda 13 yaşlı azərbaycanlı qız əkiz dünyaya gətirdi

Gürcüstanda 13 yaşlı azərbaycanlı qız əkiz dünyaya gətirdi

Prezident: “Şərəfli missiyamızın həyata keçirilməsində bir gün də istirahət etmədik”

Prezident: “Şərəfli missiyamızın həyata keçirilməsində bir gün də istirahət etmədik”

Xaricdə distant və ya qiyabi təhsil alanların diplomu Azərbaycanda tanınacaq? – RƏSMİ AÇIQLAMA

Xaricdə distant və ya qiyabi təhsil alanların diplomu Azərbaycanda tanınacaq? – RƏSMİ AÇIQLAMA

Dövlət başçısı: “Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi”

Dövlət başçısı: “Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi”

Kəlbəcərə sulu qar yağıb - FAKTİKİ HAVA

Kəlbəcərə sulu qar yağıb - FAKTİKİ HAVA

Prezidentdən Ermənistanın əvvəlki rəhbərlərinə SƏRT MESAJ – “Cəzalarını çəkməlidirlər”

Prezidentdən Ermənistanın əvvəlki rəhbərlərinə SƏRT MESAJ – “Cəzalarını çəkməlidirlər”

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

İlham Əliyev: “İlk dəfədir ki, qurultayımız öz ərazi bütövlüyümüzü tam bərpa edəndən sonra keçirilir”

İlham Əliyev: “İlk dəfədir ki, qurultayımız öz ərazi bütövlüyümüzü tam bərpa edəndən sonra keçirilir”

Hikmət Hacıyev: “Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər”

Hikmət Hacıyev: “Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər”

Prezident: “YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir”

Prezident: “YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir”

Yazıçılar Poliklinikasına yalnız yazıçılar müraciət edə bilər? – RƏSMİ AÇIQLAMA

Yazıçılar Poliklinikasına yalnız yazıçılar müraciət edə bilər? – RƏSMİ AÇIQLAMA

Azərbaycan XİN Qvineyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Qvineyanı təbrik etdi – FOTO

Həmin təyyarədəki sərnişinlər danışdı - “Məni öldürün” deyə qışqırırdı

Həmin təyyarədəki sərnişinlər danışdı - “Məni öldürün” deyə qışqırırdı

Vanqanın 2027-ci il proqnozu üzə çıxdı

Vanqanın 2027-ci il proqnozu üzə çıxdı

Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur

Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur

YAP-ın VIII Qurultayı keçirilir: İlham Əliyev çıxış edib – FOTO

YAP-ın VIII Qurultayı keçirilir: İlham Əliyev çıxış edib – FOTO

End of content

No more pages to load

RADİO