SOSİAL SİFARİŞ - LGBT-ni qadağan edən qanun nə vaxt qəbul olunacaq?

ABŞ Arkanzas ştatında LGBT təbliğatının məhdudlaşdırılması ilə bağlı 917 saylı qanun qəbul edilib. Nümayəndələr Palatasının 100 üzvündən 75-inin və 35 senatordan 28-nin dəstəyi ilə yeni qanun qüvvəyə minib.

Qanunun əsas məqsədi ibtidai məktəblərdə şagirdlərin yaşlarına uyğun olmayan seksual məzmunlu kitablara sərbəst çıxışını məhdudlaşdırmaqdan ibarətdir.

Bu qanun özündə nələri ehtiva edir?

Nəzərə alaq ki, bu vaxtadək ABŞ-ın orta məktəblərində LGBT tədris və təşviq edilirdi. Hətta orta məktəblərin ibtidai siniflərində şagirdlərə LGBT+ simvolları və mövzuları tədris edilirdi. Eyni zamanda məktəb kitabxanalarında LGBT ədəbiyyatı üçün xüsusi guşələr yaradılmışdı. Ən pisi də o idi ki, valideynlərdən uşaqların LGBT ədəbiyyatını oxumaları üçün şərait yaratmaları məqsədilə yazılı icazə alınırdı.
 

Təbii ki, bu da əksər valideynlərin narazılığına səbəb olurdu. Bu məsələdə ən aktiv olan isə Arkanzas ştatının sakinləri idi. Uzun müddət davam edən təzyiqlərdən sonra 2023-cü ildə Ştatın qubernatoru məktəblərdə müəyyən kitabların tədrisinin məhdudlaşdırılması haqqında 372-ci Aktı qəbul etdi.


Hətta 2024-cü ildə federal hakim 372 saylı Qanunun “ədəbsiz” hesab etdiyi materialların yayılmasına görə məktəb və ictimai kitabxanaçıların cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verən qanunu təsdiqlədi.

Nəhayət məsələ Senat səviyyəsinə qalxdı və məktəblərdə LGBT təbliğatına həsr olunan kitablar məhdudlaşdırıldı.

ABŞ və LGBT

Məlum olduğu kimi, LGBT hərəkatında əsas avanqard rolunu Qərb ölkələri oynayır. Qərb ölkələrinin bir sıra iri şəhərlərində homoseksuallar üçün ayrıca məhəllələr, mehmanxanalar və s. iaşə obyektləri xidmət göstərir. Onlara qarşı törədilən cinayətlər isə Qərb ölkələrinin cinayət məcəllələrində ağırlaşdırıcı hal kimi uzunmüddətli həbslə nəticələnən “nifrət zəmnində cinayət” kateqoriyasına daxil edilib.

Buna rəğmən, ABŞ-da LGBT-yə müxalif olan qüvvələr həddən artıq çoxdur. Belə ki, ABŞ-da 26 ştatda eynicinslilərin nikahı leqal olsa da, 28 ştatda qanunverici səviyyədə bu cür nikahlar qadağandır.

ABŞ LGBT-nin tədrisindən niyə imtina etdi?

Əvvəla ona görə ki, bu azlıqlar ailə institutunu ciddi şəkildə zədələyir, hər cür iyrənclikləri cəmiyyətin ən ali mərtəbəsinə daşıyır. Təsadüfi deyil ki, bu gün ABŞ-ın ali idarəetmə və qanunverici orqanlarında kifayət qədər LGBT təmsilçiləri var.
 

Məlumdur ki, LGBT təmsilçiləri üçün milli və dövlət maraqları önəm daşımır. Onlar üçün əsas hədəf özlərinin sıralarını genişləndirmək və cəmiyyətdəki mövqelərini möhkəmlətməkdir.


ABŞ kimi iddialı bir ölkə üçün də LGBT təmsilçilərinin cəmiyyətin üst qatında yer alması dövlət və milli maraqlara ciddi zərbədir. Ona görə də rəsmi Vaşinqton üçün ABŞ-ın LGBT-nin çiçəkləndiyi ölkə kimi tanınması qətiyyən maraqlı deyil. Sağlam və vətənpərvər insanlar Amerikanın yeni iddiaları üçün vacibdir. Ona görə də Trampın dönəmində ABŞ-da bu problemin kökündən həlli üçün hərəkat mütəmadi xarakter alıb.

