Zelenskinin taleyi Vaşinqtonda HƏLL OLUNACAQ – Kapituliyasiya, yoxsa hakimiyyətdən GETMƏK?

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski artıq Vaşinqtondadır.

Bu gün Ağ Evdə Donald Trampla Volodimir Zelenski arasında görüş keçiriəcək. Görüşdə Alyaska görüşünün yekunları və Ukraynanın gələcəyi müzakirə ediləcək. İkitərəfli görüşdən sonra Ukrayna prezidentini müşayiət edən Avropa liderləri də müzakirələrə qoşulacaqlar.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenskidən SƏRT ULTİMATUM: “Nə 1994, nə də 2014-cü ildəki kimi olacaq...”


Vaşinqtonda Zelenskini yaxşı heç nə gözləmir.

Bunu son günlər Ağ Ev rəsmilərinin səsləndirdiyi fikirlər də sübut edir. Məsələn Tramp özünün "Truth Social" hesabında yazıb ki, Ukrayna öz ərazisinin bir hissəsini Rusiyaya verməyə hazır olmalıdır:

“Əks halda müharibə nə qədər uzun davam etsə, Ukrayna bir o qədər çox torpaq itirəcək!".

“Rusiya və Ukrayna ərazilərin mübadiləsi məsələsini müzakirə etməlidir”.

Bunu isə ABŞ Dövlət katibi Marko Rubio CBS televiziyasına müsahibəsində deyib. O bildirib ki, ərazi məsələsi müzakirə olunmalıdır, bu, sadəcə bir faktdır.

Makrondan Zelenskiyə xəyanət

Maraqlıdır ki, bu təklifləri təkcə ABŞ rəsmiləri yox, Avropa liderləri də söyləyirlər. Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderlərinin iştirakı ilə Vaşinqtonda keçiriləcək danışıqlardan əvvəl Fransa prezidenti Emmanuel Makron Avropanın müzakirəyə çıxaracağı əsas məsələləri açıqlayıb. 

Makronun sözlərinə görə, ilk növbədə Avropa tərəfi Ukrayna, Avropa və ABŞ-ın məqsədinin bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət edən, davamlı və uzunmüddətli sülhün əldə edilməsi olduğunu vurğulayacaq.

O, həmçinin qeyd edib ki, sülh yalnız bütün əsirlər və uşaqlar geri qaytarıldıqdan sonra mümkündür.

İkinci məsələ kimi Fransa lideri vurğulayıb ki, Ukraynaya dair hər hansı ərazi müzakirələri Ukrayna hakimiyyətinin iştirakı olmadan aparıla bilməz. Eləcə də Avropanın təhlükəsizliyinə dair danışıqlarda müvafiq nümayəndələrin iştirakı zəruridir.

Üçüncü olaraq, Makron bildirib ki, istənilən ərazi məsələsi təhlükəsizlik zəmanətləri ilə əlaqələndirilməlidir. 

“Ukrayna ordusunun buraxılmasına və ya ordunun azaldılmasına əsaslanan hər hansı razılaşma səmimi olmayacaq və yerinə yetirilməyəcək”, — deyə o əlavə edib.

Bununla yanaşı, Makron Ukraynanın atəşkəs və ya sülh sazişi çərçivəsində bəzi ərazilərin itirilməsini tanıya biləcəyini istisna etməyib: 

“Ölkə sülh müqaviləsi və ya atəşkəs çərçivəsində ərazilərin hərbi yolla itirildiyini qəbul edə bilər. Bu, həmin ərazilərin başqa dövlətin suverenliyinə məxsus olması demək deyil”.

Xatırladaq ki, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff daha əvvəl görüşün əsas mövzusunun “ərazilərin mübadiləsi məsələsi” olacağını bəyan etmişdi. Zelenski isə 17 avqustda ərazi güzəştlərini Konstitusiyaya istinadən rədd etmiş, lakin bu məsələnin yalnız Ukrayna və Rusiya liderləri ilə ABŞ-ın iştirakı ilə üçtərəfli görüşdə müzakirə oluna biləcəyini vurğulamışdı.

Moskva Ukraynanın beş bölgəsində güzəştə gedib?

Maraqlıdır ki, səslənən bütün bəyanatlarda ancaq ərazi güzəştlərindən söhbət gedir. Məsələn Moskvadan yenicə qayıdan ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib ki, Moskva bəzi bölgələri Ukraynaya güzəşt edəcək.

Təbii ki, söhbət rusların işğal etdiyi ərazilərdən gedir. Uitkoffun sözlərinə görə, bazar ertəsi Zelenski ilə Ukrayna münaqişəsindəki ərazilər məsələsi müzakirə olunacaq:

“ABŞ və Rusiya Ukrayna üçün güclü təhlükəsizlik zəmanətləri barədə razılığa gəliblər, lakin indi hər şey Kiyevdən asılıdır”.

Lakin ərazi güzəştini Ukrayna lideri hələlik qəbul etmir.

Volodimir Zelenski Brüsseldə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə son görüşündə Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd edib.

