Cənubi Qafqazda YENİ DÖNƏM – Regionumuzu gələcək bəlalardan xilas edən TARİXİ GÖRÜŞ – TƏHLİL

Xəbər verdiyimiz kimi avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfər edib. Səfər çərçivəsində ikitərəfli və üçtərəfli sənədlər imzalanıb. Ağ Evdə keçirilən görüşlər, razılaşmalar tarixi hadisə kimi qiymətləndirilir.

Vaşinqton razılaşmalarına gedən çətin yol

44 günlük müharibədən sonra Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etdi. Lakin bir çox aparıcı ölkələr və bəzi beynəlxalq təşkilatlar müharibənin nəticələrini tanımaq istəmədi. Bu da səbəbsiz deyildi. Çünki 44 günlük müharibənin nəticələrində qlobal güclərin hər hansı payı olmadı. Təbii ki, qlobal güclər dünyada baş verən bütün pozitiv proseslərdə əsas sima olmaq istəyirlər və imkan düşdükcə özlərini sülh göyərçini kimi təqdim edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Vaşinqtonda təzyiq divarını yıxan QƏLƏBƏ – Ağ Evdəki razılaşmalar hansı qüvvələrin planını İFLASA UĞRATDI?


Bu mənada 10 noyabr Bəyannaməsini Qərb açıq şəkildə tanımadı. İmkan düşdükcə həm Avropa İttifaqı, həm də Bayden-Blinken tandemi Azərbaycanın üstünə gəlməyə başladı. Bu məsələdə Fransa xüsusi fəallıq göstərirdi.

Ötən 5 ildə rəsmi Paris 44 günlük müharibənin yaratdığı reallıqları dəyişmək üçün çox enerji sərf etdi. Bunun üçün Ermənistanı silahlandırmaqdan belə çəkinmədi. Hətta Avropa İttifaqını da bu işə cəlb elədi. Nəticədə Azərbaycan 44 günlük müharibənin nəticələri ilə barışmaq istəməyən Ermənistanla yox, həm də Qərblə üz-üzə qaldı.

Son 5 ildə Ermənistanın revanşist qüvvələrinin çağırışlarına Qərbdən çox böyük dəstək gəldi.

Həm ABŞ-dan, həm də Aİ-dən Ermənistanı yeni müharibəyə səfərbər etmək üçün həm siyasi, həm maliyyə, həm də hərbi dəstək göstərildi. İlk dəfə olaraq Bayden dönəmində ABŞ hərbçiləri Ermənistanda peyda oldu. Fransa erməniləri müasir hərbi texnika və sursatla təmin etmək üçün büdcəsinin qapısını açdı. Almaniya, Hollandiya və digər Aİ ölkələri də Fransadan geri qalmadı. 10 noyabr Bəyanatının aradan qaldırılması və 2020-ci ilin 27 sentyabrına qədər olan status-kvonun bərpası üçün müxtəlif təşəbbüslər oldu.

Təbii ki, bu təşəbbüslər Ermənistanın maraqlarına xidmət edirdi.

Ona görə də Paşinyan 10 noyabr Bəyannaməsinin və 11 yanvar Anlaşmasının icrasından boyun qaçırmağa çalışırdı. Bu azmış kimi Ermənistanda müharibə ritorikaları və sərhəd bölgəsində təxribatların coğrafiyası günbəgün genişləndi. Bununla paralel Qarabağdakı separatçı tör-töküntülərə beynəlxalq dəstək açıq müstəviyə keçdi. Fransa və digər Avropa ölkələri separatçılara dəstək göstərilməsində trendə qoşuldular. Hətta ATƏT kimi beynxalq qurumlar da ölkəmizə siyasi təzyiqləri artırdı. Və hətta Azərbaycanlı deputatların təşkilatdakı səsvermə hüququ donduruldu.

Beləcə Azərbaycana təzyiqlər daha da artı

Qalib xalqın müzəffər Ali Baş Komandanı təbii ki, nə bu təzyiqlərdən, nə də ki, Ermənistanın təxribatlarından çəkindi. Milli və dövlət maraqları yolunda Prezident İham Əliyev qətiyyətli addımlar atdı.

