Belarusla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edildi

İqtisadiyyat Nazirliyində "Belleqprom" Belarus Dövlət Konserninin sədri Tatyana Luqinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşdə yüngül sənaye sahəsində əməkdaşlıq və qarşılıqlı investisiya imkanları müzakirə edilib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, nazir müavini Sahib Ələkbərov Azərbaycanda yüngül sənaye mallarının istehsalı və satışı sahəsində mövcud olan imkanlar barədə qonaqlara məlumat verərək, ölkələrimiz arasında ticarət, sənaye və investisiya əməkdaşlığının genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.

Ölkəmizin əlverişli biznes mühiti, sənaye zonaları, tranzit və nəqliyyat-logistika imkanları, işğaldan azad edilmiş ərazilərdə investorlara tətbiq edilən güzəştlər, sahibkarlığın inkişafına göstərilən dəstək mexanizmləri qonaqların diqqətinə çatdırılıb.

“Belleqprom” Belarus Dövlət Konserninin sədri Tatyana Luqina birgə istehsal sahələrinin yaradılması, texnoloji həllərin inteqrasiyası üzrə tərəfdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Belarusun yüngül sənaye sektoru, konsernin istehsal və ixrac potensialı barədə məlumat verilib. Yüngül sənaye sahəsinin daxili bazarın təminatı, məşğulluq və regional inkişaf baxımından əhəmiyyəti, təkrar emal texnologiyalarının tətbiqi və innovativ məhsul istehsalı sahəsində təşəbbüslər qeyd edilib.

Görüşdə iştirak edən müəssisə rəhbərləri yüngül sənaye, xüsusilə tekstil sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, sənaye parklarında işbirliyi, təcrübə mübadiləsi, kadr hazırlığı sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edib, təkliflərini səsləndiriblər.

Azərbaycan və Belarus şirkətləri arasında əlaqələrin inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

End of content

No more pages to load

RADİO