Kreml rəsmi Bakının Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması ilə bağlı üzrxahlığını nə səbəbə qəbul etdiyini açıqlayıb.
Bizim.Media RİA Novosti-yə istinadla xəbər verir ki, bununla bağlı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov münasibət bildirib:
"Bu, həqiqətən çox ağrılıdır, əsl faciədir, iki hərbçimiz həlak olub. Amma Azərbaycan Prezidentinin ani reaksiyası və hərtərəfli araşdırma apararaq günahkarları cəzalandırmağa hazır olması ilə bağlı verdiyi bəyanat , bu üzrxahlığı qəbul etməyimizə imkan verdi”.
Xatırladaq ki, Bu ilin 9 noyabr tarixində saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub.
Bizim.Media