Ekspert Alaska görüşü HAQDA: Görünür, Putinin elə də seçimi olmayıb

ABŞ prezidenti Donald Tramp, bundan əvvəl rusiyalı həmkarı Vladimir Putinə 10 gün ərzində Ukraynada münaqişənin həlli ilə razılaşması üçün ultimatum vermişdi. Lakin o, sanki bu şərtini unudub. Bu arada ABŞ və Rusiya, iki ölkə liderlərinin 15 avqustda Alyaskada görüşməsi barədə razılığa gəliblər.

Qeyd olunur ki, danışıqlar barədə razılaşma ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya səfəri və Putinlə görüşü zamanı əldə olunub.

Trampın sözlərinə görə, Ukraynada atəşkəsə nail olmaq şansı kifayət qədər yüksəkdir.

O, həmçinin qeyd edib ki, gündəlikdə Rusiya ilə Ukrayna arasında “ərazilərin mübadiləsi” məsələsi var və bu, “hər iki tərəf üçün sərfəli olacaq”. Ancaq Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna heç bir ərazini güzəştə getmək niyyətində deyil.

Bəs Trampın bu inamı nədən qaynaqlanır? Niyə o, artıq ultimatumdan danışmır? Alyaska görüşündən nə gözləmək olar?

Bizim.Media xəbər verir ki, bu mövzuları minval.az ukraynalı siyasi məsləhətçi, hərbçi Aleksandr Antonyukla müzakirə edib.

Antonyukun sözlərinə görə, Donald Tramp siyasətdə açıq-aşkar biznes yanaşması ilə fərqlənir: sərt müddətlər qoymağı, ultimatumlar verməyi və maksimal qazanc üçün tez sövdələşmələr bağlamağı sevir. Onun fikrincə, Trampın Moskvaya qoyduğu 10 günlük sərt müddət klassik biznes gedişidir ki, qarşı tərəfi tez reaksiya verməyə məcbur etsin.

Lakin siyasət biznes deyil, burada söhbət sadəcə pullardan yox, milyonlarla insanın həyatından və BMT Nizamnaməsi ilə təsbit olunmuş beynəlxalq qaydalardan gedir.
 

Ekspertin sözlərinə görə, Rusiya bu situasiyadan məmnuniyyətlə istifadə edərək göstərmək istəyir ki, guya Qərb yekdil deyil və ABŞ-da belə Kreml şərtləri ilə “alternativ həllər” müzakirə etməyə hazır qüvvələr var. Bu isə Moskvaya sanksiyaları gecikdirmək və müharibəni davam etdirmək imkanı verir.


Antonyuk xatırladıb ki, Ukrayna ərazilərdən imtina etməyəcəyini dəfələrlə bəyan edib.

Bu, beynəlxalq hüququn pozulması və milli təhlükəsizliyə təhdid deməkdir. “Sülh yalnız Ukrayna bütün torpaqlarına nəzarəti bərpa etdikdə mümkündür,” — deyə o bildirib.
 

O vurğulayıb ki, hətta Vaşinqton və Kreml Zelenskini buna razı salmağa çalışsa belə, Ukrayna parlamenti və xalqı belə sazişi rədd edəcək. “Ukrayna demokratik dövlətdir və prezident xalqın iradəsini təcəssüm etdirən konstitusiyanın təminatçısıdır,” — deyə Antonyuk qeyd edib.


Trampın 8 avqustda bitən 10 günlük ultimatumu barədə isə politoloq deyib: “Bu, daha çox PR addımı idi. Əslində Ağ Ev sürətli nəticə gözləmirdi və ya Tramp vəziyyətin düşündüyündən daha mürəkkəb olduğunu anlayaraq bu sərt şərtdən geri çəkildi.”
 

Ekspert əlavə edib ki, Avropa Ukraynanın əsas tərəfdaşı olsa da, Aİ ölkələrinin mövqeyi birmənalı deyil. Bəzi ölkələrdə iqtisadi problemlər, enerji böhranı və müharibədən yorulma əhval-ruhiyyəsi artır.


Bu səbəbdən Trampın “münaqişəni tez bitirmək” çağırışı kompromis tərəfdarları arasında rezonans doğurur.

Antonyukun fikrincə, Alyaska görüşü çoxlu sual doğurur: “Məkanın seçimi belə simvolikdir.
 

Alyaska vaxtilə Rusiya tərəfindən ucuz qiymətə satılmışdı və bu, Moskva üçün müəyyən dərəcədə alçaldıcıdır. Digər tərəfdən, görünür, Putinin seçimi olmayıb, çünki Tramp danışıqların gedişinə tam nəzarət etmək istəyir.”


Ekspert hesab edir ki, əsas məsələ ərazi yox, sanksiyalardır. Moskva ABŞ bayrağı altında “birgə ticarət evləri” qurmaq və Rusiya mallarını sanksiya tətbiq edən ölkələrə satmaq təklif edir. ABŞ-ın mövqeyi hələ aydın deyil, amma Aİ sərt mövqe nümayiş etdirir.
 

Bundan əlavə, Antonyuk vurğulayıb ki, Rusiya dil və din məsələlərini də gündəmə gətirəcək, eləcə də Ukraynanın müdafiə potensialı və silah tədarükü üzrə zəmanətlər “qırmızı xətt” olmalıdır.


Ekspertin qənaətinə görə, təklif edilən xətt əslində yeni sərhədlər deməkdir, amma tərəflərin heç biri konstitusiyasını dəyişmək istəmir. Bu səbəbdən, danışıqlardan real təminat gözləməyə dəyməz.
 

Sonda o, əlavə edib ki, Pekin Rusiyanın Qərb təzyiqi ilə yox, Çin vasitəsilə sülhə getməsini istəyir. Putin isə ya Trampın təkliflərinə razılaşmalı, ya da Çinə siyasi asılılığı artırmalı olacaq.


“Bütün bunlar mürəkkəb siyasi- diplomatik şahmat oyunudur və 15 avqusta qədər çox şey dəyişə bilər,” — deyə Antonyuk yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

Ronaldo niyə milliyə çağırılmayıb?

Ronaldo niyə milliyə çağırılmayıb?

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

End of content

No more pages to load

RADİO