Azərbaycan Prezidentinin Vaşinqton səfəri sülhə və strateji tərəfdaşlığa körpüdür –ŞƏRH

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin demək olar ki, beşdəbiri 30 il müddətində işğal altında saxlanıldı.

İşğal həmin ərazilərdən təxminən bir milyon azərbaycanlının kütləvi etnik təmizlənməsi və digər ağır cinayətlərin törədilməsi ilə müşayiət olundu.

Heç kəsə sirr deyil ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən mandat verilmiş ATƏT-in Minsk qrupuna daxil həmsədr dövlətlər, yəni Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları Ermənistanla Azərbaycan arasında yaranmış münaqişənin aradan qaldırılması üçün 30 il nəticəsiz danışıqlar apardılar.
 

MÖVZU İLƏ BAĞLI:

Əliyev-Tramp-Paşinyan görüşü dünya mediasının DİQQƏT MƏRKƏZİNDƏ – FOTO


Nəhayət, 2020-ci ildə Azərbaycan BMT-nin nümunəvi üzv dövləti olaraq BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş məlum dörd qətnamənin icrasını təkbaşına təmin etdi. Beləliklə, ölkəmiz bütün təzyiqlərə müqavimət göstərməyi bacardı və Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ - Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə həm regionda, həm də dünya siyasi arxitekturasında tamamilə yeni bir ab-hava yaratmağa nail oldu.

Bizim.Media xəbər verir ki, bunu “Azərtac.az”a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O qeyd edib ki, bu gün Azərbaycan bütün dünya dövlətləri tərəfindən Cənubi Qafqazın lider dövləti olaraq qəbul olunur.

Ermənistan artıq Azərbaycanın davamlı sülhə dair şərtlərini qəbul etməyə və Sülh Sazişini imzalamağa yaxındır.

“Azərbaycan sülhün əldə olunmasının, habelə regionda yeni quruculuq dövrünün başlanmasının vaxtı olduğunu bütün ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə mövqe kimi nümayiş etdirir. Bu prosesdə vasitəçi kimi çıxış edən Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Rusiya da Azərbaycanın Cənubi Qafqazda siyasi və iqtisadi sabitliyi təmin etmə səylərini, beləliklə dünya siyasi arxitekturasının tamamlanması işinə dəstəyini yüksək qiymətləndirirlər.

İstər Vaşinqton, Brüssel, Moskva formatında keçirilən görüşlərdə, istərsə də bir sıra mötəbər beynəlxalq konfrans, forumlar, tədbirlərdə Azərbaycan bu məsələlərdə iştirak etməyə hazır olduğunu nəinki bəyan edir, həm də regionun davamlı inkişafının təmin edilməsi işində lokomotiv dövlət rolunu öz üzərinə götürür.

Təbii ki, bu gücə və cəsarətə malik Azərbaycanın mövcudluğu erməni lobbisinin kök saldığı Amerika Birləşmiş Ştatları kimi ölkələrin maraq və məqsədlərinə uyğun gəlmirdi.


Baxmayaraq ki, Azərbaycanla Ermənistan arasında Sülh Sazişinin hazırlanmasının yekun işləri görülür, habelə regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycan Hökuməti tərəfindən ardıcıl siyasət həyata keçirilir, bu tədbirləri gözü götürməyən qüvvələr də öz məkrli oyunlarını davam etdirərək beynəlxalq nüfuzundan istifadə edirdi, ölkəmizə qarşı qərəzli münasibət nümayiş etdirməklə Cənubi Qafqazda sülhün təmin olunması prosesinə ciddi zərbə vurmağa çalışırdılar.

