Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) sədri Peter Maurer bu ay Rusiya paytaxtına səfər edəcək.
Bizim.Media Rusiya KİV-nə istinadla bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, səfər zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov BQXK-nın sədrini qəbul edəcək.
Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi regionunda baş verənlər, eləcə də dünyanın bir sıra regionlarındakı hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.
XİN rəsmisi qeyd edib ki, danışıqların yekunları ilə bağlı birgə mətbuat konfransı olacaq.
Bizim.Media