LGBT Qərbin “siyasi dəyənəyi”dir.

Son 30 ildə Qərb bu məsələdən siyasi təzyiq vasitəsi kimi istifadə edib. LGBT təmsilçilərinə yüksək hüquq və azadlıqlar tanımayan dövlətlər anti-demokratik və insan azadlıqlarını boğulduğu ölkələr kimi təqdim edilib. Hətta bu dəyənəkdən istifadə edərək bəzi ölkələrdə rəngli inqilablar törədilib.

Sonuncu dəfə bu alətdən Gürcüstana qarşı istifadə edilib. Cinsi azlıq nümayəndələri üçün tələb olunan hüquq və azadlıqları tanımayan, hətta bu iyrənc hərəkatın rəsmi tanınması əleyhinə qanun qəbul edilməsinə görə rəsmi Tiflis Qərbin böyük təzyiqləri ilə üz-üzə qalıb.

Azərbaycan və LGBT

Azərbaycanda cinsi azlıq nümayəndələri heç vaxt xüsusi diskriminasiyaya və hücumlara məruz qalmayıblar. Ancaq Qərb bu məsələdən istifadə edərək ölkəmizə qarşı da təzyiqlər edib. Bunun üçün isə LGBT təşkilatlarının saxta hesabatları kütləvi şəkildə tirajlanıb.

Məsələn, Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosasiyasının (ILGA) 10 may 2016-cı ildə açıqladığı məlumata görə Azərbaycan Avropada LGBT fərdlərinin həyat şəraiti və hüquqlarının ən pis vəziyyətdə olduğu ölkə kimi qiymətləndirilib.

Belə ki, yalnız 5 faiz LGBT hüquqlarının təmin olunduğu Azərbaycan 49 Avropa ölkəsinin sıralandığı siyahıda 49-cu yerdə qərarlaşıb.
 

Bu cür hesabatlarla Azərbaycana çox təzyiq etməyə çalışıblar. Guya ki, ölkəmizdə bəzi insanların hüquq və azadlıqları “məhdudlaşdırılır”, onlara qarşı ictimai basqı var. Sonuncu dəfə isə bəzi Qərb dairələrindən ölkəmizə qarşı belə bir tələb irəli sürüldü ki, “parlamentə LGBT təmsilçiləri niyə yoxdur?”.


Təbii ki, bütün bu tələblərin və təzyiqlərin arxasında siyasi maraqlar dayanır. Qərb istəmir ki, Azərbaycanda sağlam cəmiyyət olsun, ənənəvi ailə institutu daha da inkişaf etsin. Çünki ailəsinə bağlı insanlar həm də vətənpərvər, dövlətinə sadiq olurlar. LGBT təmsilçiləri üçünsə nə ailə dəyərləri, nə milli təəssübkeşlik, nə də ki, vətəndaşlıq heysiyyatı mövcuddur.

Yeni qanun qəbul edilməlidir.

Göründüyü kimi, artıq Qərbin lider dövləti olan ABŞ-da LGBT təbliğatının qarşısını almaq üçün hüquqi mexanizmlərə start verilib. Təəssüflər olsun ki, ölkəmizdə də müəyyən formalarda bu cür çirkin təbliğat aparılır. Bu gün bəzi mağazalarda kütləvi satışda olan uşaq oyuncaqları, şarlar açıq şəkildə LGBT-ni simvolizə edir. Hətta bəzi efirlərdə cinsi azlıqların həyatı açıq şəkildə təşviq edilir. Sosial şəbəkələrdə də oxşar təbliğata rast gəlmək mümkündür.

Bütün bunlar nəzərə alaraq qeyd etməliyik ki, Azərbaycanda LGBT təbliğatının qarşısının alınması üçün hüquqi addımlar atılmasının vaxtı çatıb.

Yəni, ölkəmizdə LGBT təbliğatı birmənalı şəkildə qadağan edilməlidir.
 

Üstəlik, bu qadağanın effektivliyini təmin etmək üçün belə çirkin təbliğatla məşğul olanlarla bağlı müəyyən inzibati tədbirlərin görülməsi də qanunvericilikdə öz əksini tapa bilər.