Hələ Bayden administrasiyası dövründə ABŞ-ın yüksək dairələrində kifayət qədər güclənmiş lobbiçi qruplaşmaların təhriki ilə bəzi Amerika rəsmiləri Azərbaycana qarşı açıq şəkildə ədalətsiz, qeyri-adekvat, beynəlxalq hüququn norma və prinsiplərə zidd olan mövqe nümayiş etdirirdilər”, - deyə Məzahir Əfəndiyev vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı hörmətə, etimada əsaslanaraq hər zaman müsbət dinamika ilə inkişaf edib. Bu münasibətlərin əsası 1992-ci ilin 28 fevral tarixində qoyulub, xüsusilə, Ulu Öndər Heydər Əliyevin əvəzsiz səyləri nəticəsində iki ölkə arasında əsasən enerji sahəsində qarşılıqlı marağa söykənən əməkdaşlıq formalaşdırılıb.

Bu günə qədər Azərbaycanla ABŞ arasında 80-dən artıq dövlət əhəmiyyətli sənədin imzalanması mövcud yüksəksəviyyəli münasibətlərin bariz göstəricisidir.

“Donald Trampın 2024-cü ildə yenidən Prezident seçilməsi Azərbaycan-ABŞ münasibətlərinə demək olar ki, yeni nəfəs verdi, liderlər arasında telefon danışıqları və məktub mübadilələri baş tutub. Prezident İlham Əliyev bir sıra çıxışlarında Donald Tramp haqqında yüksək fikirlər səsləndirərək, məhz Trampın prezidentliyi dövründə ABŞ-ın yeni müharibələrə başlamadığını, onun ailə və ənənəvi dəyərlərə sadiqliyini xüsusilə vurğulayıb.
 

Bu baxımdan, Prezident İlham Əliyevin 2025-ci il avqustun 7-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfər etməsi həm iki ölkə arasında mövcud münasibətlərin bundan sonra yeni müstəvidə inkişaf edəcəyini, eləcə də Cənubi Qafqazda uzun zamandır gözlənilən sülhün bərqərar olunacağını, habelə bir sıra dövlətlər üçün yeni investisiya imkanlarının açılacağını deməyə əminlik verir”, - deyə deputat bildirib.


O əlavə edib: “Bu tarixi səfər aşağıdakı istiqamətləri özündə ehtiva edir. Birincisi, “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu”nun imzalanması enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, müdafiə, silah satışı və terrorizmə qarşı mübarizəni də əhatə edən təhlükəsizlik əməkdaşlığı istiqamətlərində strateji tərəfdaşlığın inkişafı üçün böyük əhəmiyyət daşıyır. Belə ki, bu sənəd, eyni zamanda, ABŞ texnologiyası və investisiyalarının Azərbaycana axını, eləcə də ABŞ-ın bölgədə iqtisadi fəallığının artması üçün əməli şərait yaradacaq.

Eyni zamanda, Tramp administrasiyası tərəfindən “Azadlığı Müdafiə Aktı”na əlavə olunmuş 907-ci düzəlişin icrasının dayandırılması sənədi imzalanmışdır. Qeyd edim ki, bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və Azərbaycanın Ermənistana qarşı guya “blokada” tətbiq etməsi bəhanə edilərək, ölkəyə dövlət yardımını qadağan etmişdi. Bu ədalətsiz qərar yalnız Tramp administrasiyası dövründə ləğv olundu.

İkincisi, Prezident İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüşün nəticəsinə dair yeddi bənddən ibarət Birgə Bəyannamənin imzalanmasıdır.

Bu Bəyannamə Azərbaycanla Ermənistan arasında imzalanacaq Sülh Sazişinin mətninin demək olar ki, tamamlanması ilə yanaşı, regionda yeni dəhlizin – "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) açılması, eləcə də 30 ildir nəticəsiz fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun ləğv edilməsi qərarının qəbul edilməsi baxımından tarixi əhəmiyyət daşıyır.

Beləliklə, Prezident İlham Əliyevin ABŞ-a səfəri növbəti diplomatik qələbəmiz olmaqla, Azərbaycan-ABŞ münasibətlərini strateji əməkdaşlıq səviyyəsinə yüksəltdi və regionda sülhün, təhlükəsizliyin, əmin-amanlığın bərqərar olunması üçün mühüm addım oldu.

