Rusiyanın çevriliş planının SON MƏRHƏLƏSİ – Paşinyan-kilsə savaşı XAOSA ÇEVRİLİR

Son günlər Ermənistan hakimiyyətilə kilsə arasında gərginlik pik həddə çatıb. İş o yerə gəlib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları bütün ermənilərin katolikosu II Qareginin Eçmiədzindəki iqamətgahının ərazisinə də daxil olublar.

Məlumata görə, katolikos II Qaregin yaranan gərginliyin böyüməsinin qarşısını almaq üçün şəxsən təhlükəsizlik qüvvələrinin qarşısına çıxıb və ruhanilərlə toqquşmaya imkan verməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan-kilsə qarşıdurması PİK HƏDDƏ – Ermənistan daxili toqquşmalara SÜRÜKLƏNİR...


Etirazlar artır

Lakin xüsusi təyinatlıların kilsəyə daxil olması Ermənistanda kütləvi etiraz aksiyaları ilə nəticələnib. Müxalifətin çağırışı ilə küçələrə axışan sakinlər Kilsəni müdafiə etmək üçün paytaxt İrəvana doğru hərəkət ediblər.

Görünən odur ki, Paşinyanla kilsə arasında qarşıdurma böyüyərək xaosa doğru irəliləməkdədir. Əksər ekspertlərin fikrincə, sözügedən prosesin arxasında Rusiya dayanır. Belə ki, son dövrlərdə Ermənistanda Kremlin dəstəklədiyi kilsə ilə yanaşı, revanşist qüvvələrin aktivləşməsi müşahidə edilir. Bu prosesdə Köçəryan, Sarkisyan və Rusiya tərəfindən idarə olunan digər şəxslər daha fəal rol oynayırlar. Kreml tərəfindən dəstəklənən Samvel Karapetyanın Ermənistanda hakimiyyəti zorla ələ keçirməyə açıq çağırışlar ittihamı ilə saxlanılması da xüsusi vurğulanmalıdır.

Görəsən, yaranmış vəziyyətdə Rusiyanın çevriliş planı nə ilə yekunlaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, Rusiyanın çevriliş planının necə yekunlaşacağı erməni cəmiyyətinin səviyyəsindən asılı olacaq:

“Rusiya son ümidlərini işə salır. Onlar buna qədər Koçaryan və Sarkisyandan istifadə etsələr də, istədiklərini ala bilmədilər. Onların əhali arasında nüfuzunun olmadığını görən Rusiya indi də din xadimlərini və milyarderləri prosesə qoşmağa çalışır.

Məlumdur ki, kilsə Ermənistanda kifayət qədər nüfuzludur. Pulun da görə biləcəyi işlər hamıya məlumdur. Bu səbəbdən onların ittifaqını yaradıb, Paşinyanı ya seçkilərə qədər devirməyi planlaşdırır, yaxud da seçkilərdə qalib gəlib hakimiyyəti ələ keçirməyi düşünürlər. Paşinyan da bunun qarşısını almaq üçün əks-hücuma keçib”.

Ekspert qeyd edir ki, Paşinyan təhlükəli döyüşə girişib:

“Onun reytinqi getdikcə azalır. Baxmayaraq ki, o, hələ də Ermənistanda ən populyar siyasətçidir. Prosesin necə gedəcəyini isə bundan sonra baş verəcək hadisələr müəyyənləşdirəcək.

Paşinyan anlayır ki, belə qarşıdurmalar zamanı qətiyyətli mövqe tutmalıdır. Rəqiblərin zəif nöqtələrini müəyyənləşdirib, həmin nöqtələrdən vurmalıdır. O, Katolikosun Allah qarşısında götürdüyü öhdəliyə cavab vermədiyini deyir. Məlum olur ki, katolikosun övladı var. Məlum faktdır ki, din xadimləri Allahdan, mənəviyyatdan danışsalar da, bir çox hallarda kifayət qədər ləyaqətsiz və mənəviyyatsız hərəkətlərə yol verirlər. Paşinyan da məhz bu nöqtədən vurmağa çalışır.

Nəticənin necə olacağı erməni cəmiyyətinin səviyyəsindən asılı olacaq. Cəmiyyət hər cür mənəviyyatsızlığı qəbul etməyə hazırdırsa, onda Paşinyanın edə biləcəyi bir şey qalmayacaq. Belə olarsa, Paşinyan mübarizədən qalıb çıxa bilməyəcək. Hər halda Rusiya son cəhdlərini edir. Onun necə nəticələnəcəyini yaxın aylarda görə bilərik”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Kürdəmirdə avtomobil yandı - VİDEO

Kürdəmirdə avtomobil yandı - VİDEO

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Ən etibarsız avtomobillər - SİYAHI

Ən etibarsız avtomobillər - SİYAHI

Şəmkirdə evdə yanğın - VİDEO

Şəmkirdə evdə yanğın - VİDEO

Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

Qətldə adı çəkilən iş adamının oğlu məşhurların qızları ilə sevgili olub - FOTO

Qətldə adı çəkilən iş adamının oğlu məşhurların qızları ilə sevgili olub - FOTO

"Mənim pullarımı anam sayır, heç vaxt sayını BİLMƏMİŞƏM”

"Mənim pullarımı anam sayır, heç vaxt sayını BİLMƏMİŞƏM”

Ötən gün 40 kiloqramdan çox narkotik aşkar edildi - FOTO

Ötən gün 40 kiloqramdan çox narkotik aşkar edildi - FOTO

REKORD: Bakı Avtovağzalından 38 613 sərnişin mənzil başına çatdırılıb - SON 3 GÜNDƏ

REKORD: Bakı Avtovağzalından 38 613 sərnişin mənzil başına çatdırılıb - SON 3 GÜNDƏ

İrandan Azərbaycana indiyədək 2 921 nəfər təxliyə olunub - FOTO

İrandan Azərbaycana indiyədək 2 921 nəfər təxliyə olunub - FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal reytinqdə növbəti uğura imza atdı

Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal reytinqdə növbəti uğura imza atdı

Sahibə Qafarova Tbilisiyə getdi - Dəfn mərasimində iştirak edəcək

Sahibə Qafarova Tbilisiyə getdi - Dəfn mərasimində iştirak edəcək

Rusiya bu şəhərə genişmiqyaslı hücuma hazırlaşır

Rusiya bu şəhərə genişmiqyaslı hücuma hazırlaşır

Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi icra başçısıyla görüşdü

Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi icra başçısıyla görüşdü

Azərbaycanda itkin düşən 4 nəfər tapıldı

Azərbaycanda itkin düşən 4 nəfər tapıldı

Ağsuda iki evdə yanğın oldu

Ağsuda iki evdə yanğın oldu

61 yaşlı qadın zəhərlənərək öldü

61 yaşlı qadın zəhərlənərək öldü

Sumqayıtda tonqalda xəsarət alanların kimliyi AÇIQLANDI - SİYAHI/VİDEO

Sumqayıtda tonqalda xəsarət alanların kimliyi AÇIQLANDI - SİYAHI/VİDEO

End of content

No more pages to load

RADİO