Ümumilikdə isə sözügedən qanun nə qədər tez qəbul olunsa, bir o qədər müsbət nəticə verəcək. Çünki LGBT təbliğatının hər hansı formada davam etməsi ailə institutumuza və bütövlükdə cəmiyyətə böyük zərər vura bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Azərreyl” və “Abşeron” QALİB GƏLDİ

“Azərreyl” və “Abşeron” QALİB GƏLDİ

Sevgilisini öldürən iş adamı ifadə verdi - "Kəlmeyi-şəhadəti öyrədirdim"

Sevgilisini öldürən iş adamı ifadə verdi - "Kəlmeyi-şəhadəti öyrədirdim"

Kanal açılışı üçün pultu Ərdoğana yerli robot gətirdi - TARİXİ ANLAR/VİDEO

Kanal açılışı üçün pultu Ərdoğana yerli robot gətirdi - TARİXİ ANLAR/VİDEO

“Atletiko” onunla müqaviləni UZATDI

“Atletiko” onunla müqaviləni UZATDI

Milli Qəhrəmanın cənazəsi Azərbaycana gətirildi

Milli Qəhrəmanın cənazəsi Azərbaycana gətirildi

Gəncədə qohumlar arasında DAVA - Xəsarət alanlar var

Gəncədə qohumlar arasında DAVA - Xəsarət alanlar var

Afətdən şok İDDİA: “Vəfa əsəbiləşdirdi, uşaq düşdü” - VİDEO

Afətdən şok İDDİA: “Vəfa əsəbiləşdirdi, uşaq düşdü” - VİDEO

ABŞ-dan İrana SANKSİYA - Siyahıda Laricani də var

ABŞ-dan İrana SANKSİYA - Siyahıda Laricani də var

Məktəblərdə yeni fənn tədris ediləcək

Məktəblərdə yeni fənn tədris ediləcək

“Sumqayıt” Emil Mustafayevin keçidini həll etdi

“Sumqayıt” Emil Mustafayevin keçidini həll etdi

Qırmızı kürünün FAYDALARI: Düzgün seçim qaydaları…

Qırmızı kürünün FAYDALARI: Düzgün seçim qaydaları…

Avtomobildə boğularaq ölən əmi və qardaşı oğlunun FOTOSU

Avtomobildə boğularaq ölən əmi və qardaşı oğlunun FOTOSU

Maskalılar Tehranda reydlər keçirirlər - Evlərdə peyk antenaları sökülür

Maskalılar Tehranda reydlər keçirirlər - Evlərdə peyk antenaları sökülür

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

“Qalatasaray”ın sabiq futbolçusu İstanbul klubuna KEÇDİ

“Qalatasaray”ın sabiq futbolçusu İstanbul klubuna KEÇDİ

NATO ABŞ-ın iştirakı olmadan Almaniyada ilin ən irimiqyaslı təlimlərinə BAŞLADI

NATO ABŞ-ın iştirakı olmadan Almaniyada ilin ən irimiqyaslı təlimlərinə BAŞLADI

Rəqsanənin qızından Ülviyyə ilə bağlı PAYLAŞIM: “Bu mahnı niyə var?!” - VİDEO

Rəqsanənin qızından Ülviyyə ilə bağlı PAYLAŞIM: “Bu mahnı niyə var?!” - VİDEO

22 bank mənfəət açıqladı - SİYAHI

22 bank mənfəət açıqladı - SİYAHI

“Fənərbağça” bu hücumçu ilə yollarını ayırdı

“Fənərbağça” bu hücumçu ilə yollarını ayırdı

"Ev cəhənnəmə yansın, yoldaşımla nəvəmi son anda çıxarıblar" - FOTO/VİDEO

"Ev cəhənnəmə yansın, yoldaşımla nəvəmi son anda çıxarıblar" - FOTO/VİDEO

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq MÜZAKİRƏ EDİLDİ

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq MÜZAKİRƏ EDİLDİ

İsrail İranın dövlət bankını terror təşkilatı kimi TANIDI

İsrail İranın dövlət bankını terror təşkilatı kimi TANIDI

Gəncədə boş qalan vəzifəyə yeni rəis TƏYİN EDİLDİ

Gəncədə boş qalan vəzifəyə yeni rəis TƏYİN EDİLDİ

Təbrizdə hərbi vəziyyət ELAN EDİLDİ

Təbrizdə hərbi vəziyyət ELAN EDİLDİ

End of content

No more pages to load

RADİO