Ali Baş Komandan, Böyük Sərkərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl, çoxvektorlu fəaliyyət qədirbilən Azərbaycan xalqının, ölkəmizin davamlı inkişafını bundan sonra da təmin edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Aİ Rusiyaya yardım edən rekord sayda – 1600 şirkətə qarşı sanksiya tətbiq etməyi planlaşdırır

Aİ Rusiyaya yardım edən rekord sayda – 1600 şirkətə qarşı sanksiya tətbiq etməyi planlaşdırır

Ulduz falı: 17 avqust, 2026-cı il

Ulduz falı: 17 avqust, 2026-cı il

Rusiya NATO ölkələrinə çata biləcək dronlar üçün gizli bazalar tikir – The Telegraph

Rusiya NATO ölkələrinə çata biləcək dronlar üçün gizli bazalar tikir – The Telegraph

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirildi

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirildi

Doğma yurdlarına qayıdırlar - Fotolar

Doğma yurdlarına qayıdırlar - Fotolar

Trampın kürəkəni Misirdə HƏMAS liderləri ilə görüşdü

Trampın kürəkəni Misirdə HƏMAS liderləri ilə görüşdü

Hindistandan Rusiyaya gətirilən benzin Murmanskda “ilişib qalıb”

Hindistandan Rusiyaya gətirilən benzin Murmanskda “ilişib qalıb”

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

İranın keçmiş prezidenti: Ölkə sonsuza qədər müharibə şəraitində yaşaya bilməz

İranın keçmiş prezidenti: Ölkə sonsuza qədər müharibə şəraitində yaşaya bilməz

Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”

Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”

Siciliyada Renessans rəssamı Antonello da Messinanın əsərləri oğurlandı

Siciliyada Renessans rəssamı Antonello da Messinanın əsərləri oğurlandı

“Miss Earth” yarışmasının vitse-missi 25 yaşında vəfat etdi

“Miss Earth” yarışmasının vitse-missi 25 yaşında vəfat etdi

Monteneqroda meşə yanğınları tüğyan edir

Monteneqroda meşə yanğınları tüğyan edir

“Əl-Hilal” Benzema ilə müqaviləni ləğv edəcək?

“Əl-Hilal” Benzema ilə müqaviləni ləğv edəcək?

Çin iqtisadiyyatında dönüş nöqtəsi qlobal böhrana səbəb olacaq?

Çin iqtisadiyyatında dönüş nöqtəsi qlobal böhrana səbəb olacaq?

Süni intellekt 22 il ərzində həll olunmayan riyazi problemi 16 saata çözə bilib

Süni intellekt 22 il ərzində həll olunmayan riyazi problemi 16 saata çözə bilib

Premyer Liqa: "Zirə" "Şəfa"nı məğlub etdi - VİDEO

Premyer Liqa: "Zirə" "Şəfa"nı məğlub etdi - VİDEO

Samuxda ağır qəza: Ata və oğlu xəsarət aldı

Samuxda ağır qəza: Ata və oğlu xəsarət aldı

İmişlidə şin partladı - Usta xəsarət aldı

İmişlidə şin partladı - Usta xəsarət aldı

Vəfa Zeynalova qızı ilə istirahətdə - FOTO

Vəfa Zeynalova qızı ilə istirahətdə - FOTO

Kombaynla birlikdə uçan körpü hələ də bərpa olunmayıb - VİDEO

Kombaynla birlikdə uçan körpü hələ də bərpa olunmayıb - VİDEO

DSX-dən Abbasəli Novruzovun vəfatı ilə bağlı NEKROLOQ

DSX-dən Abbasəli Novruzovun vəfatı ilə bağlı NEKROLOQ

Netflix India 24 milyon dollarlıq serial təqdim etdi - VİDEO

Netflix India 24 milyon dollarlıq serial təqdim etdi - VİDEO

End of content

No more pages to load

RADİO