Başqa cür də ola bilməzdi. Çünki həm Azərbaycanın suverenliyi, həm də ərazi bütövlüyü minlərlə şəhidimizin qanı bahasına, onminllərlə qazimizin şücaəti hesabına əldə olunmuşdu. Son 35 ildə Ermənistan-Azərbaycan münaqişəsində 30 minə yaxın soydaşımız həyatını itirdi. Ona görə də bu qədər qurbanlar hesabına əldə edilmiş müstəqillik hansısa ölkənin siyasi ambisiyasına qurban edilə bilməzdi.

Məhz bu səbəbdən Azərbaycanın qətiyyəti hesabına bölgədə yeni reallıqlar formalaşmağa başladı. Sərhəd bölgəsində və Qarabağdakı təxribatların qarşını qətiyyətlə alan Azərbaycan həm  Qərbin, həm də Rusiyanın təzyiqlərini neytrallaşdırdı. Artıq 2023-cü ilin payızında yeni geosiyasi mənzərə vardı. Azərbaycan separatizmin kökünü kəsmişdi. Bununla da xarici təzyiqləri böyük ölçüdə aradan qaldırılmışdı.

Sülh sazişi niyə yubandı?

Unutmayaq ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması da beynəlxalq güclərin təzyiqləri ilə 5 il yubadıldı.

Təbii ki, Azərbaycan lideri bütün təzyiqlərə sinə gərdi və açıq şəkildə bəyan etdi ki, sülh danışıqlarında üçüncü tərəfin iştirakı qəbul olunmazdır. Bu qətiyyət qarşısında sülhə maneə olmağa çalına bütün qüvvələr aciz qaldı.

Vaşinqton görüşlərinin tarixi əhəmiyyəti

Zamanla bütün qlobal güclər Azərbaycan qətiyyəti qarşısında sərsəm iddialarından geri çəkildi. Azərbaycan regional güc kimi qəbul edilməyə başlandı. Ağ Evdəki son görüş də bu gücün təntənəsi idi.

Bu görüşdə qəbul edilən qərarlar və onun yaratdığı assosiyasiya hər kəsdə belə bir əminlik yaratdı ki, artıq Cənubi Qafqaza davamlı sülh gəlir.

Bu sülhün təminatçısı isə Azərbaycandır.

Çünki Ermənistan hələ də xarici güclərin təsiri altındadır. Və iqtisadi və siyasi cəhətdən ayaqda qalmaq iqtidarında olmayan Ermənistan da bu mənada Azərbaycana borcludur.

Cənubi Qafqazda yaranan davamlı sabitlik Ermənistanın da işinə yarayır. Blokada aradan qalxır, kommunikasiyalar açılır. Qanlı müharibə qorxusu yox olur.

Təbii ki, Cənubi Qafqazda davamlı sülhdən ən çox qazanan Azərbaycan olacaq. İlk növbədə 35 ildən sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa kommunikasiya bərpa olunacaq.

Zəngəzur dəhlizinin bərbası son nəticədə Türk dövlətlərinin birliyinə, iqtisadi əlaqələrinin güclənməsinə yeni töhfələr verəcək. Bu dəhlizdən beynəlxalq daşımaların bərpası isə Azərbaycanın beynəlxalq nüfuzuna yeni güc qatacaq. Çünki Avropa ilə Asiyanı birləşdirəcək ən qısa və təhlükəsiz yol Zəngəzur dəhlizidir.


Bir sözlə Vaşinqton razılaşmaları Azərbaycanın və region ölkələrinin taleyinə bir günəş kimi doğacaq, bölgəyə davamlı sülh və rifah gələcək. Təsadüfi deyil ki, Qərbin aparıcı dövlətləri və Beynəlxalq təşkilatlar Vaşinqton görüşləri barədə yüksək fikirlər səsləndirir və razılaşmaları alqışlayırlar. Bu isə regionda geridönüşü olmayan bir prosesin başladığı deməkdir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?

“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?

