Baş Prokurorluqda yüksək vəzifəyə təyin olunan Səbuhi Alıyev kimdir?

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Səbuhi Alıyev Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, S.Alıyev bundan əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi (Baş prokurorun böyük köməkçisi) işləyib.
 

O, 2009-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini bitirdikdən sonra 2011-ci ildə Böyük Britaniyanın Kardiff Universitetində, 2013-cü ildə Niderland Krallığının Utrext Universitetində, 2021-ci ildə isə Beynəlxalq Antikorrupsiya Akademiyasında magistratura təhsili alıb.



2014-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan S.Alıyev əvvəllər Şəki rayon prokurorunun köməkçisi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru, Baş İdarənin böyük prokuroru, Təşkilati və informasiya təminatı idarəsinin rəisi (Baş prokurorun böyük köməkçisi) vəzifələrində işləyib. O, 2015-ci ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Anti-Korrupsiya Şəbəkəsində Azərbaycan Respublikası nümayəndə heyətinin üzvü kimi korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatların dəyərləndirilməsini nəzərdə tutan III, IV və V dəyərləndirmə mərhələlərində iştirak edərək ölkəmiz üzrə hesabatları tərtib olunması və qəbulunda iştirak edib.

Eyni zamanda, həmin təşkilatın Hüquq-Mühafizə Orqanları Şəbəkəsi (LEN), Hüquq-Mühafizə Orqanlarının Beynəlxalq Şəbəkəsində (GLEN), habelə Tacikistan Respublikasının ekspert dəyərləndirilməsində ekspert qismində ölkəmiz adından iştirak edib.


Bundan əlavə, S.Alıyev 2020-ci ildən hazırkı vaxtadək Asiya və Sakit Okean regionu üzrə Anti-Korrupsiya Təşəbbüsü (ACI) çərçivəsində Azərbaycan Respublikası üzrə milli əlaqələndirici, Birləşmiş Millətlər Təşkilatının “Korrupsiya əleyhinə Konvensiyası”nın İmplementasiya Təftiş Mexanizmi üzrə milli ekspertdir.

Həmçinin o, Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspert Komitəsinin (MONEYVAL) IV dəyərləndirmə mərhələsi çərçivəsində, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə aparan Dövlətlər

Qrupunda (GRECO) müxtəlif hesabatların hazırlanmasında iştirak edib.


Göstərilənlərlə yanaşı, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (UNODC), Beynəlxalq Anti-Korrupsiya Akademiyası (IACA), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), Avropa İttifaqı və Avropa Şurasının Şərq Tərəfdaşlığı layihəsi (PGG), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA), Sinqapur Dövlət Qulluğu Kolleci, Fransanın Milli İdarəetmə Akademiyası (ENA) və digər beynəlxalq tərəfdaşların çoxsaylı iclas, konfrans və seminarlarında ölkəmizi təmsil edib, Azərbaycanda məhkəmə-hüquq və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar və milli təcrübəyə dair təqdimatlar və çıxışlar edib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevir Dram Teatrının sabiq direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevir Dram Teatrının sabiq direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Kürdəmirdə avtomobil yandı - VİDEO

Kürdəmirdə avtomobil yandı - VİDEO

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Ən etibarsız avtomobillər - SİYAHI

Ən etibarsız avtomobillər - SİYAHI

Şəmkirdə evdə yanğın - VİDEO

Şəmkirdə evdə yanğın - VİDEO

Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

End of content

No more pages to load

RADİO