İranla Ermənistan arasında gözlənilməz ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri çərçivəsində tərəflər arasında anlaşma memorandumu imzalanıb. Digər tərəfdən, tərəflər iqtisadi əlaqələri gücləndirməyin vacib olduğu fikrinə gəliblər.

Paşinyan da öz növbəsində bildirib ki, regionda kommunikasiya yollarının bərpası fonunda Ermənistan və İran arasında dəmir yolu sahəsində əməkdaşlıq üçün də yeni imkanlar açılıb. O, qeyd edib ki, Naxçıvan-Culfa dəmir yolu xətti vasitəsilə İranın Ermənistana və Qara dənizə dəmir yolu ilə çıxışı təmin ediləcək.

Görəsən, İrəvanda atılan bu addımlar fonunda İranın Zəngəzur isterikası nəhayət bitəcək? Yoxsa şovinist farslar yenə Pezeşkianı hədəfə almaqda davam edəcəklər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirdi ki, İran Prezidenti Pezeşkianın Ermənistana səfəri bir sıra suallara aydınlıq gətirməklə yanaşı, yeni suallar da yaratdı:

“Pezeşkian üçüncü tərəflərin bölgədə olmasını məqbul hesab etməyən açıqlama ilə çıxış etdi. Üçüncü tərəf deyəndə də o, ABŞ-ı nəzərdə tutur. Onun bir prezident olaraq açıqlama və fəaliyyəti daha çox İran dövlətinin maraqlarına xidmət edir. Bu baxımdan İranda Pezeşkian qarşı olan hücumlar əslində fars şovinistlərin aşırı millətçiliyindən doğan məsələdir”.

Deputat qeyd edir ki, Tehran keçən 30 il ərzində işğalçı Ermənistana verdiyi dəstəyin müqabilində indi ondan bunun əvəzini istəyir:
 

“İranla Ermənistan arasında münasibətlər 30 il ərzində kifayət qədər yüksək səviyyədə olub. Tehran ötən dövrdə işğalçıya hər sahədə dəstək verib. Bu gün isə verdiyi həmin dəstəyin müqabilində Ermənistandan daha artığını istəyir. İstədiyi də odur ki, Ermənistan üzərindən gələrək ABŞ kimi qüvvələr regionda yerləşməsin.


Bu mənada İrəvanın üzərinə götürdüyü öhdəlikləri hansı formada yerinə yetirib-yetirməyəcəyindən asılı olaraq Zəngəzur dəhlizilə bağlı Tehranın mövqeyi də zamanla ortalıqda olacaq. İran həmçinin prosesdə Türkiyə və Azərbaycanın dominantlığını qəbul etmək istəmir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

Ronaldo niyə milliyə çağırılmayıb?

Ronaldo niyə milliyə çağırılmayıb?

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

İran rialı kəskin BAHALAŞDI

İran rialı kəskin BAHALAŞDI

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Hidayət Heydərov üçün "bürünc" şansı

Hidayət Heydərov üçün "bürünc" şansı

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

DİN: Axtarışda olan 9 nəfər tapılıb

DİN: Axtarışda olan 9 nəfər tapılıb

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

End of content

No more pages to load

RADİO