Prezident “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında - FOTO/VİDEO

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, Kəlbəcər Azərbaycanın ən zəngin təbiətə malik bölgələrindən biri olmaqla yanaşı, arıçılıq sahəsində qədim və dəyərli ənənələri yaşadan diyarlarımızdandır.
 

Rayonun dağlıq relyefi, nadir və çoxçeşidli flora örtüyü, eləcə də yüksək dağ çaylarının ətrafında formalaşan əlverişli mikroiqlim burada istehsal olunan balın həm dad, həm keyfiyyət, həm də müalicəvi xüsusiyyətlərinə müsbət təsir göstərən əsas amillərdir.


Arıçılıq Kəlbəcər əhalisinin əsas məşğulluq sahələrindən biri olub və bu peşə nəsildən-nəslə ötürülərək bu günə qədər qorunub saxlanılıb. Bu sahədə uzun illər fəaliyyət göstərmiş Sabir Mustafayevin ailə təsərrüfatı bunun bariz nümunələrindəndir. Vətən müharibəsindən sonra o, ailəsi ilə birgə doğma torpağına qayıdaraq təsərrüfatını yenidən qurub. Onların istehsal etdiyi bal Kəlbəcərin ən ucqar və səfalı yaylaqlarında bitən çiçəklərdən toplanır.
 

2021-ci ildə Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı bu təsərrüfata baş çəkməsi və Kəlbəcər balı ilə bağlı söylədiyi fikirlər arıçılıqla məşğul olan ailələr üçün mühüm stimul və ruh yüksəkliyi yaradıb.


Bu diqqətin davamı olaraq, Kəlbəcər şəhərinin mərkəzində “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası” fəaliyyətə başlayıb. Burada bal ilə yanaşı, propolis, arı südü, çiçək tozu, mum və digər təbii məhsullar təqdim olunur.

Gələcəkdə bu məhsulların “Made in Azerbaijan” brendi ilə beynəlxalq bazarlara çıxarılması və onlayn satış platformasının yaradılması planlaşdırılır. Mağaza yalnız satış məkanı deyil, həm də Kəlbəcər balının tanıdılması, arıçılıq məhsullarının brendləşdirilməsi və bu sahənin inkişafı üçün platforma funksiyasını daşıyır.
 

Artıq 40 ildən çoxdur arıçılıqla məşğul olan Mustafayevlər ailəsi bu sahəyə dərin bağlılıqla yanaşır. Onlar ənənəni qorumaqla yanaşı, müasir üsulların tətbiqi ilə təsərrüfatı inkişaf etdiriblər.


Ailənin gənc üzvlərinin də bu işə maraq göstərməsi təsərrüfatın davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda təsərrüfatda 400-ə yaxın arı ailəsi var və bu təsərrüfat ölkənin nüfuzlu ailə təsərrüfatlarından biri kimi tanınır.

Bu layihə təkcə arıçılığın inkişafı baxımından deyil, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi dirçəlişin təmin olunması, ekoloji cəhətdən təmiz məhsulların istehsalı və regionun kənd təsərrüfatı potensialının gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.

Açılışdan sonra Prezident İlham Əliyev Sabir Mustafayevlə söhbət etdi.

Sabir Mustafayev: Xoş gəlmisiniz, bizə şərəf vermisiniz. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Bilirsən, mən balınızı da təbliğ edirəm. Həm özüm hər gün yeyirəm, həm də xarici qonaqlara göndərirəm.

Sabir Mustafayev: Bəli, bilirəm. Çox təşəkkür edirəm. Siz bizə böyük stimul verdiniz. Oğlum başqa sahəni seçmişdi, diplomat olmaq istəyirdi, beynəlxalq münasibətlər üzrə. Sizin gəlişinizdən, Kəlbəcər balı haqqında xoş sözlərinizdən sonra artıq bu sahəni seçdi və qərara aldı ki, Kəlbəcər balını xarici bazara çıxaracaq.

Prezident İlham Əliyev: Bu, artıq brend olacaq.

Sabir Mustafayev: Ermənilər 2019-cu ildə burada - Siz durduğunuz yerdə festival keçiriblər.

Prezident İlham Əliyev: Amma onlar burada yaşamırdılar.

Sabir Mustafayev: Az sayda yaşayırdılar. Bir il sonra “Dəmir yumruq” öz sözünü dedi.

Prezident İlham Əliyev: Əlbəttə.

Sabir Mustafayev: Ermənilər burada bir şənlik təşkil etdilər. Sizin Şuşada Cıdır düzündə, armudu stəkanda, özü də paxlava ilə çay içməyiniz ürəyimdən tikan çıxardı. Şənlik təşkil etdikləri bu yerdə Kəlbəcər balı ilə çay içməyiniz çox yaxşı olar.

