Norveçin “Geopolitika” nəşrində Vaşinqtonda imzalanan saziş haqqında məqalə dərc olunub

Norveçin “Geopolitika” nəşrində Azərbaycanın İsveç, Finlandiya, Norveç və Danimarkadakı səfiri Zaur Əhmədovun Cənubi Qafqaz regionunda çoxdan gözlənilən sülhə yol açan Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması haqqında məqaləsi dərc olunub.

Bizim.Media xəbər verir ki, müəllif bu sazişin uzunmüddətli ardıcıl diplomatik səylərin nəticəsi olduğunu yazır.
 

2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan beynəlxalq hüququn beş prinsipinə əsaslanan sülh sazişi layihəsini təklif edərək, onilliklər ərzində davam edən qarşıdurmanı hüquqi və qarşılıqlı məqbul əsaslarla əvəz etməyə çalışıb.


Diplomat vurğulayır ki, sazişin yekun imzalanması üçün əsas şərt Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaları istisna edərək Konstitusiyaya düzəlişlər etməyə hazır olmasıdır. Razılaşmaların mühüm hissəsi bütün nəqliyyat və kommunikasiya xətlərinin, o cümlədən Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə təhlükəsiz quru yolu dəhlizinin açılması idi.
 

Müəllifin fikrincə, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) adlı layihə təkcə iki ölkəyə deyil, həm də bütün regional iqtisadiyyata fayda gətirəcək.


Z.Əhmədov qeyd edir ki, hər iki tərəf qisasçılıq əhvali-ruhiyyəsindən əl çəkib 1991-ci il Alma-Ata Bəyannaməsi və BMT Nizamnaməsinin prinsipləri əsasında mehriban qonşuluq münasibətləri qurmağa hazır olduqlarını bildiriblər. Onun fikrincə, bu, münaqişəni əməkdaşlıqla əvəzləmək, Cənubi Qafqazda sabitlik və rifahı təmin etmək üçün real imkanlar açır.
 

Diplomat qeyd edir: “Dörd il ərzində Azərbaycanın səfiri vəzifəsində çalışdığım müddətdə şimal ölkələrində Azərbaycan ilə Ermənistan arasında münasibətlərə dair bütün müzakirə və debatları yaxından izləmişəm.


Bu danışıqlar çox vaxt narahatlıq, qeyri-müəyyənlik və gələcəklə bağlı suallarla müşayiət olunurdu. Ona görə də indi möhkəm sülhün sadəcə xəyal olmadığı, nail olunacağı reallıq olduğunu göstərən müsbət xəbərləri bölüşmək xüsusilə xoşdur”.

Məqalənin sonunda səfir şimal regional əməkdaşlığının uğurlu təcrübəsi ilə paralel aparır. Onun fikrincə, bu təcrübə Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və əməkdaşlığın inkişafı üçün dəyərli oriyentir ola bilər. (azərtac.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

Ronaldo niyə milliyə çağırılmayıb?

Ronaldo niyə milliyə çağırılmayıb?

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

End of content

No more pages to load

RADİO