ABŞ-ın tanınmış televiziya kanalında Vaşinqton Zirvəsi müzakirə olunub - VİDEO

ABŞ-ın tanınmış xəbər platformalarından olan “Newsmax” televiziya kanalında Prezident Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən Vaşinqton Zirvəsinə həsr olunmuş xüsusi veriliş yayımlayıb.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, proqramın qonağı Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim olub.

Proqramda Vaşinqton görüşünün əhəmiyyəti, prosesin regional və qlobal əhəmiyyəti, həmçinin ABŞ-ın vasitəçilik rolu geniş müzakirə olunub.
 

Verilişin aparıcısı Rob Esperino bildirib ki, Vaşinqtonda imzalanan sənəd təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik və əməkdaşlıq üçün əhəmiyyətli mərhələdir.


Xəzər İbrahim çıxışında Prezident Donald Trampın təşəbbüsü ilə Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşün dünyanın ən nüfuzlu siyasi mərkəzlərindən biri olan Vaşinqtonda keçirilməsinin rəmzi və siyasi baxımdan böyük önəm daşıdığını vurğulayıb.
 

Onun sözlərinə görə, Prezident Trampın liderliyi və vasitəçilik missiyası sayəsində illərlə nəticəsiz qalan danışıqlar qısa müddətdə real irəliləyiş mərhələsinə qədəm qoyub.


“Tarixi bir an idi…”

Səfir Xəzər İbrahim əlavə edib ki, bu sənəd sülh və əməkdaşlıq üçün geniş imkanlar açır.
 

“Bu, dünyanın bir nömrəli paytaxtında, sülhməramlı Prezident Trampın rəhbərliyi altında baş tutdu. İndi bölgədə real sülhün bərqərar olması üçün qapılar, pəncərələr, ürəklər açıqdır; təkcə qonşularla deyil, bütün dünya ilə inteqrasiya üçün şərait mövcuddur,” – səfir vurğulayıb.


Diplomat qeyd edib ki, 30 ildən artıq davam edən münaqişə, torpaqların işğalı, etnik təmizləmələr və minalar səbəbindən yurdlarına qayıda bilməyən yüz minlərlə məcburi köçkün fonunda aparılan beynəlxalq vasitəçilik cəhdləri – xüsusilə ATƏT formatı – nəticəsiz qalmışdı.
 

Onun sözlərinə görə, Prezident Tramp administrasiyasının qısa zamanda əldə etdiyi nəticə əsl “diplomatik möcüzə”dir.


Səfir birbaşa danışıqların sülh prosesinə müsbət təsir göstərdiyini vurğulayıb:

“Liderlərin birbaşa dialoqu vacibdir. Donald Tramp kimi qətiyyətli və təcrübəli liderin iştirakı bu prosesi uğurla yekunlaşdırdı.”

Azərbaycan – açıq və tolerant cəmiyyət
 

Proqram zamanı aparıcı Azərbaycanın açıq və tolerant bir ölkə olduğunu, əhalisinin əksəriyyəti müsəlman olsa da, qadınlara və qeyri-müsəlmanlara bərabər hüquqlar tanıdığını, həm Rusiya, həm İranla həmsərhəd, həm də ABŞ və İsraillə yaxın tərəfdaş olduğunu xatırladıb.


Aparıcının fikrini tamamlayan Xəzər İbrahim qeyd eidb ki, Azərbaycanın şüarı həmişə qarşıdurma yox, əməkdaşlıq olub. “İsrail bizim yaxşı dostumuzdur.
 

Dünyanın ikinci ən qədim yəhudi icması Azərbaycanda yaşayır. Biz yəhudilərlə, xristianlarla və digər icmalarla tarixən harmoniya içində yaşamışıq. Azərbaycanda heç vaxt dini icmalar arasında qarşıdurma olmayıb.”


Diplomat əlavə edib ki, Azərbaycan İsrailə enerji resursları ixrac edir, iqtisadiyyat, texnologiya və kənd təsərrüfatı kimi sahələrdə sıx əməkdaşlıq edir.

“Prezident Tramp Nobel sülh mükafatına layiqdir...”

Aparıcı Prezident Trampın yalnız Cənubi Qafqazda deyil, Ruanda, Kongo Demokratik Respublikası, Tailand və Kamboca arasında da sülh təşəbbüslərinə imza atdığını, həmçinin Rusiya–Ukrayna münaqişəsinin həlli istiqamətində də cəhdlər göstərdiyini xatırladaraq, onun Nobel Sülh Mükafatına layiq olub-olmadığını soruşub.
 

Səfir Xəzər İbrahim bildirib ki, Donald Tramp qısa müddətdə, o cümlədən Cənubi Qafqazda sülhün bərqərar olması üçün mühüm addımlar atdığı və dünyanın hər guşəsinə sülh gətirdiyi üçün Nobel Sülh Mükafatına layiqdir.


“Bu, şəxsi fikir yox, məntiqdir. Nobel Sülh Mükafatı sülh gətirən şəxslərə verilir.

Donald Tramp qısa müddətdə dünyanın müxtəlif regionlarında, o cümlədən Cənubi Qafqazda sülhün bərqərar olması üçün mühüm addımlar atıb. Prezident İlham Əliyevin də dediyi kimi, Tramp təkcə Cənubi Qafqaza deyil, dünyanın hər guşəsinə sülh gətirir.

Bu səbəbdən onun Nobel Sülh Mükafatına layiq olması gün kimi aydındır,” deyə o fikrini yekunlaşdırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

Ronaldo niyə milliyə çağırılmayıb?

Ronaldo niyə milliyə çağırılmayıb?

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

End of content

No more pages to load

RADİO