Rusiyadan sülhməramlıların olduğu daha 8 təyyarə Dağlıq Qarabağa yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Nazirliyin yaydığı məlumata görə, sülhməramlıların olduğu 8 “İl-76” təyyarəsi Ulyanovskdan Dağlıq Qarabağa yola salınıb. Təyyarə Ermənistandakı aerodroma 10-dan çox ağır nəqliyyat vasitəsi və 100-dən çox hərbi qulluqçu çatdıracaq.
Ümumilikdə Rusiyadan 42 təyyarə artıq bölgəyə yollanıb.
Bizim.Media