Vilayət Eyvazov BMT-nin rezident-əlaqələndiricisini qəbul etdi

Daxili işlər naziri BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisini missiyasının sona çatması ilə əlaqədar qəbul edib.

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov missiyasının sona çatması ilə əlaqədar BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Qulam İsakzaini qəbul edib. 

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, nazir BMT-nin bir çox təsisatları ilə Daxili İşlər Nazirliyi arasındakı sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu, ölkəmizin BMT-nin terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin dövriyyəsinə, qanunsuz miqrasiyaya və insan alverinə qarşı mübarizə üzrə müvafiq Konvensiya və Protokolların iştirakçısı olaraq, Təşkilatın bir çox xüsusi qurum və orqanları ilə səmərəli əməkdaşlıq münasibətlərini davam etdirdiyini xatırladıb, qlobal sülh və təhlükəsizliyin qorunması üçün məsul olan bu qurumun daha səmərəli fəaliyyət göstərməsinə respublikamızın da öz töhfəsini verdiyini vurğulayıb.

Nazir qeyd edib ki, təkcə son 5 ildə respublikada və ayrı-ayrı xarici dövlətlərdə BMT-nin təşəbbüsü ilə keçirilən müxtəlif tədbirlərdə Azərbaycan Respublikasının daxili işlər orqanlarının 200-ə yaxın əməkdaşı fəal iştirak edib.

Bu əlaqələrin genişlənməsinə, eləcə də ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə BMT arasında münasibətlərin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirən general-polkovnik V.Eyvazov Q.İsakzaiyə təşəkkürünü bildirib və bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən cənab Qulam İsakzai fəaliyyət göstərdiyi müddətdə ölkəmizdə böyük quruculuq işlərinin getdiyinin, iqtisadiyyatın durmadan inkişaf etdiyinin şahidi olduğunu, Azərbaycanda təhlükəsizlik məsələlərinin uğurla həyata keçirildiyini, hüquq-mühafizə, o cümlədən polis orqanlarının bu istiqamətdə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiklərini xatırladıb, BMT-nin Azərbaycandakı strukturları ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tiktoker "Renka" SAXLANILDI

Tiktoker "Renka" SAXLANILDI

Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb TİKƏCƏK - FOTO

Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb TİKƏCƏK - FOTO

Cəlilabaddan olan itkin şəhidin nəşi TAPILDI - FOTO

Cəlilabaddan olan itkin şəhidin nəşi TAPILDI - FOTO

Əraqçi ABŞ ilə danışıqların təfərrüatlarını AÇIQLADI

Əraqçi ABŞ ilə danışıqların təfərrüatlarını AÇIQLADI

Azərbaycanla Mərakeş arasında təhsil sahəsində əməkdaşlıq sazişi İMZALANDI - FOTO

Azərbaycanla Mərakeş arasında təhsil sahəsində əməkdaşlıq sazişi İMZALANDI - FOTO

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Qarabağ"ın futbolçusu: Bizi sabah tarixi və vacib oyun gözləyir

Qarabağ"ın futbolçusu: Bizi sabah tarixi və vacib oyun gözləyir

Ərzaqdan sonra DƏRMAN – Onkoloji preparatlar BAHALAŞACAQ?

Ərzaqdan sonra DƏRMAN – Onkoloji preparatlar BAHALAŞACAQ?

Bakıda dayanacaqda çantasını unudan şəxsin qızılları oğurlandı

Bakıda dayanacaqda çantasını unudan şəxsin qızılları oğurlandı

Ağcabədidə qardaş 16 yaşlı bacısını öldürdü - TƏFƏRRÜAT

Ağcabədidə qardaş 16 yaşlı bacısını öldürdü - TƏFƏRRÜAT

Şəkidə dünyasını dəyişən şairlə bağlı yeni TƏFƏRRÜAT

Şəkidə dünyasını dəyişən şairlə bağlı yeni TƏFƏRRÜAT

Qurban Qurbanov: “Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” – VİDEO

Qurban Qurbanov: “Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” – VİDEO

Cenevrədə Ukrayna üzrə danışıqlar başladı

Cenevrədə Ukrayna üzrə danışıqlar başladı

Həmyerlimiz Ermənistanda qadınla uşağı xilas etdi – VİDEO

Həmyerlimiz Ermənistanda qadınla uşağı xilas etdi – VİDEO

Magistraturaya qəbulun NƏTİCƏLƏRİ elan olundu

Magistraturaya qəbulun NƏTİCƏLƏRİ elan olundu

Şahbuzda avtomobil yolunda qaya uçqunu baş verdi – FOTO

Şahbuzda avtomobil yolunda qaya uçqunu baş verdi – FOTO

ABŞ və İran danışıqlarında GƏRGİNLİK – Diplomatlar görüş zalını tərk etdilər – VİDEO

ABŞ və İran danışıqlarında GƏRGİNLİK – Diplomatlar görüş zalını tərk etdilər – VİDEO

Ağdamda tələbə qız dərmandan ZƏHƏRLƏNDİ

Ağdamda tələbə qız dərmandan ZƏHƏRLƏNDİ

Bu avtomobillər BAHALAŞA BİLƏR - Alıcılara xəbərdarlıq

Bu avtomobillər BAHALAŞA BİLƏR - Alıcılara xəbərdarlıq

Edis Görgülü də SAXLANILDI

Edis Görgülü də SAXLANILDI

Adın ilk hərfi taleyə təsir edə bilərmi?

Adın ilk hərfi taleyə təsir edə bilərmi?

Azad olunan ərazilər minalardan belə təmizlənir – FOTO

Azad olunan ərazilər minalardan belə təmizlənir – FOTO

Qobustanda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

Qobustanda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

İşxan Verdyan: “Vardanyanın həbsindən danışanlar, Rusiyadakı ermənilərə görə niyə səsiniz çıxmır?!” – ÖZƏL

İşxan Verdyan: “Vardanyanın həbsindən danışanlar, Rusiyadakı ermənilərə görə niyə səsiniz çıxmır?!” – ÖZƏL

End of content

No more pages to load

RADİO