"Azərbaycanla Əfqanıstan arasında dost münasibətlər var" - Hafiz Paşayev

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə ADA Universitetində Əfqanıstanlı diplomatlar üçün keçirilmiş iki həftəlik “Xarici Siyasət Proqramı” uğurla başa çatıb.

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə çıxış etmiş ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycanla Əfqanıstan arasında dost münasibətlərinin tarixi kökləri olduğunu, bu münasibətlərin hazırda davam etdiyini və bundan sonra da davam edəcəyini bildirib.

Silahlı münaqişə nəticəsində insanlarının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi problemindən uzun müddət əziyyət çəkmiş hər iki ölkə arasında bənzər talenin yaşandığını vurğulayan Hafiz Paşayev uzun müddət davam edən pandemiya dövründən sonra ilk dəfə olaraq belə bir təlimin təşkil olunmasını ölkəmiz tərəfindən təhsilə verilən önəm kimi qiymətləndirərək bu münasibətlə kursu müvəffəqiyyətlə başa vurmuş iştirakçıları təbrik edib, gələcək diplomatik fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə iştirak etmiş Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhun ölkəsindən olan diplomatlar üçün kursun təşkil olunmasına görə AIDA-ya və ADA Universitetinə minnətdarlığını bildirib.

O, Əfqanıstanlı diplomatlar üçün Azərbaycanın yaxşı təcrübə mənbəyi ola biləcəyini vurğulayıb.

Kurs iştirakçıları da öz növbələrində ölkəmizdə olduqları müddətdə onlara göstərilmiş səmimi münasibət və qonaqpərvərliyə görə, həmçinin dəyərli bilikləri paylaşdıqları üçün ADA-nın professor müəllim heyətinə və ölkəmizin ixtisaslaşmış mütəxəssislərinə minnətdarlıqlarını bildiriblər. Onlar əmin etmişlər ki, peşəkar fəaliyyətləri dövründə Azərbaycan-Əfqanıstan münasibətlərinin daha da gücləndirilməsi üçün əllərindən gələni əsirgəməyəcək, həm Əfqanıstan, həm Azərbaycanı şərəflə və qürurla təmsil edəcəklər.

Tədbirdə, həmçinin BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai iştirak edib.

Məlumat üçün bildirmək istərdik ki, kurs dövründə iştirakçılar beynəlxalq siyasət, diplomatik fəaliyyət, sosial-iqtisadi, enerji və digər məsələlər üzrə mühüm biliklər əldə etmiş, 44 günlük Vətən Müharibəsi dövründə ölkəmizin əldə etdiyi beynəlxalq siyasi və hərbi uğurları, terrorçuluqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi, həyata keçirilmiş iqtisadi inkişaf modeli və yoxsulluğun aradan qaldırılması, korrupsiya ilə mübarizə və effektiv idarəçilik üzrə mühazirələri dinləmişlər.

Sonda iştirakçılara müvafiq sertifikatlar təqdim edilmiş, birgə xatirə fotoşəkili çəkilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tiktoker "Renka" SAXLANILDI

Tiktoker "Renka" SAXLANILDI

Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb TİKƏCƏK - FOTO

Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb TİKƏCƏK - FOTO

Cəlilabaddan olan itkin şəhidin nəşi TAPILDI - FOTO

Cəlilabaddan olan itkin şəhidin nəşi TAPILDI - FOTO

Əraqçi ABŞ ilə danışıqların təfərrüatlarını AÇIQLADI

Əraqçi ABŞ ilə danışıqların təfərrüatlarını AÇIQLADI

Azərbaycanla Mərakeş arasında təhsil sahəsində əməkdaşlıq sazişi İMZALANDI - FOTO

Azərbaycanla Mərakeş arasında təhsil sahəsində əməkdaşlıq sazişi İMZALANDI - FOTO

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Qarabağ"ın futbolçusu: Bizi sabah tarixi və vacib oyun gözləyir

Qarabağ"ın futbolçusu: Bizi sabah tarixi və vacib oyun gözləyir

Ərzaqdan sonra DƏRMAN – Onkoloji preparatlar BAHALAŞACAQ?

Ərzaqdan sonra DƏRMAN – Onkoloji preparatlar BAHALAŞACAQ?

Bakıda dayanacaqda çantasını unudan şəxsin qızılları oğurlandı

Bakıda dayanacaqda çantasını unudan şəxsin qızılları oğurlandı

Ağcabədidə qardaş 16 yaşlı bacısını öldürdü - TƏFƏRRÜAT

Ağcabədidə qardaş 16 yaşlı bacısını öldürdü - TƏFƏRRÜAT

Şəkidə dünyasını dəyişən şairlə bağlı yeni TƏFƏRRÜAT

Şəkidə dünyasını dəyişən şairlə bağlı yeni TƏFƏRRÜAT

Qurban Qurbanov: “Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” – VİDEO

Qurban Qurbanov: “Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” – VİDEO

Cenevrədə Ukrayna üzrə danışıqlar başladı

Cenevrədə Ukrayna üzrə danışıqlar başladı

Həmyerlimiz Ermənistanda qadınla uşağı xilas etdi – VİDEO

Həmyerlimiz Ermənistanda qadınla uşağı xilas etdi – VİDEO

Magistraturaya qəbulun NƏTİCƏLƏRİ elan olundu

Magistraturaya qəbulun NƏTİCƏLƏRİ elan olundu

Şahbuzda avtomobil yolunda qaya uçqunu baş verdi – FOTO

Şahbuzda avtomobil yolunda qaya uçqunu baş verdi – FOTO

ABŞ və İran danışıqlarında GƏRGİNLİK – Diplomatlar görüş zalını tərk etdilər – VİDEO

ABŞ və İran danışıqlarında GƏRGİNLİK – Diplomatlar görüş zalını tərk etdilər – VİDEO

Ağdamda tələbə qız dərmandan ZƏHƏRLƏNDİ

Ağdamda tələbə qız dərmandan ZƏHƏRLƏNDİ

Bu avtomobillər BAHALAŞA BİLƏR - Alıcılara xəbərdarlıq

Bu avtomobillər BAHALAŞA BİLƏR - Alıcılara xəbərdarlıq

Edis Görgülü də SAXLANILDI

Edis Görgülü də SAXLANILDI

Adın ilk hərfi taleyə təsir edə bilərmi?

Adın ilk hərfi taleyə təsir edə bilərmi?

Azad olunan ərazilər minalardan belə təmizlənir – FOTO

Azad olunan ərazilər minalardan belə təmizlənir – FOTO

Qobustanda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

Qobustanda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

İşxan Verdyan: “Vardanyanın həbsindən danışanlar, Rusiyadakı ermənilərə görə niyə səsiniz çıxmır?!” – ÖZƏL

İşxan Verdyan: “Vardanyanın həbsindən danışanlar, Rusiyadakı ermənilərə görə niyə səsiniz çıxmır?!” – ÖZƏL

End of content

No more pages to load

RADİO