Prezident İlham Əliyev: Bəli, gəl burada da şəkil çəkdirək.

Sabir Mustafayev: Bəli, çəkdirək. Təşəkkür edirəm. Çox sağ olun, bizə şərəf verdiniz. Allah Sizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Sağ olun.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Füzulidə şirniyyat sexində nöqsanlar aşkarlandı - FOTO

Füzulidə şirniyyat sexində nöqsanlar aşkarlandı - FOTO

Tunis millisi yeni baş məşqçisini AÇIQLADI

Tunis millisi yeni baş məşqçisini AÇIQLADI

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Naxçıvanda iki türkiyəli tələbə dəm qazından zəhərlənərək ölüb

Naxçıvanda iki türkiyəli tələbə dəm qazından zəhərlənərək ölüb

“Tottenhem” İngiltərə millisinin üzvünü transfer etdi

“Tottenhem” İngiltərə millisinin üzvünü transfer etdi

Şəkidə minik avtomobili YANDI

Şəkidə minik avtomobili YANDI

Norveç Trampın təhdidləri fonunda Qrenlandiyaya iki hərbçi GÖNDƏRƏCƏK

Norveç Trampın təhdidləri fonunda Qrenlandiyaya iki hərbçi GÖNDƏRƏCƏK

“Beşiktaş”dan 10 milyonluq TƏKLİF

“Beşiktaş”dan 10 milyonluq TƏKLİF

32 saylı bağçada yeməklər valideynlər tərəfindən hazırlanır? - VİDEO

32 saylı bağçada yeməklər valideynlər tərəfindən hazırlanır? - VİDEO

ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə raket gəmiləri və sualtı qayıq göndərib

ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə raket gəmiləri və sualtı qayıq göndərib

"Liverpul" onun üçün sərvət ödəməyə HAZIRDIR

"Liverpul" onun üçün sərvət ödəməyə HAZIRDIR

Elşəndən Azərlə bağlı PAYLAŞIM - FOTO

Elşəndən Azərlə bağlı PAYLAŞIM - FOTO

Qəzzadakı münaqişənin başa çatdırılması üzrə Trampın planının ikinci mərhələsi BAŞLADI

Qəzzadakı münaqişənin başa çatdırılması üzrə Trampın planının ikinci mərhələsi BAŞLADI

Azərbaycana qarşı cinayət törətmiş xunta rəhbərlərinin Ermənistana təhvil verilməsi ehtimalı yoxdur

Azərbaycana qarşı cinayət törətmiş xunta rəhbərlərinin Ermənistana təhvil verilməsi ehtimalı yoxdur

“Qarabağ”ın növbəti oyunlarının vaxtı AÇIQLANDI

“Qarabağ”ın növbəti oyunlarının vaxtı AÇIQLANDI

ABŞ-ın viza verilişini dayandırdığı ölkələrin siyahısında Azərbaycan da var - FOTO

ABŞ-ın viza verilişini dayandırdığı ölkələrin siyahısında Azərbaycan da var - FOTO

Rəqsanədən Xoşqədəmə cavab - VİDEO

Rəqsanədən Xoşqədəmə cavab - VİDEO

“Panik atak”la mübarizə üçün BU QİDALARDAN istifadə edin

“Panik atak”la mübarizə üçün BU QİDALARDAN istifadə edin

Neymar özünə şəhər TİKİR

Neymar özünə şəhər TİKİR

Azərbaycanı ləkələməyə yönələn Ermənistan vətəndaşlarına məxsus hesablar aşkarlandı - FOTO

Azərbaycanı ləkələməyə yönələn Ermənistan vətəndaşlarına məxsus hesablar aşkarlandı - FOTO

Bakı-Qazax avtomagistralında QƏZA: İki nəfər xəsarət aldı - VİDEO

Bakı-Qazax avtomagistralında QƏZA: İki nəfər xəsarət aldı - VİDEO

Küçədə, avtobusda, vağzalda NAMAZ – Din nə deyir? - VİDEO

Küçədə, avtobusda, vağzalda NAMAZ – Din nə deyir? - VİDEO

Azər Bayramov iqtisadiyyat nazirinin müavini TƏYİN EDİLDİ

Azər Bayramov iqtisadiyyat nazirinin müavini TƏYİN EDİLDİ

Şuşaya gedəcək sürücülərə XƏBƏRDARLIQ EDİLDİ

Şuşaya gedəcək sürücülərə XƏBƏRDARLIQ EDİLDİ

End of content

No more pages to load

RADİO