Ona görə də bu gün Vaşinqtonda baş tutacaq görüşlər çox gərgin keçəcək. Çünki Zelenski sülh sazişindən əvvəl atəşkəsin olmasını istəyir. Üstəlik sülh sazişini Ukraynanın ərazi bütövlüyünün tanınması şərti ilə imzalayacağını deyir.

Putinsə atəşkəs məsələsini müzakirə etmək istəmir. O ən qısa zamanda sülh sazişinin imzalanmasını istəyir. Təbii ki, bu saziş Ukraynanın ərazi bütövlüyü çərçivəsində yox, işğal olunmuş ərazilərin Rusiyaya verilməsi şərti ilə bağlana bilər.

Zelenskini Vaşinqtonda çox ağır və taleyüklü görüş gözləyir.

Təəssüf ki, bu görüşdə həm Tramp, həm də Avropa liderləri, Rusiyanın maraqlarından çıxış edərək Zelenskini güzəştlərə məcbur edəcək. Əgər Zelenski bu güzəştlərlə razılaşsa, o zaman Ukrayna lideri Tramp və Putinlə danışıqlar masasında oturmaq şansı qazanacaq. Əgər Zelenski güzəştə getsə, o zaman onun hakimiyyətdə qalma müddəti bir qədər də uzanacaq.

Əks-təqdirdə inadkar Zelenski ciddi şəkildə cəzalandırılacaq. İlkin mərhələdə o istefaya məcbur ediləcək. İstefaya getdikdən sonra ABŞ və Avropadan son 3,6 ildə verilən yardımların hesabatını istəyəcəklər. Beləcə Zelenski ən qısa zamanda barmaqlıqlar arxasına düşə bilər.


Təsadüfi deyil ki, Rusiya-Ukrayna müharibəsinin uzanması, tərəflər arasında danışıqların nəticəsiz qalması Kiyevdə müxtəlif ssenariləri gündəmə gətirib. Belə ki, Ukrayna Ali Radasının keçmiş deputatı Spiridon Kılınkarov hazırkı prezident Volodimir Zelenskidən sonra hakimiyyətə sabiq baş nazir Yuliya Timoşenkonun gələcəyini proqnozlaşdırıb. Timoşenko Ukrayna siyasətində uzun və ziddiyyətli karyerası ilə tanınan simalardan biridir. Ən əsası Qərbin diqtəsi ilə işləməyi yaxşı bacaran biridir.

Bir sözlə bugünkü Vaşinqton görüşü təkcə Ukraynanın yox, həm də Zelenskinin siyasi taleyinə aydınlıq gətirə bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA

Gözəllik salonu və marketlərdən oğurluğun ANBAAN VİDEOSU

Gözəllik salonu və marketlərdən oğurluğun ANBAAN VİDEOSU

"Həyat yoldaşım, səni sevirəm" - Evləndilər – FOTO

"Həyat yoldaşım, səni sevirəm" - Evləndilər – FOTO

İlham Əliyev: “Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib”

İlham Əliyev: “Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib”

İlham Əliyevdən Böyük Qayıdışla bağlı ŞAD XƏBƏR

İlham Əliyevdən Böyük Qayıdışla bağlı ŞAD XƏBƏR

Sumqayıtda 14 şagirdin zəhərlənmə səbəbi açıqlandı – RƏSMİ

Sumqayıtda 14 şagirdin zəhərlənmə səbəbi açıqlandı – RƏSMİ

Sumqayıt məktəbindəki kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Sumqayıt məktəbindəki kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Prezident: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir”

Prezident: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir”

Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi - (Video)

Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi - (Video)

Dövlət başçısı: “Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik”

Dövlət başçısı: “Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik”

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Prezident: “İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq”

Prezident: “İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq”

Azərbaycan Prezidenti: “Müasir ideoloji işlər aparılmalıdır”

Azərbaycan Prezidenti: “Müasir ideoloji işlər aparılmalıdır”

SON DƏQİQƏ! Sumqayıtda məktəbdə 14 şagird ZƏHƏRLƏNDİ - VİDEO

SON DƏQİQƏ! Sumqayıtda məktəbdə 14 şagird ZƏHƏRLƏNDİ - VİDEO

İlham Əliyev: “Biz təkbaşına dünyada misli görünməmiş Qələbə qazanmışıq”

İlham Əliyev: “Biz təkbaşına dünyada misli görünməmiş Qələbə qazanmışıq”

Prezident: “Bizə heç kimin köməyi də lazım deyil, himayadarlığı da”

Prezident: “Bizə heç kimin köməyi də lazım deyil, himayadarlığı da”

Zakir Həsənov Şuşada türkiyəli həmkarı ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Zakir Həsənov Şuşada türkiyəli həmkarı ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Nicat Azadlının xanımından ağır ittihamlar - “Övladımı bətnimdə öldürdü...”+Video

Nicat Azadlının xanımından ağır ittihamlar - “Övladımı bətnimdə öldürdü...”+Video

İlham Əliyev: “Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır”

İlham Əliyev: “Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır”

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub

Prezident: “Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir”

Prezident: “Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir”

Ruhiyyə Rəfiyeva işdən çıxarıldı

Ruhiyyə Rəfiyeva işdən çıxarıldı

End of content

No more pages to load

RADİO