Səfirdən niderlandlı deputatlara MƏSLƏHƏT: “Ermənilərin törətdiklərini öz gözlərinizlə görün” - FOTO

Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov bu ölkənin parlamentində ən böyük və hazırda koalisiya hökumətinin tərkibində olan “Azadlıq və Demokratiya naminə Xalq Partiyası”nın xarici əlaqələr, müdafiə və Avropa məsələləri üzrə deputatı Ruben Brekelmans ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, görüş Azərbaycan səfirliyində keçirilib. Görüşdə səfir F. Axundov niderlandlı parlamentariyə Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasət haqqında məlumat verib. Birinci Qarabağ müharibəsi nəticəsində 1 milyona yaxın azərbaycanlının doğma yurdlarından didərgin salınmasından, Azərbaycanın ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsindən, II Qarabağ müharibəsi zamanı işğal edilmiş ərazilərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz tərəfindən azad edilməsindən danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzur dəhlizinin 1 nömrəli PROBLEMİ - Tofiq Zülfüqarovdan ÖZƏL AÇIQLAMA


Azad edilmiş ərazilərimizin erməni separatçıları tərəfindən darmadağın edilməsindən, bu ərazilərin ermənilər tərəfindən kütləvi şəkildə minalanmasından bəhs edib. 
 
Səfir vurğulayıb ki, Niderland parlamentində Azərbaycan əleyhinə qəbul edilmiş 14 qərəzli, əsassız və həqiqətə əsaslanmayan qətnamə regionda sülh prosesinə xidmət etmir. O, R. Brekelmansa təmsil etdiyi partiyanın digər partiyalarla münasibətdə ölkəmizə qarşı daha balanslı siyasət yürütməsinə görə təşəkkür edib. F.Axundov niderlandlı millət vəkilini və onun digər siyasi partiyalardan olan həmkarlarını Azərbaycana səfərə və bu səfər çərçivəsində azad edilmiş ərazilərdə Ermənistanın törətdiyi dağıntıları öz gözləri ilə görməyə dəvət edib. 

Azərbaycana dəvətə görə səfirə təşəkkürünü bildirən R. Brekelmans Niderland Parlamentində Azərbaycan əleyhinə səsləndirilən iddialar ilə bağlı Azərbaycan tərəfinin də mövqeyinin öyrənilməsinin vacib olduğunu qeyd edib.

R. Brekelmans münaqişənin həlli yolu, Niderlandın bu prosesdə mümkün rolu, Cənubi Qafqazın gələcəyi ilə bağlı Azərbaycan səfiri ilə geniş fikir mübadiləsi aparıb. 
 
Görüşün sonunda R. Brekelmansa holland dilində çap edilmiş “Azərbaycan nağılları” kitabı təqdim edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Braziliyalı futbolçu müsəlman oldu – VİDEO

Braziliyalı futbolçu müsəlman oldu – VİDEO

Ağdam şəhərində 120 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Ağdam şəhərində 120 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

“Axmat” jurnalının baş redaktoru Ukrayna müharibəsində ÖLDÜRÜLDÜ

“Axmat” jurnalının baş redaktoru Ukrayna müharibəsində ÖLDÜRÜLDÜ

Tanınmış yazıçı vəfat etdi - FOTO

Tanınmış yazıçı vəfat etdi - FOTO

Vardanyan və Epşteyn işində GİZLİ BƏNZƏRLİK – Zülfüqarov Rusiya kəşfiyyatının informasiya hücumu alətlərini İFŞA ETDİ

Vardanyan və Epşteyn işində GİZLİ BƏNZƏRLİK – Zülfüqarov Rusiya kəşfiyyatının informasiya hücumu alətlərini İFŞA ETDİ

"Üç dəfə nişanlı olmuşam"

"Üç dəfə nişanlı olmuşam"

Bakının mərkəzindəki yanğın söndürüldü – YENİLƏNİB - VİDEO

Bakının mərkəzindəki yanğın söndürüldü – YENİLƏNİB - VİDEO

“TələbəPlus” kartı ilə siqaret və spirtli içki alına bilər? – İddialara RƏSMİ CAVAB

“TələbəPlus” kartı ilə siqaret və spirtli içki alına bilər? – İddialara RƏSMİ CAVAB

Xamenei minlərlə təbrizli ilə görüşdü

Xamenei minlərlə təbrizli ilə görüşdü

Azərbaycan ötən ay meyvə-tərəvəz ixracından nə qədər qazanıb?

Azərbaycan ötən ay meyvə-tərəvəz ixracından nə qədər qazanıb?

Volkan Dəmirəl "Qarabağ" – "Nyukasl Yunayted" qarşılaşmasına dair proqnozunu açıqladı

Volkan Dəmirəl "Qarabağ" – "Nyukasl Yunayted" qarşılaşmasına dair proqnozunu açıqladı

Şahin Şıxlınskiyə 23 il cəza istənildi

Şahin Şıxlınskiyə 23 il cəza istənildi

Konsert üçün Rusiyaya getdi - Dələduzların qurbanı oldu

Konsert üçün Rusiyaya getdi - Dələduzların qurbanı oldu

İlin ilk Günəş tutulması BAŞLADI

İlin ilk Günəş tutulması BAŞLADI

Rauf Həbibov lüks sauna tikdirib fəhlələrin pulunu vermir? - Fotolar

Rauf Həbibov lüks sauna tikdirib fəhlələrin pulunu vermir? - Fotolar

Qusarda avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Qusarda avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Ötən ay Azərbaycandan Rumıniyaya neft ixracı ARTIB

Ötən ay Azərbaycandan Rumıniyaya neft ixracı ARTIB

“Meymunçiçəyi” QAPIDA – Azərbaycanda bu virusa YOLUXAN var? -RƏSMİ AÇIQLAMA

“Meymunçiçəyi” QAPIDA – Azərbaycanda bu virusa YOLUXAN var? -RƏSMİ AÇIQLAMA

Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat aldı

Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat aldı

Niyə qeyri-etik kontent məhz “Telegram” vasitəsilə yayılır?

Niyə qeyri-etik kontent məhz “Telegram” vasitəsilə yayılır?

Sosial şəbəkədə aşağı faizli kreditlər təklif edərək vətəndaşların külli miqdarda pulunu taladı – VİDEO

Sosial şəbəkədə aşağı faizli kreditlər təklif edərək vətəndaşların külli miqdarda pulunu taladı – VİDEO

Britaniya və Almaniyadan SAVAŞ XƏBƏRDARLIĞI – Hədəfdə bu ölkə var...

Britaniya və Almaniyadan SAVAŞ XƏBƏRDARLIĞI – Hədəfdə bu ölkə var...

"Tarqovı"dakı binada yanğın hələ söndürülməyib

"Tarqovı"dakı binada yanğın hələ söndürülməyib

İngiltərədə yaşayan qızının görüntülərini görən Nigar efirdə AĞLADI - VİDEO

İngiltərədə yaşayan qızının görüntülərini görən Nigar efirdə AĞLADI - VİDEO

End of content

No more pages to load

RADİO