Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarından Şuşa Bəyannaməsi ilə bağlı MÜRACİƏT

Tarixi Şuşa Bəyannaməsi ilə bağlı Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarının müraciəti yayılıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi yayıb.

Müraciətdə deyilir:

“Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri olaraq, 15 iyun 2021-ci il tarixli "Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasını məmnuniyyətlə qarşıladığımızı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə həyata vəsiqə qazanan, iki qətiyyətli Lider tərəfindən imzalanan sənədi yüksək dəyərləndirir və bütün gücümüzlə dəstəklədiyimizi bildiririk.
 

MÖVZU İLƏ BAĞLI:

“Şuşa bəyannaməsi”ndə GİZLƏNƏN RƏQƏMLƏR – 47 milyonluq ORDU VAR


Bəyannamə yalnız iki qardaş ölkənin deyil, bütün Türk dünyasının həmrəyliyini ifadə edən və gücləndirən, eləcə də Avrasiya coğrafiyası üçün sülh, sabitlik və inkişaf vəd edən bir çox müddəanı özündə ehtiva edir. Odur ki, Azərbaycan və Türkiyə diaspor təşkilatları birlik və həmrəyliyimizin əhəmiyyətli olduğunu diqqətə çatdırmaqla digər türksoylu ölkələrin, həmçinin sülhsevər digər icmalarla birgə fəaliyyətin əhəmiyyətli olduğunu vurğulayırıq.

Xüsusi olaraq qeyd etmək istəyirik ki, sözügedən sənədin imzalanma tarixinin seçilməsi özündə iki böyük tarixin nişanələrini əks etdirir. Hesab edirik ki, Azərbaycanın Milli Qurtuluş Günündə və Qars müqaviləsinin yüzüncü ildönümündə imzalanması hər iki liderin Türkiyə Cümhuriyyətinin banısi Mustafa Kamal Atatürkə və ümummilli lider Heydər Əliyevə olan tükənməz sevgi və ehtiramın nişanəsidir.
 

Məhz Mustafa Kamal Atatürkün “Naxçıvan türkün qapısıdır”,- ifadəsi və tapşırıqları ilə Naxçıvan bölgəsinə muxtar dövlət statusunun verilməsi hazırda türk dünyasının nəqliyyat və kommunikasiya baxımından birləşmək fürsətini yaratmışdır.


Artıq dövlət müstəqilliyinin otuzuncu ildönümünü şərəflə yaşayan türksoylu ölkələr ötən dövrdə böyük inkişaf yolu keçiblər.

Həmrəylik və birlik çağırışlarımız yalnız türksoylu xalqların tərəqqisi üçün deyil, bütün dünyada mehriban dostluq, səmimi qonşuluq, birgəyaşayış mədəniyyətinin nümayişi olaraq örnəyə çevrilib. Bütün bunlar milli simamız və dəyərlərimizdir.
 

Əziz və dəyərli yurddaşlar, soydaşlar, dindaşlar və məsləkdaşlar yaşadığımız dünyada sülh və sabitliyin qorunması, təbliği və təşviqində diaspor təşkilatları və media qurumlarının da üzərinə ağır və şərəfli məsuliyyət qoyur.


Bu məsuliyyətin bir istiqaməti də Azərbaycan və Türkiyəyə aid həqiqətlərin dünya birliyinə düzgün çatdırılması, xalqlarımıza, ölkələrimizə qarşı yalan və iftiraların dəf edilməsidir. Son illər məhz birgə səylərimiz nəticəsində saxta “erməni məsələsi”ndən doğan bütün irtica fəaliyyətlərin ifşası istiqamətində əhəmiyyətli addımlar atmışıq.

Lakin bütün bunlar yetərli deyildir. Sözügedən Bəyannamə əməkdaşlıq, inkişaf, tərəqqi və rifah üçün unikal imkanlar yaratmaqdadır.

Ermənistanın, erməni millətçi dairələrin, lobbi təşkilatlarının Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların saxtalaşdırılması əsasında siyasiləşdirilmiş qərarların həqiqət kimi təqdim olunması son dərəcə təhlükəlidir və birgə səylərlə bunları dəf etməliyik.

Bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləməklə real işlərə rəvac verməliyik.

Prezident İlham Əliyevin söylədiyi və Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın da dəstəklədiyi kimi: bir millətin iki diasporu ola bilməz.

Birmənalı olaraq qeyd etmək istəyirik ki, müxtəlif ölkələrdə yaşayan Azərbaycan və Türkiyə diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, məruz qaldığımız ümumi problemlərin qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi səmərəli fəaliyyət üçün yeganə düzgün yoldur.
 

Milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının koordinasiyalı şəkildə birgə fəaliyyətləri gücümüzü artırar, nəticələri yüksəldər.


Bu bəyanatı yazmaqda və yaymaqda məqsədimiz bir daha Azərbaycan və Türkiyənin müttəfiqliyini təsdiqləyən Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini yüksək dəyərləndirdiyimizi nümayiş etdirmək, güclü, qüdrətli, yenilməz, xalqların birliyinin və dostluğunun qaranti olan ittifaqın qorunmasına və inkişafı naminə yumruq kimi birləşmiş diaspora çevrilmək niyyətimizi ifadə edirik.

Azərbaycan və Türkiyənin diaspor təşkilatları yalnız və yalnız ittifaq şəkilində birləşmiş fəaliyyət göstərməklə əsas hədəflərə nail ola bilərlər. Bir olaq, diri olaq, güclü olaq, müttəfiq olaq”.

Müracaiəti imzalayan təşkilatlar:

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (Azərbaycan Evi)

Hatay Azərbaycan Evi

Yalova Əsassız Erməni İddilaları ilə Mübarizə Dərnəyi

Yeni Azərbaycan Yardımlaşma və Mədəniyyət Dərnəyi

İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi

Azərbaycan Təhsil və Kültür Dərnəyi

Eskişəhər Azərbaycanlılar Dərnəyi

Gənc Azərbaycanlılar Dərnəyi

Kocaeli Dərincə Azərbaycan Evi Dərnəyi

Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası

Kocaeli Azərbaycan Heydər Əliyev Kültür Evi Dərnəyi

Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası

Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi

İğdır- Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi

Türkiyə Azərbaycan Dərnəyi

Iğdır Azərbaycan Evi

Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi

Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi

İzmir Azərbaycan Qardaşlıq və Əməşdaşlıq Dərnəyi

İzmir Azərbaycan Kültür Evi və Həmrəylik Dərnəyi

Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyi

Çağdaş Azərbaycan Kültür Dərnəyi

Ədirnə Azərbaycan Evi Dərnəyi

Azərbaycan Dil, Tarix, Mədəniyyət Araşdırma Mərkəzi

Azərbaycanlı Həkimlər Dərnəyi

İstanbul-Azərbaycan Dostluq Dərnəyi

“Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyi

Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi

Kayseri Azərbaycan Mədəniyyət,Təhsil və Həmrəylik Dərnəyi

“Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyi

Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzi

Anka - Azərbaycan Rəqs və Sənət Klubu

İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi

Araz Doğa Sporları və Kültür Klubu Dərnəyi

Azərbaycan Turkiyə Ortaq Milli Düşüncə Dərnəyi

İstanbul Azərbaycan Kültür Evi

İstanbul Heydər Əliyev adına Azərbaycan məktəbi

Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyi

Balıkesir Azərbaycan Evi Dərnəyi

“Azərbaycan Xalqlar Dostluğu” Dərnəyi

Azərbaycan Gənclərinin Ankara Həmrəylik Dərnəyi

“Mübariz” Kültür Təhsil və Sosial Yardımlaşma Dərnəyi

Azərbaycan Gənclərinin İstanbul Hərəkatı

İstanbul Universiteti Azərbaycan Türkiyə Qardaşlıq və Həmrəylik Topluluğu

Celal Bayar Üniversitesi Manisa Azərbaycanlı Tələbələr Topluluğu

Düzce Üniversitesi Türk Dünyası Topluluğu

Bülent Ecevit Universitetinin nəzdində Azərbaycan Kültür Topluluğu

Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi

Konya Azərbaycanlı Tələbələr Birliyi

Sakaryada Azərbaycan Kültür və Həmrəylik Topluluğu

Manisa Azərbaycanlı Tələbələr Birliyi

Kayseri Azərbaycanlı Tələbələr Birliyi

Kastamonu Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi

Bursa Azərbaycan Mədəniyyət və İncəsənət Birliyi

Azərbaycan Kipr Dostluq Cəmiyyəti

Azərbaycan - Kipr Gənclər Təşkilatı

Kahramanmaraş-Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Birliyi

Elazığ Azərbaycan Mədəniyyət və Tələbə Gənclər Birliyi

"Bilecik Azərbaycan Qardaşlıq Dərnəyi”

Qars Azərbaycan Evi Dərnəyi

İğdır Vakfı

Azərbaycan Çanaqqala Dərnəyi

“Gəlcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı”

