Prezident və xanımı “Hacıkənd” istirahət kompleksinin tikintisi ilə tanış oldular - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də “Hacıkənd” İstirahət Kompleksinin tikintisi ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma görülən, həmçinin həyata keçiriləcək işlər barədə məlumat verib.

Bildirilib ki, Gəncə şəhərinin Hacıkənd qəsəbəsi və Göygöl rayonunun Bənövşəli kəndinin ərazisini əhatə edən Kompleksin ümumi sahəsi 23 hektara yaxındır.
 

Eyni vaxtda 452 qonağın qəbulu üçün nəzərdə tutulan Kompleks müxtəlif kateqoriyalı 133 nömrədən, 19 birmərtəbəli standart və 10 ikimərtəbəli VIP kottecdən ibarət olacaq.


Füsunkar təbiət mənzərələri ilə zəngin bu məkanda milli və beynəlxalq mətbəxin ləziz təamlarının təqdim olunacağı restoran və kafelər fəaliyyət göstərəcək. Burada qonaqlara istirahətlə yanaşı, sağlamlıqlarını təmin etmək məqsədilə də zəruri şərait yaradılacaq.

Onların qapalı hovuzda istirahət etməsi, ənənəvi SPA xidmətlərindən istifadəsi, müasir idman avadanlıqları ilə təchiz olunmuş fitnes zalından faydalanması nəzərdə tutulur.
 

Kompleksdə istirahətin daha əyləncəli keçməsi üçün karaoke, masaüstü oyunlar otağı və uşaqlar üçün unudulmaz anlar vəd edən rəngarəng xüsusi zonaların fəaliyyət göstərməsi planlaşdırılır. Ərazidə yerləşəcək futbol və basketbol meydançaları, yürüş zolaqları qonaqlara dağ mənzərələri fonunda fəal istirahət imkanı təqdim edəcək.


Eyni zamanda, Kompleksdə işgüzar görüşlər, konfranslar və müxtəlif təyinatlı tədbirlərin təşkili üçün müasir texniki avadanlıqla təchiz ediləcək teatral üslubda 90 nəfərlik konfrans zalı yaradılacaq.

Kompleks fəaliyyətə başladıqdan sonra burada ümumilikdə 300-ə yaxın iş yerinin açılması nəzərdə tutulur.
 

Qeyd edək ki, bu istirahət mərkəzinin istifadəyə verilməsi bölgədə turizm potensialının möhkəmləndirilməsinə, məşğulluğun səviyyəsinin artırılmasına, ümumilikdə sosial-iqtisadi inkişafa böyük töhfə verəcək.


Beləliklə, Qafqaz dağlarının ətəyində, sıx meşələrlə əhatələnmiş “Hacıkənd” İstirahət Kompleksi qonaqlara təbiət qoynunda istirahət imkanları təqdim etməklə regionun turizm xəritəsində mühüm yer tutacaq.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

Ronaldo niyə milliyə çağırılmayıb?

Ronaldo niyə milliyə çağırılmayıb?

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

İran rialı kəskin BAHALAŞDI

İran rialı kəskin BAHALAŞDI

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Hidayət Heydərov üçün "bürünc" şansı

Hidayət Heydərov üçün "bürünc" şansı

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

DİN: Axtarışda olan 9 nəfər tapılıb

DİN: Axtarışda olan 9 nəfər tapılıb

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

End of content

No more pages to load

RADİO