Paşinyandan ikibaşlı ZƏNGƏZUR AÇIQLAMASI – “Turan” dəhlizi, “Dünyanın kəsişməsi”, yaxud da...

Ermənistanın baş naziri Nikol Paşinyan bir daha bəyan edib ki, “Dünyanın kəsişməsi” layihəsi bu marşrutların keçəcəyi ölkələrin suverenliyi və yurisdiksiyası prinsipi əsasında bütün regional kommunikasiyaların açılmasına yönəlib.

O, İstanbulun erməni icması ilə görüşündə “Zəngəzur dəhlizi” və ya “Turan dəhlizi” ilə bağlı çaxnaşma salmamağa, manipulyasiyalara boyun əyməməyə çağırıb.

"Bizim məntiqimizi, hədəflərinin "Turan" olduğunu deyən, həyəcan təbili çalan ermənilərin məntiqini başa düşə bilmirəm. Amma gəlin başa düşək, nə istəyirlər. Onlar Ermənistanın ərazisindən keçmək istəyirlər? Yaxşı, keçsinlər. Bu pisdir? Biz özümüz bunu "Dünyanın kəsişməsi" layihəsi kimi təklif edirik. Bizə deyirlər ki, şimala, cənuba, şərqə getmək istəyirik. Biz də onlara deyirik ki, gedin. 21-ci əsrdə sərhədləri bağlı olan bir ölkə təsəvvür edin?”,-Ermənistanın baş naziri bildirib.

Eyni zamanda, Paşinyan təkrar edib ki, Zəngəzur dəhliziolmayacaq, “Sülh yollarının kəsişməsi” olacaq.

Baş nazir həmçinin, “Sülh yollarının kəsişməsi”nin açılacağı təqdirdə Azərbaycanın bunu “Zəngəzur dəhlizi”nin açılışı kimi şərh edəcəyinə hazır olmağa da çağırıb.

Xatırladaq ki, Ermənistan hökuməti sözdə dəhlizin açılmasını istədiklərini elan etsələr də, bu günə qədər işə gələndə müxtəlif bəhanələrlə onun reallaşmasını uzatmağa çalışıb.

Bu fonda son açıqlamasından da göründüyü kimi, Paşinyan yenə də Zəngəzur dəhlizilə bağlı ikibaşlı danışır.

Olmaya prosesi uzatmaq üçün Paşinyan indi də bu yola əl atmağı hədəfləyib?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, Paşinyanın dəhlizlə bağlı prosesi uzatmaq cəhdləri gələn ilin iyununda ölkəsində keçiriləcək parlament seçkilərilə bağlıdır:

“Paşinyanın Türkiyəyə səfəri çərçivəsində oradakı erməni icması ilə görüşdə Zəngəzur dəhlizi barədə səsləndirdiyi fikir təbii ki, birmənalı qarşılanmır. O, yenə də bu məsələdə “nala, mıxa vurmaqla” məşğuldur. Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret mövqe bildirmir. Ümumiyyətlə o, Zəngəzur ifadəsini belə işlətmək istəmir. Ona görə də kommunikasiyaların bərpası ideyasından danışır”.

Deputat deyir ki, əslində Paşinyan dəhlizin açılmasına razıdır:

“Söhbət onun təhlükəsizlik məsələlərindən gedir. Azərbaycan gömrük və sərhəd yoxlamaları olmadan bu ərazidən istifadə məsələsini gündəmə gətirir. Ermənistan isə buan əks mövqedə dayanıb. Bir də təhlükəsizlik məsələsində İrəvanla Moskva arasında ciddi anlaşılmazlıq mövcuddur”.

Həmsöhbətimizin fikrincə, Paşinyan üçün bu gün bir nömrəli məsələ 2026-cı ilin 7 iyun parlament seçkilərində qalib gəlməkdir:

“Əsas məsələ budur. O bilir ki, seçkilər yaxınlaşdıqca revanşistlərin Paşinyana təsiri artacaq. O, qarşısındakı əsas maneələrdən biri kimi revanşizmin ideoloji mərkəzi olan erməni Apostol kilsəsində görür. Ona görə də Paşinyanın bir nömrəli hədəfi seçkiyə qədər II Qaregin amilini sıradan çıxarmaqdır. Artıq Koçaryan, Sarkisyan amillərini sıradan çıxarıb. İndi isə onun üçün II Qaregin əsas maneədir. Paşinyan onu da sıradan çıxarmaq üçün səy göstərir və hədəfinə çatacağı istisna deyil.

Fikrimcə, Paşinyandan sülh müqaviləsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı real addımları 2026-cı ilin 7 iyun parlament seçkilərindən sonra gözləyə bilərik. Bu daha ağlabatandır”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevir Dram Teatrının sabiq direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevir Dram Teatrının sabiq direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Kürdəmirdə avtomobil yandı - VİDEO

Kürdəmirdə avtomobil yandı - VİDEO

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Ən etibarsız avtomobillər - SİYAHI

Ən etibarsız avtomobillər - SİYAHI

Şəmkirdə evdə yanğın - VİDEO

Şəmkirdə evdə yanğın - VİDEO

Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

End of content

No more pages to load

RADİO