Rəsmi Bakı Prezidentin ABŞ-a səfərinin nəticələrinə dair MƏLUMAT YAYDI

7-8 avqust 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu haqda Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Vaşinqtonda imzalanan tarixi sənədin FOTOLARI


Məlumatda bildirilib ki, səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin Prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb.

Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur.

Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar; süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə; eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır.

Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Səfər həmçinin iki ölkə Prezidenti arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması ilə əlamətdar olub. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır.

Azərbaycan Respublikası Prezidentinin ABŞ-yə səfəri həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar olub. Səfər zamanı, Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb.

Bununla yanaşı, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb.

Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib.

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib.

Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir.

Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir.

Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb.

Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.

ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində digər vacib addımdır.

Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.


Sənəd şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və Azərbaycan Respublikasında həm qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini ehtiva edir.

Beləliklə, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi”

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər

Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Azərbaycanda pul bazası ARTIB

Azərbaycanda pul bazası ARTIB

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA

Gözəllik salonu və marketlərdən oğurluğun ANBAAN VİDEOSU

Gözəllik salonu və marketlərdən oğurluğun ANBAAN VİDEOSU

"Həyat yoldaşım, səni sevirəm" - Evləndilər – FOTO

"Həyat yoldaşım, səni sevirəm" - Evləndilər – FOTO

İlham Əliyev: “Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib”

İlham Əliyev: “Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib”

İlham Əliyev: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"

İlham Əliyev: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"

Sumqayıtda 14 şagirdin zəhərlənmə səbəbi açıqlandı – RƏSMİ

Sumqayıtda 14 şagirdin zəhərlənmə səbəbi açıqlandı – RƏSMİ

Sumqayıt məktəbindəki kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Sumqayıt məktəbindəki kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Prezident: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir”

Prezident: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir”

End of content

No more pages to load

RADİO