Kəmaləddin Heydərov BMMT-yə üzv ölkələrin qurumlarının rəhbərləri ilə görüşüb - FOTO/VİDEO

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 58-ci sessiyasında iştirak etmək üçün Azərbaycana gəlmiş Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri Aleksandr Kurenkov, Fələstin Dövləti Mülki Müdafiə İdarəsinin baş direktoru Əkrəm Tavabta, İordaniya Haşimilər Krallığı İrbid Mülki Müdafiə İdarəsinin direktoru Yusif Əhməd Salem Əl-Şakatreh, Küveyt Dövləti Yanğınsöndürmə Xidmətinin rəis müavini Məhəmməd Əli Əl-Qətani, Bəhreyn Krallığının Mülki müdafiə üzrə baş direktoru Əli Məhəmməd Casim Yusuf Əl-Kəbaisi və Səudiyyə Ərəbistanı Krallığının Mülki müdafiə üzrə baş direktoru Humud Süleyman Əlfərac ilə görüşüb.

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyalı nazir Azərbaycana təşəkkür etdi– FOTO/VİDEO


Qonaqları səmimiyyətlə salamlayan nazir K.Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə mülki müdafiə və əhalinin fövqəladə hallardan qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərdən danışıb, Azərbaycan dövlətinin əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məsələlərinə hər zaman xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Nazir fövqəladə halların sərhəd tanımaması və ildən-ilə artan risklər fonunda fəlakətlərə qarşı ölkələrin birgə və əlaqələndirilmiş fəaliyyətlərinin vacib olduğunu qeyd edib.

Bu mənada, Beynəlxalq Mülki Müdafiə Təşkilatının dünya ölkələrinin səylərinin birləşdirilməsi baxımından mərkəzi rolu vurğulanıb, ölkəmizdə keçirilən təşkilatın İcraiyyə Şurasının 58-ci sessiyasının faydalı olacağına əminlik ifadə edilib.

Səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürlərini bildirən qonaqlar Bakıda keçirilən BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasının yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.

Görüşlərdə uyğun qurumlar arasında əlaqələrin hazırkı vəziyyəti və inkişafı perspektivlərindən danışılıb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə toxunulub.

Tərəflər əminlik ifadə ediblər ki, Bakıda keçirilən sessiya, ikitərəfli görüşlər və aparılan müzakirələr istər BMMT çərçivəsində, istərsə də ikitərəfli əsasda ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında əlaqələri yeni müstəviyə çıxaracaq.

Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə 26 yaşlı oğlan bıçaqlandı

Gəncədə 26 yaşlı oğlan bıçaqlandı

Bakıda güclü YANĞIN – FOTO/VİDEO – YENİLƏNİB

Bakıda güclü YANĞIN – FOTO/VİDEO – YENİLƏNİB

İqbal Hüseynov vəzifəsindən AZAD EDİLDİ

İqbal Hüseynov vəzifəsindən AZAD EDİLDİ

SON DƏQİQƏ! Türk Hava Yollarına məxsus təyyarədə bomba TƏHLÜKƏSİ

SON DƏQİQƏ! Türk Hava Yollarına məxsus təyyarədə bomba TƏHLÜKƏSİ

“Turan Tovuz” bu futbolçu ilə YOLLARINI AYIRIR

“Turan Tovuz” bu futbolçu ilə YOLLARINI AYIRIR

Polis əməkdaşları Binəqədidəki yanğına CƏLB OLUNDU

Polis əməkdaşları Binəqədidəki yanğına CƏLB OLUNDU

17 yaşlı Kamalın ölümünə görə cinayət işi açıldı

17 yaşlı Kamalın ölümünə görə cinayət işi açıldı

"mygov" platforması adından yayılan saxta elanlarla bağlı XƏBƏRDARLIQ!

"mygov" platforması adından yayılan saxta elanlarla bağlı XƏBƏRDARLIQ!

Fenomen Merve Sanay narkotik araşdırması çərçivəsində saxlanıldı - FOTO

Fenomen Merve Sanay narkotik araşdırması çərçivəsində saxlanıldı - FOTO

Trampdan SENSASİON BƏYANAT – ABŞ İrana hücumdan imtina edir?

Trampdan SENSASİON BƏYANAT – ABŞ İrana hücumdan imtina edir?

Zehra Güneşdən 8 ay sonra etiraf: “Mənim heç vaxt belə bir evim olmayıb” - FOTO

Zehra Güneşdən 8 ay sonra etiraf: “Mənim heç vaxt belə bir evim olmayıb” - FOTO

Türkiyə iki ölkə ilə hərbi ittifaq qurur? - Hakan Fidandan AÇIQLAMA

Türkiyə iki ölkə ilə hərbi ittifaq qurur? - Hakan Fidandan AÇIQLAMA

Polşa Ukraynaya MiQ-29 qırıcı təyyarələri GÖNDƏRİR

Polşa Ukraynaya MiQ-29 qırıcı təyyarələri GÖNDƏRİR

Bakıdan Qəbələyə və əks istiqamətə dəmir yolu ilə səfər etmək mümkün olub

Bakıdan Qəbələyə və əks istiqamətə dəmir yolu ilə səfər etmək mümkün olub

MİQ imtahanı ödənişli OLACAQ - Dəyişiklik TƏSDİQLƏNDİ

MİQ imtahanı ödənişli OLACAQ - Dəyişiklik TƏSDİQLƏNDİ

Hava yenə dəyişir: Bu tarixdən temperatur 8 dərəcə enəcək, qar yağacaq – XƏBƏRDARLIQ

Hava yenə dəyişir: Bu tarixdən temperatur 8 dərəcə enəcək, qar yağacaq – XƏBƏRDARLIQ

Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi YARADILACAQ

Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi YARADILACAQ

Sosial şəbəkələrdə bu məlumatların yayılması QADAĞAN EDİLDİ

Sosial şəbəkələrdə bu məlumatların yayılması QADAĞAN EDİLDİ

Laçında məktəblilərin qar sevinci - FOTO/VİDEO

Laçında məktəblilərin qar sevinci - FOTO/VİDEO

Bu su anbarları yenidən qurulur - FOTO

Bu su anbarları yenidən qurulur - FOTO

Üzvlük haqqı ilə bağlı iddialara Yazıçılar Birliyindən CAVAB

Üzvlük haqqı ilə bağlı iddialara Yazıçılar Birliyindən CAVAB

Kosmos tarixində İLK "tibbi təxliyə" – FOTO

Kosmos tarixində İLK "tibbi təxliyə" – FOTO

Şahbaz Şərif İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Şahbaz Şərif İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Ermənistan Türkiyə və Azərbaycanla bağlı Rusiyadan nəyi xahiş edib?

Ermənistan Türkiyə və Azərbaycanla bağlı Rusiyadan nəyi xahiş edib?

End of content

No more pages to load

RADİO