Ermənistan Azərbaycanın daha bir layihəsi ilə RAZILAŞDI – DETALLAR

Növbəti “3+3” formatlı görüşün Bakıda və ya İrəvanda keçirilməsi planlaşdırılır. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan məlumat verib. O, IRNA agentliyinə müsahibəsində bildirib ki, bu dialoq formatı, xüsusilə nəqliyyat və infrastruktur kommunikasiyaları sahəsində regional layihələrin müzakirəsi üçün əlverişli platforma ola bilər.

Ermənistanın 3+3 formasına belə isti yanaşması ilk növbədə avqustun 8-də Vaşinqtonda keçirilən sammitin nəticəsidir. Artıq rəsmi İrəvan reallıqları qəbul etmək məcburiyyətindədir. Bu reallıqlardan biri də iqtisadi inkişafın mehriban qonşuluqdan keçməsidir.

Ermənistan başa düşür ki...

Nəzərə alaq ki, son 35 ildə Ermənistan təkcə Azərbaycana yox, həm də Türkiyəyə qarşı düşmənçilik siyasəti aparıb. Eyni zamanda ölkənin iqtisadi inkişafını Rusiya və yaxud Avropa ilə əməkdaşlıqda görüb. Halbuki Ermənistanın nə Rusiya, nə də Avropa İttifaqı ölkələri ilə quru sərhəddi var. İqtisadi əlaqələrin şaxələndirilməsində və dərinləşməsində təbii ki, quru sərhədləri vacib amildir.

Nəhayət uzun fasilədən sonra Ermənistan anlayıb ki, ölkənin inkişafı dinc qonşuluqdan və qarşılıqlı etimaddan keçir.

Nəzərə alaq ki, Azərbaycan heç zaman Ermənistana qarşı düşmənçilik siyasəti aparmayıb. Məhz bunun sübutudur ki, 44 günlük müharibədən cəmi bir ay sonra Azərbaycan regional əməkdaşlığın bərpası üçün 3+3 formatını irəli sürdü. Təbii ki, bu formatı ilk dəstəkləyən Türkiyə oldu. Lakin regionun digər ölkələri - Rusiya, İran, Ermənistan və Gürcüstan bu formatla bağlı hər hansı bir müsbət fikir bildirmədi.

Əksinə bəzi ölkələr, o cümlədən İran Azərbaycanın humanizm prinsiplərinə söykənən təklifinə qarşı çıxdı. Ermənistanı da bu təklifdən uzaq durmağa çağırdı. Əvəzində rəsmi Tehran 3+3 formatına alternativ sərsəm ideyalar irəli sürdü.

Həmin ideyalardan biri də Asiya ilə Avropanı birləşdirən yeni dəhliz idi. Bu dəhliz Hindistandan başlayaraq İran ərazisindən keçməklə Ermənistanla Avropanı birləşdirəcəkdi. O zaman İranın bu təklifi Paşinyan üçün də xeyli cəlbedici göründü. Hətta Paşinyan bu ideyaya bir ad da qoydu - “Dünyanın kəsişmə nöqtəsi”.

Zaman keçdikcə bu ideyanın əsassız olduğu təsdiqləndi.

Tədricən bu ideya unuduldu. Bir müddət sonra isə İran Azərbaycanın moderator olduğu Araz dəhlizinin inşasına qoşuldu. Artıq bu dəhliz üzrə son tamamlanma işləri görülür. Hesablamalara görə dəhliz yaxın 5-6 ayda istismara veriləcək.

İranın ikili siyasəti təbii ki, rəsmi İrəvana da öz seçimini etmək məcburiyyəti yaratdı. Artıq son bir ildə Ermənistan Zəngəzur dəhlizindən (Tramp yolu) daha çox danışır. Bu ilin avqust ayının 8-də Ağ Evdə baş tutan üç ölkə liderinin görüşündə isə Zəngəzur dəhlizi (Tramp yolu) ilə bağlı son qərar verildi.

Paşinyandan Rusiya və İrana çağırış

Maraqlıdır ki, rəsmi İrəvan gec də olsa, etiraf edir ki, Zəngəzur dəhlizi (Tramp yolu) regional inkişaf üçün əsas faktordur. Ermənistanın baş naziri Nikol Paşinyan Amerikanın “Fox News”a müsahibəsində bildirib ki, Azərbaycanla sülh və ABŞ-ın idarə edəcəyi dəhliz bütün tərəflər - o cümlədən Rusiya və İran üçün də qələbədir.

Onun sözlərinə görə, ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş Azərbaycanla sülh sazişi və tranzit dəhlizi barədə Rusiya və İrandan etiraz gözləmir:

“Əgər bu sazişin iqtisadi tərəfi haqqında danışsaq, çox mühüm və hiss olunan, demək olar ki, presedentsiz faydaları təkcə Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə deyil, həm də Rusiya ilə İran əldə edəcək. Çünki hazırda Cənubi Qafqazdan keçərək İranı Rusiya ilə birləşdirən dəmir yolu mövcud deyil”.

Erməni baş nazirin bu fikirləri 3+3 formatı ilə bağlı Ermənistanın rəsmi münasibətidir. Çünki bu format Azərbaycan və Türkiyə ilə yanaşı, Ermənistanın, Gürcüstanın, Rusiyanın və İranın da maraqlarına xidmət edir. Ona görə də Paşinyanın komandası təkcə Zəngəzur dəhlizinin (Tramp yolu) açılması ilə kifayətlənmək istəmir. Həm də digər ölkələrlə yanaşı Azərbaycanla iqtisadi əlaqələr yaratmaq istəyir. Bu da 3+3 formatının prinsiplərinə tam uyğundur.

