İlham Əliyev Yevlaxda SCADA İdarəetmə Mərkəzinin açılışında - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlaxda “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına Mərkəz barədə məlumat verib.
 

Bildirilib ki, İdarəetmə Mərkəzi vasitəsilə kənd təsərrüfatı sahələrinin, dövlət əhəmiyyətli strateji obyektlərin, iaşə və xidmət obyektlərinin, xüsusən də əhalinin elektrik enerjisi təchizatında fasiləsizliyin, dayanaqlılığın və səmərəli idarəetmənin təmin olunması həyata keçiriləcək.


Burada 35/10 kV-luq hər birinin gücü 6,3 MVA olan iki güc transformatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 və 10 kV-luq qapalı paylayıcı qurğular quraşdırılıb.

Mərkəzin elektrik təchizatı üçün “Yevlax” yarımstansiyasından 14 kilometr uzunluğunda elektrik veriliş xətti çəkilib. “Dəliməmmədli”, “Kürəkçay”, “Ağdaş”, “Ağsu”, “Tərtər” və “Dəmir Beton Məmulatları” yarımstansiyaları Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinə inteqrasiya olunub.

Bununla da vahid mərkəzdən operativ dispetçer xidməti tərəfindən texniki parametrlərin daimi izlənməsi və idarə olunması təmin edilib. Mərkəz elektrik şəbəkələrinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həlli üçün layihələndirilib.

Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Bütün texnoloji ölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edən Mərkəzdə şəbəkənin etibarlı istismarı dəstəklənməklə yanaşı, elektrik enerjisinin paylanması zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına da şərait yaranır.
 

Mərkəzdən qidalanan istehlakçıların enerji təchizatında yaranacaq planlı fasilələr barədə onlayn qaydada əvvəlcədən məlumatlandırılması imkanı yaradılıb. Alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulması cihaz və avadanlıqların bir-biri ilə koordinasiyasını tam təmin edir.


Burada əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılması, habelə informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti, yaşıl enerji mənbələrinin şəbəkəyə inteqrasiyası həyata keçirilir.

Mərkəzdə yerləşən yarımstansiya qapalı tiplidir.

Buna görə də istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirildiyindən daimi işçi heyətə ehtiyac olmur. Mərkəzin ərazisində əhaliyə xidmət göstərmək məqsədilə elektromobillər üçün sürətli enerjidoldurma cihazları quraşdırılıb.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevir Dram Teatrının sabiq direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevir Dram Teatrının sabiq direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Kürdəmirdə avtomobil yandı - VİDEO

Kürdəmirdə avtomobil yandı - VİDEO

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Ən etibarsız avtomobillər - SİYAHI

Ən etibarsız avtomobillər - SİYAHI

Şəmkirdə evdə yanğın - VİDEO

Şəmkirdə evdə yanğın - VİDEO

Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

End of content

No more pages to load

RADİO