İsrailin yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə ildən-ilə genişləndiyini qeyd edərək, əməkdaşlığımızın səviyyəsindən məmnunluğunu bildirdi və dostluq münasibətlərimizin bir çox istiqamətlər üzrə gələcəkdə daha da dərinləşəcəyinə əminliyini vurğulayıb. Prezident İlham Əliyev hazırda Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanların olduğunu deyib.

Dövlətimizin başçısı səfirin ölkəmizə tarixi dövrdə - ABŞ-ın dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə nailiyyətlərin əldə edildiyi bir zamanda gəldiyini bildirərək, bunun regionda sülhün və təhlükəsizliyin təmin edilməsi, həmçinin qarşıdurmaya son qoymaq üçün əhəmiyyətli olduğunu qeyd edib. Prezident İlham Əliyev bütün bunların bağlantılar və müxtəlif növ qarşılıqlı əlaqələr baxımından Azərbaycan və bütövlükdə Cənubi Qafqaz regionu üçün yeni imkanlar açdığını vurğulayıb.
 

Prezident İlham Əliyev İsrail şirkətlərinin həmişə olduğu kimi, gələcəkdə də ölkəmizdə fəal işləyəcəklərinə ümidvarlığını ifadə edib.


Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Etimadnaməsini dövlətimizin başçısına təqdim etməkdən şərəf hissi duyduğunu deyən səfir yenidən Bakıya gəlməkdən xoşbəxt olduğunu vurğulayıb. O, 2010-2015-ci illərdə ölkəmizdə diplomatik fəaliyyət göstərdiyini məmnunluqla xatırlayıb.
 

İsrail-Azərbaycan münasibətlərinin həqiqətən də strateji xarakter daşıdığını deyən Ronen Krausz qeyd edib ki, ölkələrimizin liderləri və xalqları arasında əsl dostluq münasibətləri mövcuddur.


Səfir ölkəmizdə yəhudi icmasına göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirib, özünün dəfələrlə Qubadakı Qırmızı Qəsəbəyə səfər etdiyini, orada yəhudi icması üçün yaradılmış şəraitlə tanış olduğunu vurğulayıb.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

Ronaldo niyə milliyə çağırılmayıb?

Ronaldo niyə milliyə çağırılmayıb?

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

İran rialı kəskin BAHALAŞDI

İran rialı kəskin BAHALAŞDI

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Hidayət Heydərov üçün "bürünc" şansı

Hidayət Heydərov üçün "bürünc" şansı

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

DİN: Axtarışda olan 9 nəfər tapılıb

DİN: Axtarışda olan 9 nəfər tapılıb

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

End of content

No more pages to load

RADİO