Ceyhun Bayramov Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri, Azərbaycan-Fransa Dostluq Qrupunun sədrinin üç müavini və bir katibindən ibarət nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, xarici işlər naziri Ceyhun Bayramov nümayəndə heyətini salamlayaraq Azərbaycan və Fransa arasında mövcud olan dostluq münasibətlərindən bəhs edib.

Azərbaycan-Fransa dostluq qrupunun üzvlərinin bu münasibətlərin inkişafına verdiyi töhfə vurğulanıb.

Hazırkı səfərin, habelə səfər çərçivəsində deputatların Gəncə şəhərinə baş çəkməsinin, mülki əhalinin Ermənistan tərəfindən məqsədli şəkildə hədəfə alınması ilə bağlı mövcud vəziyyətlə Fransa Milli Assambleyasının üzvlərinin yerindəcə tanış olmalarının, həqiqətlərin Fransa cəmiyyətinə çatdırılması baxımından yüksək əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Fransa rəsmilərinin münaqişə ilə bağlı verdikləri bəzi bəyanatların Azərbaycan cəmiyyətində ciddi suallar doğurduğunu vurğulayan nazir Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin həlli ilə bağlı kifayət qədər məlumatlı olan Fransanın elə həmsədr mandatından irəli gələrək neytrallığı qoruyub saxlamasının zəruriliyini ifadə edib.

Qarşı tərəf, öz növbəsində Azərbaycana edilən səfərin tarixi bir vaxtda və ölkə üçün yeni dövrün başlanğıcına təsadüf etdiyini və Azərbaycana dəstək olaraq həyata keçirildiyini qeyd edib.

Bu səfərin hərbi toqquşmaların davam etdiyi bir vaxtda planlaşdırıldığını qeyd edən deputatlar, səfərin həyata keçirilməsindən bir-neçə gün öncə tam atəşkəsə riayət olunmasına dair razılaşmanın imzalanmasının məmnunluq doğurduğunu bildiriblər.

Fransa rəsmilərinin Azərbaycan cəmiyyətində narahatlıq doğuran bəyanatlarına toxunan deputatlar Fransanın mövqeyinin hər zaman beynəlxalq hüquqa əsaslandığını və ölkə rəhbərlərinin bu prinsiplərə sadiq qaldıqlarını vurğulayıblar.

Azərbaycan-Fransa Dostluq Qrupunun üzvləri qismində Azərbaycan ilə bağlı həqiqətlərinin Fransa cəmiyyətinin diqqətinə çatdırılması baxımından üzərilərinə məsuliyyət düşdüyünü bildiriblər.

Qarşı tərəf bölgədə hərbi əməliyyatların dayandırılması ilə əlaqədar birgə bəyanatın imzalanmasını alqışlayaraq, bundan sonra Azərbaycan və Ermənistan arasında, eləcə də Minsk Qrupu çərçivəsində dialoqun davam etdirilməsinin vacibliyini ifadə edib.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

"Koti" ləqəbli tiktoter HƏBS EDİLDİ

"Koti" ləqəbli tiktoter HƏBS EDİLDİ

Bakının məşhur restoranlarında İFTAR qiymətləri – ARAŞDIRMA

Bakının məşhur restoranlarında İFTAR qiymətləri – ARAŞDIRMA

Saat 10:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

İsveçdə milli süni intellekt dil modeli yaradılacaq

İsveçdə milli süni intellekt dil modeli yaradılacaq

NASA martda Aya astronavt göndərməyi planlaşdırır

NASA martda Aya astronavt göndərməyi planlaşdırır

Salyanda DƏHŞƏT: Yanan avtomobili söndürmək istəyənləri maşın vurdu - Ölən var

Salyanda DƏHŞƏT: Yanan avtomobili söndürmək istəyənləri maşın vurdu - Ölən var

Təhlükəli xəstəliklərdən qoruyan UCUZ ÇAY

Təhlükəli xəstəliklərdən qoruyan UCUZ ÇAY

Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür

Lənkəranda ağır QƏZA: “Vito” təcili tibbi yardım maşınına çırpıldı - Xəsarət alanlar var - FOTO

Lənkəranda ağır QƏZA: “Vito” təcili tibbi yardım maşınına çırpıldı - Xəsarət alanlar var - FOTO

Baba və nənə nəvəsini övladlığa götürə bilərmi? – Tələblər AÇIQLANDI

Baba və nənə nəvəsini övladlığa götürə bilərmi? – Tələblər AÇIQLANDI

Türkiyədə güclü ZƏLZƏLƏ oldu

Türkiyədə güclü ZƏLZƏLƏ oldu

GÜNÜN HAVASI: Fevralın 21-də 21 dərəcə isti...

GÜNÜN HAVASI: Fevralın 21-də 21 dərəcə isti...

BİZİM TƏQVİM: 21 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 21 fevralda baş vermiş tarixi hadisələr

Messi və Suaresin övladlarının qol sevinci gündəm oldu

Messi və Suaresin övladlarının qol sevinci gündəm oldu

Kürdəmirdəki heyvan bazarı açıldı - FOTO/VİDEO

Kürdəmirdəki heyvan bazarı açıldı - FOTO/VİDEO

"Qırmızı fırtına" yaxınlaşır: Həftə sonu üçün güclü maqnit qasırğası XƏBƏRDARLIĞI

"Qırmızı fırtına" yaxınlaşır: Həftə sonu üçün güclü maqnit qasırğası XƏBƏRDARLIĞI

Neymardan AÇIQLAMA: Karyerasını başa vura bilər

Neymardan AÇIQLAMA: Karyerasını başa vura bilər

Qəfil allergiyaya səbəb ola biləcək qidalar AÇIQLANDI

Qəfil allergiyaya səbəb ola biləcək qidalar AÇIQLANDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

End of content

No more pages to load

RADİO