Altay Əfəndiyevdən İlham Əliyevə MƏKTUB

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında bütün regionda ədalətli və davamlı sülhə nail olmağa imkan yaradan razılaşmanın əldə edilməsi ilə bağlı tarixi nailiyyət münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Beynəlxalq Katibliyi adından Sizə və Sizin simanızda Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram.
 

İki ölkə arasında sülh sazişinin ABŞ Prezidentinin iştirakı və şahidliyi ilə Vaşinqtonda, Ağ Evdə paraflanması Sizin rəhbərliyinizlə Azərbaycan diplomatiyasının əldə etdiyi mühüm uğurdur.


Şübhəsiz ki, bu hadisə regiondakı proseslərə yeni dinamika gətirərək geosiyasi tarazlığı yenidən formalaşdıracaq, eləcə də beynəlxalq sülhə və əməkdaşlığa təkan verəcək və onları möhkəmləndirəcək.

Sülhə nail olmaq yolunda bu mühüm uğur yalnız Azərbaycan Respublikasının şanlı Qələbəsindən və işğal olunmuş torpaqlarının azad edilməsindən, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra mümkün olub.
 

Biz, həmçinin bildiririk ki, bu, müdrik Lider və görkəmli dövlət xadimi kimi Sizin şəxsi qələbənizdir. Təlatümlü və çətin beynəlxalq şəraitdə sülh naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.


Biz Sizin prinsipial mövqeyinizi, qətiyyətinizi və GUAM-ın üzvü olan dövlətlərin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini qorumaq uğrunda apardıqları mübarizədə dəstəkləməkdə yorulmaz səylərinizi yüksək qiymətləndiririk.
 

Həmişə olduğu kimi, biz regional təşkilat olaraq Qara dəniz və Xəzər dənizi regionlarında sülh, sabitlik, əməkdaşlıq və firavanlıq istiqamətində siyasətinizi dəstəkləməyə hazırıq.


Zati-aliləri, bu əlamətdar hadisə münasibətilə bir daha səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edir, sülh gündəliyinizi bundan sonra da həyata keçirməkdə Sizə uğurlar arzulayırıq.

Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq diləyirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

Ronaldo niyə milliyə çağırılmayıb?

Ronaldo niyə milliyə çağırılmayıb?

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

End of content

No more pages to load

RADİO