İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub.

Bizim.Media xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleksdə həyata keçirilmiş işlər barədə məlumat verib.

Bildirilib ki, bu kompleks Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ı çərçivəsində inşa olunur. 

Tikintisinə 2024-cü ilin yanvarında başlanılan kompleksin əsas binasında yerləşən universal idman zalı 1100 tamaşaçı tutumuna malikdir. Burada basketbol, voleybol, həndbol, minifutbol, badminton, gimnastika, cüdo, güləş, taekvondo, boks, karate və idmanın digər növləri üzrə məşqlərin və yarışların keçirilməsi nəzərdə tutulur. Binada, eyni zamanda, 80 nəfərlik iclas zalı, hakim, həkim, məşqçilər, şərhçilər üçün otaqlar, kafe olacaq. 

Kompleksdə 21 otaqdan ibarət 42 yerlik dördmərtəbəli mehmanxana və restoran da fəaliyyət göstərəcək.

Burada 1300 tamaşaçı tutumuna malik tribunası olan, standartlara cavab verən futbol meydançası, həmçinin iki minifutbol meydançası yaradılacaq.

Qeyd edək ki, bu il sentyabr ayının sonunda Azərbaycanda keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman Kompleksində təşkil ediləcək.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevir Dram Teatrının sabiq direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevir Dram Teatrının sabiq direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Kürdəmirdə avtomobil yandı - VİDEO

Kürdəmirdə avtomobil yandı - VİDEO

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Ən etibarsız avtomobillər - SİYAHI

Ən etibarsız avtomobillər - SİYAHI

Şəmkirdə evdə yanğın - VİDEO

Şəmkirdə evdə yanğın - VİDEO

Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

End of content

No more pages to load

RADİO