Prezident “Yevlax” yarımstansiyasının AÇILIŞINDA - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, “Yevlax” qovşaq yarımstansiyası 60 il əvvəl tikildiyindən tələbatı ödəmirdi.
 

Respublikanın Mərkəzi Aran regionunun enerji təchizatının yaxşılaşdırılması, istehlakçıların fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, enerjisistemin dayanıqlılığının və etibarlılığının artırılması məqsədilə bu yarımstansiya tamamilə yenidən qurulub.


Yevlaxın tam, Bərdə və Ucar rayonlarının isə müəyyən hissəsi daxil olmaqla 180 mindən artıq əhalinin elektrik təchizatında, o cümlədən “Varvara” Su Elektrik Stansiyasında istehsal edilən yaşıl enerjinin enerjisistemə ötürülməsində xüsusi əhəmiyyətə malik bu yarımstansiyada 110 kilovoltluq yeni açıq paylayıcı qurğu quraşdırılıb, ərazidə yeni Rəqəmsal İdarəetmə Mərkəzi tikilib.

Yarımstansiyanın iş rejiminə real zaman çərçivəsində nəzarət edilir. Enerji obyekti ən son rəqəmsal texnologiyalara əsaslanan kommutasiya avadanlıqları ilə təchiz edilməklə, elektron resursların kibertəhlükəsizliyi tam təmin olunub. Enerjisistem üzrə bu tip innovativ texnologiyaların tətbiqi planlı və qəza təmiri xərclərini 35 faiz, ehtiyat hissələrə tələbatı 29 faiz, təmir işləri üzrə materialların gözlənilmə vaxtını və ehtiyatların normadan artıq olmasını 30 faiz, normativdən artıq iş saatlarını isə 25 faiz azaltmaqla səmərəliliyi yüksəldir.

Burada müasir sayğac-uçot sistemi də quraşdırılıb.

Yarımstansiyanın ərazisində bütün zəruri avadanlıq, qurğu və simulyatorlarla təmin edilən üçmərtəbəli Regional Təlim-Tədris və Laboratoriya Mərkəzi yaradılıb. Mərkəzdə 12 fərqli istiqamət üzrə mühəndis hazırlığı və ixtisasartırma kursları təşkil olunacaq. Bu da bölgədə ixtisaslı kadr hazırlığını təmin etməklə məşğulluğun artırılmasına töhfə verəcək.

Tədris prosesinin əyani keçirilməsi, bilik və bacarıqların daha yaxşı mənimsənilməsi üçün yarımstansiyanın həyətyanı sahəsində transformatorlar, müasir kommutasiya qurğuları, hava və kabel xətlərinin komponentləri ilə tam təchiz edilmiş tədris simulyatoru yaradılıb. Müasir innovasiyalara əsaslanan test-diaqnostika avadanlıqları ilə təchiz olunan Laboratoriya Mərkəzində isə kimya və ekologiya, elektrik avadanlıqlarının sınağı və nəzarət-ölçü cihazlarının kalibrlənməsi laboratoriyaları da fəaliyyət göstərəcək. Laboratoriya Mərkəzi həm də paylayıcı şəbəkə, dəmir yolu infrastrukturu və sahibkarlıq subyektlərinin elektroenergetika avadanlıqlarının test-diaqnostika işlərinin həyata keçirilməsinə dəstək olacaq.
 

Qeyd edək ki, son beş ildə "AzərEnerji" ASC tərəfindən ümumilikdə 47 yerdə sistem əhəmiyyətli ötürücü yarımstansiya tikilib və ya tam yenidən qurulub, 2.500 kilometr uzunluğunda yüksək gərginlikli elektrik verilişi xətti çəkilib.


Ölkədə ümumi gücü 3000 meqavatdan artıq elektrik enerjisi istehsal edən 45 stansiya tikilib. Təkcə işğaldan azad edilən ərazilərdə tikilən Su Elektrik stansiyalarının sayı 38, gücü isə 307 meqavatdır. Ümumilikdə son illərdə görülən işlər nəticəsində hər kilovat-saata görə sərf edilən şərti yanacaq 284 qramdan 252 qrama düşüb, 2,8 milyard kubmetr təbii qaza qənaət edilib, 1 milyon ton karbon qazı emissiyasının atmosferə atılmasının qarşısı alınıb.























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevir Dram Teatrının sabiq direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevir Dram Teatrının sabiq direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Kürdəmirdə avtomobil yandı - VİDEO

Kürdəmirdə avtomobil yandı - VİDEO

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Ən etibarsız avtomobillər - SİYAHI

Ən etibarsız avtomobillər - SİYAHI

Şəmkirdə evdə yanğın - VİDEO

Şəmkirdə evdə yanğın - VİDEO

Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

End of content

No more pages to load

RADİO