Xərçəngə qarşı, immunitet gücləndirici, vitamin rekordçusu - Bolqar bibərinin hansı rəngi güclüdür?

Xərçəngə qarşı, immunitet gücləndirici, vitamin rekordçusu - Bolqar bibərinin hansı rəngi güclüdür?

Afrika Kubokunda GƏRGİN ANLAR: Salah hər kəsi qəzəbləndirdi

Afrika Kubokunda GƏRGİN ANLAR: Salah hər kəsi qəzəbləndirdi

"Ağ zolaq" BAŞLAYIR: Yanvarın ortalarında şanslı olacaq bürclər

"Ağ zolaq" BAŞLAYIR: Yanvarın ortalarında şanslı olacaq bürclər

Füzulidə şirniyyat sexində nöqsanlar aşkarlandı - FOTO

Füzulidə şirniyyat sexində nöqsanlar aşkarlandı - FOTO

Tunis millisi yeni baş məşqçisini AÇIQLADI

Tunis millisi yeni baş məşqçisini AÇIQLADI

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Naxçıvanda iki türkiyəli tələbə dəm qazından zəhərlənərək ölüb

Naxçıvanda iki türkiyəli tələbə dəm qazından zəhərlənərək ölüb

“Tottenhem” İngiltərə millisinin üzvünü transfer etdi

“Tottenhem” İngiltərə millisinin üzvünü transfer etdi

Şəkidə minik avtomobili YANDI

Şəkidə minik avtomobili YANDI

Norveç Trampın təhdidləri fonunda Qrenlandiyaya iki hərbçi GÖNDƏRƏCƏK

Norveç Trampın təhdidləri fonunda Qrenlandiyaya iki hərbçi GÖNDƏRƏCƏK

“Beşiktaş”dan 10 milyonluq TƏKLİF

“Beşiktaş”dan 10 milyonluq TƏKLİF

32 saylı bağçada yeməklər valideynlər tərəfindən hazırlanır? - VİDEO

32 saylı bağçada yeməklər valideynlər tərəfindən hazırlanır? - VİDEO

ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə raket gəmiləri və sualtı qayıq göndərib

ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə raket gəmiləri və sualtı qayıq göndərib

"Liverpul" onun üçün sərvət ödəməyə HAZIRDIR

"Liverpul" onun üçün sərvət ödəməyə HAZIRDIR

Elşəndən Azərlə bağlı PAYLAŞIM - FOTO

Elşəndən Azərlə bağlı PAYLAŞIM - FOTO

Qəzzadakı münaqişənin başa çatdırılması üzrə Trampın planının ikinci mərhələsi BAŞLADI

Qəzzadakı münaqişənin başa çatdırılması üzrə Trampın planının ikinci mərhələsi BAŞLADI

Azərbaycana qarşı cinayət törətmiş xunta rəhbərlərinin Ermənistana təhvil verilməsi ehtimalı yoxdur

Azərbaycana qarşı cinayət törətmiş xunta rəhbərlərinin Ermənistana təhvil verilməsi ehtimalı yoxdur

“Qarabağ”ın növbəti oyunlarının vaxtı AÇIQLANDI

“Qarabağ”ın növbəti oyunlarının vaxtı AÇIQLANDI

ABŞ-ın viza verilişini dayandırdığı ölkələrin siyahısında Azərbaycan da var - FOTO

ABŞ-ın viza verilişini dayandırdığı ölkələrin siyahısında Azərbaycan da var - FOTO

Rəqsanədən Xoşqədəmə cavab - VİDEO

Rəqsanədən Xoşqədəmə cavab - VİDEO

“Panik atak”la mübarizə üçün BU QİDALARDAN istifadə edin

“Panik atak”la mübarizə üçün BU QİDALARDAN istifadə edin

Neymar özünə şəhər TİKİR

Neymar özünə şəhər TİKİR

Azərbaycanı ləkələməyə yönələn Ermənistan vətəndaşlarına məxsus hesablar aşkarlandı - FOTO

Azərbaycanı ləkələməyə yönələn Ermənistan vətəndaşlarına məxsus hesablar aşkarlandı - FOTO

End of content

No more pages to load

RADİO