Həssas məqam

Sonda Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın müsahibəsində bir incə məqamın üzərində dayanmaq istəyirik. Həmin nüans ondan ibarətdir ki, Ermənistan XİN rəsmisi 3+3 formatının vacibliyini İranın IRNA agentliyinə müsahibəsində deyib. Bu da o deməkdir ki, Ermənistan təkcə özü bu formatı dəstəkləmir, həm də İranı bu layihəyə dəstək olmağa çağırır.

Bütün bunlarsa son nəticədə Azərbaycan diplomatiyasının qələbəsi, təntənəsidir. Azərbaycanın qətiyyəti hesabına region ölkələri və o cümlədən Ermənistan digər layihələri yox, məhz ölkəmizin moderator olduğu layihəyə qoşulmağı vacib və zəruri sayır. Bu da Azərbaycanın regional güc və ədalətin carçısı olmasını bir daha təsdiq edir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xərçəngə qarşı, immunitet gücləndirici, vitamin rekordçusu - Bolqar bibərinin hansı rəngi güclüdür?

Xərçəngə qarşı, immunitet gücləndirici, vitamin rekordçusu - Bolqar bibərinin hansı rəngi güclüdür?

Afrika Kubokunda GƏRGİN ANLAR: Salah hər kəsi qəzəbləndirdi

Afrika Kubokunda GƏRGİN ANLAR: Salah hər kəsi qəzəbləndirdi

"Ağ zolaq" BAŞLAYIR: Yanvarın ortalarında şanslı olacaq bürclər

"Ağ zolaq" BAŞLAYIR: Yanvarın ortalarında şanslı olacaq bürclər

Füzulidə şirniyyat sexində nöqsanlar aşkarlandı - FOTO

Füzulidə şirniyyat sexində nöqsanlar aşkarlandı - FOTO

Tunis millisi yeni baş məşqçisini AÇIQLADI

Tunis millisi yeni baş məşqçisini AÇIQLADI

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Naxçıvanda iki türkiyəli tələbə dəm qazından zəhərlənərək ölüb

Naxçıvanda iki türkiyəli tələbə dəm qazından zəhərlənərək ölüb

“Tottenhem” İngiltərə millisinin üzvünü transfer etdi

“Tottenhem” İngiltərə millisinin üzvünü transfer etdi

Şəkidə minik avtomobili YANDI

Şəkidə minik avtomobili YANDI

Norveç Trampın təhdidləri fonunda Qrenlandiyaya iki hərbçi GÖNDƏRƏCƏK

Norveç Trampın təhdidləri fonunda Qrenlandiyaya iki hərbçi GÖNDƏRƏCƏK

“Beşiktaş”dan 10 milyonluq TƏKLİF

“Beşiktaş”dan 10 milyonluq TƏKLİF

32 saylı bağçada yeməklər valideynlər tərəfindən hazırlanır? - VİDEO

32 saylı bağçada yeməklər valideynlər tərəfindən hazırlanır? - VİDEO

ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə raket gəmiləri və sualtı qayıq göndərib

ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə raket gəmiləri və sualtı qayıq göndərib

"Liverpul" onun üçün sərvət ödəməyə HAZIRDIR

"Liverpul" onun üçün sərvət ödəməyə HAZIRDIR

Elşəndən Azərlə bağlı PAYLAŞIM - FOTO

Elşəndən Azərlə bağlı PAYLAŞIM - FOTO

Qəzzadakı münaqişənin başa çatdırılması üzrə Trampın planının ikinci mərhələsi BAŞLADI

Qəzzadakı münaqişənin başa çatdırılması üzrə Trampın planının ikinci mərhələsi BAŞLADI

Azərbaycana qarşı cinayət törətmiş xunta rəhbərlərinin Ermənistana təhvil verilməsi ehtimalı yoxdur

Azərbaycana qarşı cinayət törətmiş xunta rəhbərlərinin Ermənistana təhvil verilməsi ehtimalı yoxdur

“Qarabağ”ın növbəti oyunlarının vaxtı AÇIQLANDI

“Qarabağ”ın növbəti oyunlarının vaxtı AÇIQLANDI

ABŞ-ın viza verilişini dayandırdığı ölkələrin siyahısında Azərbaycan da var - FOTO

ABŞ-ın viza verilişini dayandırdığı ölkələrin siyahısında Azərbaycan da var - FOTO

Rəqsanədən Xoşqədəmə cavab - VİDEO

Rəqsanədən Xoşqədəmə cavab - VİDEO

“Panik atak”la mübarizə üçün BU QİDALARDAN istifadə edin

“Panik atak”la mübarizə üçün BU QİDALARDAN istifadə edin

Neymar özünə şəhər TİKİR

Neymar özünə şəhər TİKİR

Azərbaycanı ləkələməyə yönələn Ermənistan vətəndaşlarına məxsus hesablar aşkarlandı - FOTO

Azərbaycanı ləkələməyə yönələn Ermənistan vətəndaşlarına məxsus hesablar aşkarlandı - FOTO

Bakı-Qazax avtomagistralında QƏZA: İki nəfər xəsarət aldı - VİDEO

Bakı-Qazax avtomagistralında QƏZA: İki nəfər xəsarət aldı - VİDEO

End of content

No more pages to load

RADİO