Müharibələri dayandıran LİDER – Tramp Nobel Sülh Mükafatına LAYİQDİR

Xəbər  verdiyimiz kimi Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan avqustun 8-də Ağ Evdə keçirilən görüşlərdən sonra mətbuata bəyanatla çıxış ediblər.

Bəyanatda maraqlı nüanslar da yer alıb.

Daha çox maraq doğuran nüanslardan biri isə Amerika Prezidentinin Nobel Sülh mükafatına namizədliyinin irəli sürülməsi idi.
 

MÖVZU İLƏ BAĞLI:

Vaşinqtonda təzyiq divarını yıxan QƏLƏBƏ – Ağ Evdəki razılaşmalar hansı qüvvələrin planını İFLASA UĞRATDI?


İlham Əliyev çıxışında bu məsələyə xüsusi diqqət çəkib:

“Bəs əgər Nobel Sülh Mükafatı Prezident Trampa verilməsə, kimə verilməlidir? Mən heç bir iş görməmiş, lakin mükafat almış şəxslərlə bağlı Nobel Sülh Mükafatının çox müəmmalı qərarlarının tarixinə varmaq istəməzdim. Lakin Prezident Tramp altı ay ərzində möcüzə yaratdı. Bir sözlə, düşünürəm ki, erməni həmkarım da dəstəkləyəcək. Auditoriyanın reaksiyasından hesab edirəm ki, biz qayıdan kimi birgə məktubun hazırlanması üzərində razılığa gələcəyik”, - deyə Azərbaycan Prezidenti bildirib.

Təbii ki, Azərbaycan liderinin təşəbbüsünə Nikol Paşinyan da dəstək verib. O da öz çıxışında Prezident Tramp Nobel Sülh Mükafatına layiq olduğunu bildirib.

Tramp Nobel Sülh mükafatına layiqdirmi?

Məsələyə Azərbaycanın milli və dövlət maraqları baxımında çıxış edərək deməliyik ki, Tramp Nobel Sülh mükafatına layiqdir. Çünki o, 35 ildən artıq davam edən qanlı münaqişənin sonlanmasına öz töhfəsini verdi. Halbuki onun sələfi Co Bayden açıq şəkildə Ermənistanı yeni müharibəyə təşviq edir, bunun üçün Ermənistana hər cür dəstək göstərirdi. Eyni zamanda Konqresdəki ermənipərəst qüvvələr də erməni diasporundan aldıqları qonorar qarşılığında rəsmi Vaşinqtonu hər zaman Azərbaycana təzyiq etməyə çağırıblar.

Nəzər alaq ki, 44 günlük müharibə dövründə də ABŞ Prezidenti Donald Tramp idi. O müharibə boyu öz təmkinini və bitərəfliyini saxladı. Məhz ABŞ-ın bitərəf mövqeyi Avropadakı bəzi ermənipərəst qüvvələrin əl-qolunu bağladı. Nəticədə Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etdi.

“Trampın Nobel Sülh mükafatına layiq görülməsi Azərbaycanın maraqlarına uyğundur”

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən AMİP sədri, Millət vəkili Arzuxan Əlizadə deyir ki, Amerika lideri dünyada davam edən münaqişələri ən azından lokallaşdırmağa çalışır:

“Ukrayna-Rusiya münaqişəsinin sonlandırılması üçün təşəbbüsləri göz önündədir. Bu ilin may ayında yenidən alovlanan Hindistan-Pakistan münaqişəsi də məhz Amerika liderinin təşəbbüsü ilə dayandırıldı. Yaxın Şərqdə qanlı müharibə də artıq səngiyib. Bütün bunların hamısında fövqəlgüc olan ABŞ-ın və onun liderinin xüsusi payı var.

Azərbaycan maraqlarından baxanda da Trampın Nobel Sülh mükafatına layiq görülməsi doğru olardı. 35 ildən artıq davam edən qanlı münaqişə sonlanırsa, Cənubi Qafqaza davamlı sülh gəlirsə, onda biz niyə Trampın namizədliyini dəstəkləmiyək?! Avqustun 8-də Ağ Evdə imzalanan sənədlər göstərir ki, Tramp sözün həqiqi mənasında müharibəyə yox, daha çox sülhə yönəlik fəaliyyət göstərir. Onun xarici siyasəti ölkəmizə sülh və əmin-əmanlıq gətirirsə, o zaman Trampən bu mükafata namizədliyini dəstəkləmək ən doğru seçimdir”.

BAP-ın sədri, Millət vəkili Elşad Musayev də Trampın Nobel Sülh mükafatına namizədliyinin dəstəklənməsinin tərəfdarı olduğunu bildirib:

“Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Donald Trampın Nobel Sülh mükafatına namizədliyi üçün müraciət edəcəklərini bildiriblər. Bizim partiyanın mövqeyi ondan ibarətdir ki, əgər sülh müqaviləsi bağlanacaqsa, iki ölkə arasında normal münasibətlər yaranırsa, Zəngəzur dəhlizi açılırsa, 907-ci düzəliş aradam qaldırılırsa, ATƏT-in Minsk qrupu tarixin arxivinə gömülürsə, o zaman Donald Trampın Nobel Sülh mükafatına namizədliyinin irəli sürülməsini biz ancaq alqışlayırıq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

Ronaldo niyə milliyə çağırılmayıb?

Ronaldo niyə milliyə çağırılmayıb?

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

End of content

No more pages to load

RADİO