”Azərbaycan Deyincə” Dərnəyi

AzArt - Türkiyədə Yaşayan Azərbaycanlı Rəssamlar Qrupu

Alanya Azərbaycanlılar Dərnəyi

Zile Azərbaycan Qarabağlılar Yardımlaşma və Dayanışma Dərnəyi

Azərbaycan Kültür Mərkəzi Dərnəyi

Türkiyə Anadolu Aydınlar Ocağı

Türkiyə Azərbaycan Dev Kardeşlik, Candaşlık və Strateji Platformu

Türk Kültür Platformu

“Yeşil İğdır” qəzeti

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qobustanda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

Qobustanda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

İşxan Verdyan: “Vardanyanın həbsindən danışanlar, Rusiyadakı ermənilərə görə niyə səsiniz çıxmır?!” – ÖZƏL

İşxan Verdyan: “Vardanyanın həbsindən danışanlar, Rusiyadakı ermənilərə görə niyə səsiniz çıxmır?!” – ÖZƏL

Taleh Quliyev vəzifəsindən AYRILDI

Taleh Quliyev vəzifəsindən AYRILDI

Abşeron dairəvi marşrutu üzrə başqalarına da bilet ala bilərsiniz – VİDEO

Abşeron dairəvi marşrutu üzrə başqalarına da bilet ala bilərsiniz – VİDEO

Apellyasiya Məhkəməsi şair İlham Qəhrəmanla bağlı çıxarılmış qərarı ləğv etdi

Apellyasiya Məhkəməsi şair İlham Qəhrəmanla bağlı çıxarılmış qərarı ləğv etdi

Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi

Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi

Hillari Klinton: “Britaniya kralının qardaşı Konqres qarşısında ifadə verməlidir”

Hillari Klinton: “Britaniya kralının qardaşı Konqres qarşısında ifadə verməlidir”

Bakıda qızını hədələyən ata SAXLANILDI

Bakıda qızını hədələyən ata SAXLANILDI

Rusiyalı aktyorlar Bakıya heyran qaldı – VİDEO

Rusiyalı aktyorlar Bakıya heyran qaldı – VİDEO

“Qarabağ”ın legioneri Türkiyə klubuna KEÇƏ BİLƏR

“Qarabağ”ın legioneri Türkiyə klubuna KEÇƏ BİLƏR

Bakıda kişi Sevgililər günündə keçmiş arvadının yeni ərini BIÇAQLAYIB

Bakıda kişi Sevgililər günündə keçmiş arvadının yeni ərini BIÇAQLAYIB

Məktəblərdə şahmat məcburi fənn kimi tədris olunacaq? – RƏSMİ AÇIQLAMA

Məktəblərdə şahmat məcburi fənn kimi tədris olunacaq? – RƏSMİ AÇIQLAMA

Pərvin Abıyeva: “Qardaşım” dediyim insanlardan alçaqlıq görmüşəm” – VİDEO

Pərvin Abıyeva: “Qardaşım” dediyim insanlardan alçaqlıq görmüşəm” – VİDEO

Xızıda avtomobil 63 yaşlı kişinin üzərinə DÜŞDÜ

Xızıda avtomobil 63 yaşlı kişinin üzərinə DÜŞDÜ

Kürdə batan var - Dalğıclar axtarışa başladı

Kürdə batan var - Dalğıclar axtarışa başladı

“Nyukasl” Bakıya gəlir – FOTO

“Nyukasl” Bakıya gəlir – FOTO

Məzhəbçilikdən PROKSİLƏRƏ: İran qlobal geosiyasətin “boz zonası”na necə ÇEVRİLDİ?

Məzhəbçilikdən PROKSİLƏRƏ: İran qlobal geosiyasətin “boz zonası”na necə ÇEVRİLDİ?

Rejissor Səidə Haqverdiyevanın HƏBSİ istənilir

Rejissor Səidə Haqverdiyevanın HƏBSİ istənilir

“Böyük Seva” evə buraxıldı

“Böyük Seva” evə buraxıldı

XİN-dən Qaradağlı faciəsi ilə bağlı PAYLAŞIM

XİN-dən Qaradağlı faciəsi ilə bağlı PAYLAŞIM

Tiktokda yardım toplayan arvadını söydü - HƏBS OLUNDU

Tiktokda yardım toplayan arvadını söydü - HƏBS OLUNDU

“Qəbələ”dən “Sabah”la oyundakı epizoda REAKSİYA

“Qəbələ”dən “Sabah”la oyundakı epizoda REAKSİYA

Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb

Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb

"Kəpəz"in bıçaqlanan futbolçusu evə BURAXILDI – Bu tarixdə MƏŞQLƏRƏ QAYIDACAQ

"Kəpəz"in bıçaqlanan futbolçusu evə BURAXILDI – Bu tarixdə MƏŞQLƏRƏ QAYIDACAQ

End of content

No more pages to load

RADİO