Azərbaycanda dini rəhbərlər İlham Əliyevə müraciət etdi

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Bizim.Media müraciəti təqdim edir.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Cənabınızı salamlamaqdan, səmimi arzu və xeyir-dualarımızı Sizə yetirməkdən şərəf duyuruq.
 

Zati-aliləri, “Konstitusiya və Suverenlik İli” elan etdiyiniz 2025-ci ildə - Böyük Qarabağ Zəfərinin 5-ci ildönümü ərəfəsində Azərbaycan xalqına yaşatdığınız misilsiz qürur və sevincə görə Azərbaycan din xadimlərinin və dindarlarının dərin minnətdarlığını Cənabınıza ifadə etməkdən böyük şərəf duyuruq.


Sizin dünyanın lider ölkəsində yüksək səviyyədə qəbulunuz zamanı imzalanmış sənədlərin dəyər və mahiyyəti onun tarixi əhəmiyyətini müəyyən edir.
 

Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş Zati-aliniz beynəlxalq müstəvidə Qələbəmizin manifestini dünyanın bir nömrəli siyasi ofisində bütün beynəlxalq ictimaiyyətə nümayiş etdirdi.


Haqq-ədalət öz yerini tutdu, Azərbaycana qarşı qərəz nümunəsi olan 907-ci düzəlişin ABŞ Prezidenti Donald Tramp tərəfindən Sizin iştirakınızla nümayişkaranə şəkildə aradan qaldırılması Zati-alinizə olan ehtiram və etimadın təcəssümü, Sizin şəxsinizdə Azərbaycan dövlətinə edilən mühüm jest oldu.
 

Azərbaycanla ABŞ arasında strateji əməkdaşlığın təməlinin qoyulması ölkəmizin dövlət müstəqilliyinin möhkəmlənməsi, siyasi, iqtisadi qüdrətinin artması yönündə həlledici amil olub, Zati-alinizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsidir.


Möhtərəm cənab Prezident, Siz Azərbaycan xalqına dünyamiqyaslı daha bir Zəfər bəxş etdiniz, qlobal siyasi-diplomatik müstəvidə tarixi ədalətin bərpasına, suverenliyimizin ali məqamda təsdiqinə nail oldunuz. Uca Allah müqəddəs kitab olan “Qurani-Kərim”də buyurur:
 

“Həqiqətən biz sənə açıq-aydın bir fəth (zəfər) bəxş etdik”. (Fəth surəsi, 1). Uca Allah hər zaman Zati-alinizi zirvədə qərar versin!


Zati-aliləri, biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri hər zaman fəxr hissi duyuruq ki, Sizin beynəlxalq müstəvidə insan həmrəyliyinə xidmət edən davamlı əməli səyləriniz, yüksəksəviyyəli dövlət-din münasibətləri sayəsində Azərbaycan dinlərarası, məzhəblərarası harmoniya mühitində birgəyaşayış təcrübəsi ilə dünyada model kimi təqdir olunur.

Sizin mənəvi irsə, dini abidələrə, bütün dinlərə məxsus məbədlərə müstəsna qayğı və diqqətiniz Zati-alinizin müdrik dövlətçilik təfəkkürünün bəhrələri olaraq dünya üçün örnəkdir.
 

Azərbaycanın dövlət başçısı olaraq hər zaman bölgədə sülh, əmin-amanlıq, iqtisadi tərəqqi və əməkdaşlıq ideyalarına sadiqliyiniz, bu istiqamətdə dəyərli səyləriniz, mükəmməl siyasi xəttiniz öz bəhrəsini verir.


Əmin ola bilərsiniz, Azərbaycanın din xadimləri, bütün dindarlar hər zaman Zati-alinizin yanındadırlar, Sizin müdrik daxili və xarici siyasətinizi dəstəkləyirlər və duaları həmişə Sizinlədir.
 

Zati-aliləri, Azərbaycan üçün daha bir misilsiz qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Azərbaycan xalqı və dövləti naminə fədakar fəaliyyətinizə Uca Yaradandan uğurlar diləyirik.


Milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən Öndərimizin, dünya müstəvisində ölkəmizə fəxarət yaşadan müzəffər Liderimizin səy və əməllərinə Ulu Rəbbimizdən rəvac diləyirik. Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür PAŞAZADƏ

Qafqaz Müsəlmanları İdarəsinin sədri

ALEKSİY

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu

Yepiskop Vladimir FEKETE

Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi

Milix YEVDAYEV

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Aleksandr ŞAROVSKİ

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

Robert MOBİLİ

Alban-udi Xristian Dini İcmasının sədri

Zamir İSAYEV

Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

Ronaldo niyə milliyə çağırılmayıb?

Ronaldo niyə milliyə çağırılmayıb?

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

End of content

No more pages to load

RADİO